https://sputnik.az/20220114/usaq-bagcasinda-rezilliye-meshurlar-da-sessiz-qalmadilar---foto-438175973.html
Uşaq bağçasında rəzilliyə məşhurlar da səssiz qalmadılar - FOTO
Uşaq bağçasında rəzilliyə məşhurlar da səssiz qalmadılar - FOTO
Sputnik Azərbaycan
Sosial şəbəkələrdə tərbiyəçinin azyaşlı uşağa qarşı fiziki zorakılığını əks etdirən görüntülər ölkə gündəmində böyük rezonans doğurub 14.01.2022, Sputnik Azərbaycan
2022-01-14T18:39+0400
2022-01-14T18:39+0400
2022-01-14T18:39+0400
bağça
cəmiyyət
uşaq baxçası
məşhur
https://cdnn1.img.sputnik.az/img/07e5/02/16/426289068_0:0:3029:1705_1920x0_80_0_0_ea60d1342f1f1d4d711352f08ceb67e4.jpg
BAKI, 14 yanvar — Sputnik. Sosial şəbəkələrdə tərbiyəçinin azyaşlı uşağa qarşı fiziki zorakılığını əks etdirən görüntülər ölkə gündəmində böyük rezonans doğurub. Bir çox xəbər saytlarında, o cümlədən sosial şəbəkələrdə yayımlanaraq böyük qınaq obyektinə çevrilib. Sputnik Azərbaycan xəbər verir ki, tərbiyəçinin körpəni döydüyü görüntülərə yerli məşhurlar da səssiz qalmayıblar. Onlar sosial şəbəkə hesablarında həmin görüntüləri paylaşaraq azyaşlı uşağa qarşı edilən bu amansızlığı şiddətlə qınayıblar.Əməkdar artist Abbas Bağırov bildirib ki, belə insanları evdən çölə buraxmaq olmaz, nəinki haradasa tərbiyəçi işləməyə: "Bu videoda gördüyünüz mələk üzlü uşaq tərbiyəsiz və qanacaqsız "tərbiyəçi" tərəfindən amansızcasına vurulur. Bu uşağın yerində hər birimizin uşağı ola bilər!"Aparıcı Zaur Baxşəliyev də hadisəyə münasibətini bildirib: "Tərbiyəsiz tərbiyəçi. Belə insanlar necə bağçada tərbiyəçi olurlar? Kim təyin edir onları? Hansı meyarlara görə təyin edirlər? Bunun "vidinə-fasonuna" bax. Ən son söyüşləri yazmaq istəyirəm ki, hirsim soyusun".Şairə Nazilə Səfərli bağçalardakı ümumi problemdən bəhs edib: "Mənzərədən təxmini anladım ki, bu körpənin valideyni bu tərbiyəçidən soruşub ki, uşaq yemək yeyir? Bu da valideynə uşağın ağzında çörək şəkil atmaq istəyib ki, ayın axırında bəxşişi bir az çox alsın. Heç kimə sirr deyil ki, bir çox bağçalarda valideynlər texniklərə, tərbiyəçilərə pul verirlər (rüşvət). Vaxtı ilə mən də ayda 10 manat verirdim. Verməsəm, narazılıq edirdilər. Yəqin, indi bu məbləğ çoxalıb. Maraqlıdır, bu videonu kim çəkib? Daha dəqiq, bu əlləri qırılmışın torbasını kim tikib? Hələ dayanın görək, bunun arxasından day-day qismində kim çıxacaq? Uşaq yazıq iştahla yemək yeyirdi. Səni zəlil qal, tərbiyəçi! Yazığın başına necə vurdu, bunun evində heç baş bəzənməsin! Yazıq uşaq necə məyus baxır".Bir çox televiziya layihələrinin rəhbəri Ruhi Əliyeva aidiyyatı qurumlardan da bu məsələylə bağlı lazımi tədbirlərin görülməsini bir ana olaraq xahiş edib: "Bir ana olaraq bu videoya baxdığımdan bəri özümə gələ bilmirəm. Çox böyük təəssüf hissi içərisindəyəm. Axı müəllimlik deyəndə ağla gələn ilk ifadə şəfqətdir, sevgidir, qayğıdır, nəvazişdir. Bu qadın isə müəllimlik adına sadəcə ləkədir. Mən əminəm ki, ölkəmizin birinci xanımı, mərhəmətli, hər zaman uşaqlara diqqətlə, qayğıyla, böyük sevgiylə yanaşan Mehriban xanım Əliyeva bu məsələyə də xüsusi diqqətini göstərəcək. Eyni zamanda Daxili İşlər Nazirliyi və digər aidiyyatı qurumlardan da bu məsələylə bağlı lazımi tədbirlərin görülməsini bir ana olaraq xahiş edirəm".Müğənni Vasif Məhərrəmli də hadisəyə səssiz qalmayıb. "Adam söz tapıb fikrini belə, ifadə edə bilmir. Beləsini necə bağışlamaq olar? Mən heç vaxt bağışlamazdım, hətta ən yaxınım olsa belə. Cəzasını, təbii ki, Allah verəcək. Ona görə də bütün bağçalarda onlayn izləmə olmalıdır ki, valideynlər rahat şəkildə övladlarına nəzarət etsinlər".Tanınmış illüstrator Elmail Qulami baş vermiş hadisə ilə bağlı karikatura çəkib.İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında körpəyə qarşı şiddət göstərən tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı işdən çıxarılıb. Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Z.Baxışova ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, "Müəllimlərin etik davranış Qaydaları"nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən, bu gündən ləğv edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/16/426289068_0:0:2731:2048_1920x0_80_0_0_22103d1c76588ff04be6e049ae71676b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bağça, uşaq baxçası, məşhur
bağça, uşaq baxçası, məşhur
Uşaq bağçasında rəzilliyə məşhurlar da səssiz qalmadılar - FOTO
Sosial şəbəkələrdə tərbiyəçinin azyaşlı uşağa qarşı fiziki zorakılığını əks etdirən görüntülər ölkə gündəmində böyük rezonans doğurub
BAKI, 14 yanvar — Sputnik. Sosial şəbəkələrdə tərbiyəçinin azyaşlı uşağa qarşı fiziki zorakılığını əks etdirən görüntülər ölkə gündəmində böyük rezonans doğurub. Bir çox xəbər saytlarında, o cümlədən sosial şəbəkələrdə yayımlanaraq böyük qınaq obyektinə çevrilib. Sputnik Azərbaycan xəbər verir ki, tərbiyəçinin körpəni döydüyü görüntülərə yerli məşhurlar da səssiz qalmayıblar. Onlar sosial şəbəkə hesablarında həmin görüntüləri paylaşaraq azyaşlı uşağa qarşı edilən bu amansızlığı şiddətlə qınayıblar.
