https://sputnik.az/20220114/rusiya-turkiye-ermenistan-dialoquna-munasibet-bildirdi---438182826.html
Rusiya Türkiyə-Ermənistan dialoquna münasibət bildirdi
Rusiya Türkiyə-Ermənistan dialoquna münasibət bildirdi
Sputnik Azərbaycan
Rusiya XİN Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü ilə bağlı bəyanat yayıb. 14.01.2022, Sputnik Azərbaycan
2022-01-14T19:50+0400
2022-01-14T19:50+0400
2022-01-14T19:50+0400
siyasət
türkiyə
moskva
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437437530_0:0:3148:1771_1920x0_80_0_0_118bba88b0a68f0db9d249b504f0bbe2.jpg
BAKI, 14 yanvar - Sputnik. İki ölkənin xüsusi nümayəndələri konstruktiv, siyasiləşdirilməmiş şəkildə dialoq aparmağa hazır olduqlarını nümayiş etdiriblər.Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin Moskva görüşü ilə bağlı yaydığı bəyanatda bildirilib.Bundan başqa, Rusiya XİN başçısının müavini Andrey Rudenkonun Ermənistanın və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Sərdar Kılıçla ayrı-ayrılıqda görüşlər keçirdiyi də bəyanatda vurğulanıb.Xatırladaq ki, Türkiyə Xarici İşlər Nazirliyi də sözügedən görüşlə bağlı məlumat yayıb.Məlumatda qeyd olunur ki, müsbət, konstruktiv atmosferdə keçən ilk görüşdə xüsusi nümayəndələr Türkiyə və Ermənistan arasında dialoq yolu ilə həyata keçiriləcək normallaşma prosesi ilə bağlı ilkin fikir mübadiləsi aparıblar."Tərəflər ilkin şərt olmadan tam normallaşma məqsədi ilə danışıqları davam etdirməyə razılaşıblar. Xüsusi nümayəndələr arasında ikinci görüşün yeri və tarixi daha sonra diplomatik kanallar vasitəsilə müəyyən ediləcək”, - Türkiyə XİN-in məlumatında deyilir. Moskva danışıqlarıBu gün Moskvada Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında danışıq olub. Danışıqlar 1,5 saat davam edib. Danışıqların detalları açıqlanmır.Sadəcə bildirilir ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Rusiya Xarici İşlər Nazirliyinin Moskvada qəbul evinə gəliblər. Burada iki ölkə arasında əlaqələrin normallaşdırılmasına dair ilk görüş keçirilib. Ankara və Yerevan ötən ilin dekabrında əlaqələrin normallaşması prosesini başladıblar. Bunun üçün hər iki ölkədən xüsusi nümayəndələr – Serdar Kılıç və Ruben Rubenyan təyin olunub.Ermənistan ilə Türkiyə arasındakı münasibətlər 1993-cü ildən bəri bəzi ön şərtlərlə bağlı yox səviyyəsindədir.Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da jurnalistlərə açıqlamasında bildirib ki, artıq Ermənistan ilə əlaqələrin normallaşmaması üçün səbəb yoxdur:"1992-ci ildə Türkiyə Ermənistanla diplomatik əlaqələrini kəsəndə, sərhədi bağlayanda əsas məsələ Qarabağın işğalı idi. Keçən il 44 günlük müharibədə qazanılan Zəfərlə Qarabağ problemi həll edildi. Qarabağ tarixi sahiblərinə qayıtdı və 1992-ci ildə bizim Ermənistanla əlaqələrimizin sona çatmasına səbəb olan problem həll edildi".Həmçinin oxuyun:Türkiyə və Ermənistan nümayəndələri nədən danışıblar - VİDEO
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437437530_417:0:3148:2048_1920x0_80_0_0_f14f3a5cc2f172dce3d4c79ae780d1bc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, moskva, ermənistan
türkiyə, moskva, ermənistan
Rusiya Türkiyə-Ermənistan dialoquna münasibət bildirdi
Rusiya XİN Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü ilə bağlı bəyanat yayıb.
BAKI, 14 yanvar - Sputnik. İki ölkənin xüsusi nümayəndələri konstruktiv, siyasiləşdirilməmiş şəkildə dialoq aparmağa hazır olduqlarını nümayiş etdiriblər.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin Moskva görüşü ilə bağlı yaydığı bəyanatda bildirilib.
Bundan başqa, Rusiya XİN başçısının müavini Andrey Rudenkonun Ermənistanın və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Sərdar Kılıçla ayrı-ayrılıqda görüşlər keçirdiyi də bəyanatda vurğulanıb.
“Tərəflər konstruktiv, siyasiləşməmiş şəkildə dialoq aparmağa, açıq və "kiçik addım"larla asandan çətinə doğru, praktik nəticəyə hesablanmış addımlar atmağa hazır olduqlarını bəyan ediblər. Regionda sabitlik və iqtisadi tərəqqi maraqları, iki ölkə xalqlarının rifahı naminə işləyəcək təmas nöqtəsi axtarışlarını davam etdirmək barədə razılığa gəlinib”, - Rusiya XİN-in bəyanatında vurğulanıb.
Xatırladaq ki, Türkiyə Xarici İşlər Nazirliyi də sözügedən görüşlə bağlı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, müsbət, konstruktiv atmosferdə keçən ilk görüşdə xüsusi nümayəndələr Türkiyə və Ermənistan arasında dialoq yolu ilə həyata keçiriləcək normallaşma prosesi ilə bağlı ilkin fikir mübadiləsi aparıblar.
"Tərəflər ilkin şərt olmadan tam normallaşma məqsədi ilə danışıqları davam etdirməyə razılaşıblar. Xüsusi nümayəndələr arasında ikinci görüşün yeri və tarixi daha sonra diplomatik kanallar vasitəsilə müəyyən ediləcək”, - Türkiyə XİN-in məlumatında deyilir.
Bu gün Moskvada Türkiyə və Ermənistanın xüsusi nümayəndələri arasında danışıq olub. Danışıqlar 1,5 saat davam edib. Danışıqların detalları açıqlanmır.
Sadəcə bildirilir ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Rusiya Xarici İşlər Nazirliyinin Moskvada qəbul evinə gəliblər. Burada iki ölkə arasında əlaqələrin normallaşdırılmasına dair ilk görüş keçirilib.
Ankara və Yerevan ötən ilin dekabrında əlaqələrin normallaşması prosesini başladıblar. Bunun üçün hər iki ölkədən xüsusi nümayəndələr – Serdar Kılıç və Ruben Rubenyan təyin olunub.
Ermənistan ilə Türkiyə arasındakı münasibətlər 1993-cü ildən bəri bəzi ön şərtlərlə bağlı yox səviyyəsindədir.
Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da jurnalistlərə açıqlamasında bildirib ki, artıq Ermənistan ilə əlaqələrin normallaşmaması üçün səbəb yoxdur:
"1992-ci ildə Türkiyə Ermənistanla diplomatik əlaqələrini kəsəndə, sərhədi bağlayanda əsas məsələ Qarabağın işğalı idi. Keçən il 44 günlük müharibədə qazanılan Zəfərlə Qarabağ problemi həll edildi. Qarabağ tarixi sahiblərinə qayıtdı və 1992-ci ildə bizim Ermənistanla əlaqələrimizin sona çatmasına səbəb olan problem həll edildi".