https://sputnik.az/20220114/sabahin-hava-proqnozu---gece-saxta-olacaq-bes-qar-438164152.html
Hava xəbərdarlığı - Gecə şaxta, qar olacaq, qərb küləyi güclənəcək
Hava xəbərdarlığı - Gecə şaxta, qar olacaq, qərb küləyi güclənəcək
Sputnik Azərbaycan
Abşeron yarımadasında və Azərbaycanın bəzi rayonlarında gecə şaxta olacağı gözlənilir. 14.01.2022, Sputnik Azərbaycan
2022-01-14T14:37+0400
2022-01-14T14:37+0400
2022-01-14T14:37+0400
cəmiyyət
şənbə
şaxta
hava proqnozu
bakı
qar
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/01/15/426018192_0:0:3072:1728_1920x0_80_0_0_0701506e2ea81c3e913b937530f309d6.jpg
BAKI, 14 yanvar — Sputnik. Ölkədə müşahidə edilən kəskin hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilib.Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 14-ü axşam, 15-i gün ərzində yağıntıda gözlənilən fasilədən sonra 15-dən 16-na keçən gecə az yağıntılı, 16-sı axşamdan 17-si axşamadək isə yağıntılı olacağı, sulu qara keçəcəyi ehtimalı var.Fasilələrlə müşahidə olunan küləkli hava şəraiti yanvarın 20-dək davam edəcək. Güclü cənub-qərb küləyi arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Küləyin maksimal sürəti bəzi yerlərdə arabir 23-28 m/s-yə çatacaq.Azərbaycanın rayonlarında yanvarın 14-ü axşam, 15-i gün ərzində gözlənilən fasilədən sonra 15-i axşamdan 16-sı gündüzədək bəzi yerlərdə, 16-sı axşamdan 17-si axşamadək isə əsasən cənub və şərq rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.Yaxın günlər ərzində fasilələrlə güclü cənub-qərb küləyinin arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Küləyin maksimal sürəti arabir 23-28 m/s-yə çatacaq. Küləkli hava şəraiti yanvarın 20-dək davam edəcək. Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı ehtimalı var.--------13:47Azərbaycan ərazisində şənbə günü, yanvarın 15-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 0°-yə yaxın, bəzi yerlərdə 2°-dək şaxta, gündüz 5-8° isti olacaq. Bakıda gecə 0°-yə yaxın gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 748 mm civə sütunundan 753 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 7-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20° şaxta, gündüz 3-8° şaxta olacaq.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/15/426018192_341:0:3072:2048_1920x0_80_0_0_d7a42f5d503e917574aefae3a9e11d78.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sabahın hava proqnozu - gecə şaxta olacaq, bəs qar? şənbə xəbərdarlıq
sabahın hava proqnozu - gecə şaxta olacaq, bəs qar? şənbə xəbərdarlıq
Hava xəbərdarlığı - Gecə şaxta, qar olacaq, qərb küləyi güclənəcək
Abşeron yarımadasında və Azərbaycanın bəzi rayonlarında gecə şaxta olacağı gözlənilir.
BAKI, 14 yanvar — Sputnik. Ölkədə müşahidə edilən kəskin hava şəraiti ilə bağlı növbəti xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 14-ü axşam, 15-i gün ərzində yağıntıda gözlənilən fasilədən sonra 15-dən 16-na keçən gecə az yağıntılı, 16-sı axşamdan 17-si axşamadək isə yağıntılı olacağı, sulu qara keçəcəyi ehtimalı var.
Fasilələrlə müşahidə olunan küləkli hava şəraiti yanvarın 20-dək davam edəcək. Güclü cənub-qərb küləyi arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Küləyin maksimal sürəti bəzi yerlərdə arabir 23-28 m/s-yə çatacaq.
Azərbaycanın rayonlarında yanvarın 14-ü axşam, 15-i gün ərzində gözlənilən fasilədən sonra 15-i axşamdan 16-sı gündüzədək bəzi yerlərdə, 16-sı axşamdan 17-si axşamadək isə əsasən cənub və şərq rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Yaxın günlər ərzində fasilələrlə güclü cənub-qərb küləyinin arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Küləyin maksimal sürəti arabir 23-28 m/s-yə çatacaq. Küləkli hava şəraiti yanvarın 20-dək davam edəcək. Şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı ehtimalı var.
Azərbaycan ərazisində şənbə günü, yanvarın 15-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 0°-yə yaxın, bəzi yerlərdə 2°-dək şaxta, gündüz 5-8° isti olacaq. Bakıda gecə 0°-yə yaxın gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 748 mm civə sütunundan 753 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 7-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20° şaxta, gündüz 3-8° şaxta olacaq.