Əməkdar artist Abbas Bağırov bildirib ki, belə insanları evdən çölə buraxmaq olmaz, nəinki haradasa tərbiyəçi işləməyə: "Bu videoda gördüyünüz mələk üzlü uşaq tərbiyəsiz və qanacaqsız "tərbiyəçi" tərəfindən amansızcasına vurulur. Bu uşağın yerində hər birimizin uşağı ola bilər!"
Aparıcı Zaur Baxşəliyev də hadisəyə münasibətini bildirib: "Tərbiyəsiz tərbiyəçi. Belə insanlar necə bağçada tərbiyəçi olurlar? Kim təyin edir onları? Hansı meyarlara görə təyin edirlər? Bunun "vidinə-fasonuna" bax. Ən son söyüşləri yazmaq istəyirəm ki, hirsim soyusun".
Şairə Nazilə Səfərli bağçalardakı ümumi problemdən bəhs edib: "Mənzərədən təxmini anladım ki, bu körpənin valideyni bu tərbiyəçidən soruşub ki, uşaq yemək yeyir? Bu da valideynə uşağın ağzında çörək şəkil atmaq istəyib ki, ayın axırında bəxşişi bir az çox alsın. Heç kimə sirr deyil ki, bir çox bağçalarda valideynlər texniklərə, tərbiyəçilərə pul verirlər (rüşvət). Vaxtı ilə mən də ayda 10 manat verirdim. Verməsəm, narazılıq edirdilər. Yəqin, indi bu məbləğ çoxalıb. Maraqlıdır, bu videonu kim çəkib? Daha dəqiq, bu əlləri qırılmışın torbasını kim tikib? Hələ dayanın görək, bunun arxasından day-day qismində kim çıxacaq? Uşaq yazıq iştahla yemək yeyirdi. Səni zəlil qal, tərbiyəçi! Yazığın başına necə vurdu, bunun evində heç baş bəzənməsin! Yazıq uşaq necə məyus baxır".
Bir çox televiziya layihələrinin rəhbəri Ruhi Əliyeva aidiyyatı qurumlardan da bu məsələylə bağlı lazımi tədbirlərin görülməsini bir ana olaraq xahiş edib: "Bir ana olaraq bu videoya baxdığımdan bəri özümə gələ bilmirəm. Çox böyük təəssüf hissi içərisindəyəm. Axı müəllimlik deyəndə ağla gələn ilk ifadə şəfqətdir, sevgidir, qayğıdır, nəvazişdir. Bu qadın isə müəllimlik adına sadəcə ləkədir. Mən əminəm ki, ölkəmizin birinci xanımı, mərhəmətli, hər zaman uşaqlara diqqətlə, qayğıyla, böyük sevgiylə yanaşan Mehriban xanım Əliyeva bu məsələyə də xüsusi diqqətini göstərəcək. Eyni zamanda Daxili İşlər Nazirliyi və digər aidiyyatı qurumlardan da bu məsələylə bağlı lazımi tədbirlərin görülməsini bir ana olaraq xahiş edirəm".
Müğənni Vasif Məhərrəmli də hadisəyə səssiz qalmayıb. "Adam söz tapıb fikrini belə, ifadə edə bilmir. Beləsini necə bağışlamaq olar? Mən heç vaxt bağışlamazdım, hətta ən yaxınım olsa belə. Cəzasını, təbii ki, Allah verəcək. Ona görə də bütün bağçalarda onlayn izləmə olmalıdır ki, valideynlər rahat şəkildə övladlarına nəzarət etsinlər".
Tanınmış illüstrator Elmail Qulami baş vermiş hadisə ilə bağlı karikatura çəkib.
İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında körpəyə qarşı şiddət göstərən tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı işdən çıxarılıb. Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Z.Baxışova ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, "Müəllimlərin etik davranış Qaydaları"nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən, bu gündən ləğv edilib.