Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Uşaq bağçasında rəzilliklə bağlı son xəbər - VİDEO

© AFP 2023 / ERIC CABANISUşaq bağçası
Uşaq bağçası - Sputnik Azərbaycan, 1920, 14.01.2022
Abunə olmaq
Hadisə İsmayıllı rayonunun Aşağıbaş kənd uşaq bağçasında baş verib.
BAKI, 14 yanvar - Sputnik. İsmayıllıda 1 saylı körpələr evində 2 yaşlı uşağın tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı məsələ araşdırılır. Qanunvericilikdə belə hallarla bağlı məsuliyyət nəzərdə tutulub.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemlərin üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyyə İbrahimova deyib.
O qeyd edib ki, hər şeydən əvvəl məktəbəqədər təhsil müəssisəsində təhsilverənin psixoloji vəziyyəti qiymətləndirilməlidir: “Bu müəssisələrdə bir ildən bir tərbiyəçilər tibbi-psixoloji müayinədən keçirlər. Artıq həmin tərbiyəçi Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, vəzifəsindən azad edilib. Uşağın vəziyyəti öyrəniləcək və ailə ilə görüş keçiriləcək”.
----------
11:53
İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında körpəyə qarşı şiddət göstərən tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı işdən çıxarılıb.
Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, Z.Baxışova ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, bu gündən ləğv edilib.
Nazirlik uşaqlara qarşı zorakılıq hallarının baş verməsini qətiyyətlə pisləyir və bunun yolverilməz olduğunu vurğulayır.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, uşaq bağçasında döyülən uşağın atası İsmayıllı Peşə Tədris Mərkəzinin direktor müavini Rəşid Mirzəliyev, anası isə İsmayıllı rayon icra hakimiyyətinin əməkdaşı Gülnarə Mirzəliyevadır.
----------
10:35
İsmayıllı rayonunda uşaq bağçalarının birində baş verən hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu həmin bağçadadır, müvafiq sorğu və izahat işləri aparılır.
Bunu Sputnik Azərbaycan-a cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. O bildirib ki, üç yaşlı uşağı vuran bağçanın tərbiyəçi müəllimi, 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib.
Həmin şəxs ailəlidir, 2 övladı var.
"Araşdırmanın nəticəsindən asılı olaraq, hüquqi tədbir görüləcək", - E.Hacıyev əlavə edib.
-----------
10:33
Sosial şəbəkələrdə uşaq bağçalarından birində azyaşlıya qarşı şiddətin göstərilməsi ilə bağlı görüntü Təhsil Nazirliyi tərəfindən ciddi şəkildə araşdırılır.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. Nazirlik rəsmisi bildirib ki, nəticəsinə dair ictimaiyyətə qısa zamanda məlumat veriləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə uşaq bağçalarından birində azyaşlıya qarşı şiddət göstərilməsi ilə video görüntülər yayılıb. Əlində telefonla video çəkilişi aparan uşaq bağçasının işçisi körpəyə çörəyi dişləməsini və ağzında saxlamasını deyir. Sonra isə çörəyi yeyən uşağın başına vurur.
Hadisə İsmayıllı rayonunun Aşağıbaş kənd uşaq bağçasında baş verib. Bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib. O qeyd edib ki, bağçada işləyən qadın işdən qovulub.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, yayılan video görüntülərlə bağlı araşdırma başlanıb: "Fakt nəzarətə götürülüb. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir".
Xəbər lenti
0