https://sputnik.az/20220114/rusiya-hadiselerin-istenilen-inkisafina-hazirlasir--moskvadan-xeberdarliq-438168933.html
Rusiya hadisələrin istənilən inkişafına hazırlaşır – Moskvadan xəbərdarlıq
Rusiya hadisələrin istənilən inkişafına hazırlaşır – Moskvadan xəbərdarlıq
Sputnik Azərbaycan
Dünyada münaqişə potensialı artıb, Rusiya hadisələrin istənilən inkişafına hazırlaşır – Moskvadan xəbərdarlıq. 14.01.2022, Sputnik Azərbaycan
2022-01-14T15:10+0400
2022-01-14T15:10+0400
2022-01-14T15:10+0400
rusiya
rusiya
sergey lavrov
qərb
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0e/438166377_0:115:3078:1846_1920x0_80_0_0_555409146ce086a799b59c0af18c56de.jpg
BAKI, 14 yanvar — Sputnik. Qərb ölkələri hadisələrin neqativ inkişafına yardım edir, dünyada münaqişə potensialı artır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirilən mətbuat konfransında bildirib."Vəziyyət yaxşılaşmır, münaqişə potensialı artır. Qərbli həmkarlar hadisələrin bu cür neqativ hal almasına qəti şəkildə töhfə verir, BMT Nizamnaməsinə əsaslanan beynəlxalq münasibətlərin arxitekturasını sarsıtmaq kursu götürür, beynəlxalq hüququ öz qaydaları ilə əvəz etmək xəttini davam etdirirlər", - deyə Lavrov bildirib.Rusiya XİN rəhbəri, həmçinin qeyd edib ki, NATO süni şəkildə Ukrayna və Skandinaviya ölkələrini öz sıralarına cəlb edir.Lavrov həmçinin qeyd edib ki, Rusiya hadisələrin istənilən növ inkişafına hazırlaşır, lakin Rusiya ABŞ və NATO təhlükəsizlik zəmanəti ilə bağlı cavab gözləyir: "Əgər Qərb təhlükəsizlik üzrə Rusiyanın təklifindən imtina etsə, Moskva vəziyyəti dəyərləndirəcək, bütün faktorları nəzərə almaqla qərar qəbul edəcək: "Bu təqdirdə Rusiyanın cavabının hə olacağına dair mülahizələr irəli sürmək qeyri-məhsuldardır".O həmçinin qeyd edib ki, Qərb təhlükəsizlik zəmanətləri üzrə danışıqlarda əsas məsuliyyəti öz üzərindən atmağa çalışır: "Rusiya Federasiyası sonsuza qədər Qərbdən dəyişikliklər, yaxud vədlər gözləməyəcək, biz təhlükəsizliyimizi necə təmin edəcəyimizi bilirik və bacarırıq".Eləcə də oxuyun:* Lavrov: "Rusiya Yerevanın təkliflərini Bakıya çatdıracaq"
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0e/438166377_347:0:3078:2048_1920x0_80_0_0_650598b4f596c3e815af94525418dcfd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya hadisələrin istənilən inkişafına hazırlaşır – lavrov
rusiya hadisələrin istənilən inkişafına hazırlaşır – lavrov
Rusiya hadisələrin istənilən inkişafına hazırlaşır – Moskvadan xəbərdarlıq
Dünyada münaqişə potensialı artıb, Rusiya hadisələrin istənilən inkişafına hazırlaşır – Moskvadan xəbərdarlıq.
BAKI, 14 yanvar — Sputnik. Qərb ölkələri hadisələrin neqativ inkişafına yardım edir, dünyada münaqişə potensialı artır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirilən mətbuat konfransında bildirib.
"Vəziyyət yaxşılaşmır, münaqişə potensialı artır. Qərbli həmkarlar hadisələrin bu cür neqativ hal almasına qəti şəkildə töhfə verir, BMT Nizamnaməsinə əsaslanan beynəlxalq münasibətlərin arxitekturasını sarsıtmaq kursu götürür, beynəlxalq hüququ öz qaydaları ilə əvəz etmək xəttini davam etdirirlər", - deyə Lavrov bildirib.
Rusiya XİN rəhbəri, həmçinin qeyd edib ki, NATO süni şəkildə Ukrayna və Skandinaviya ölkələrini öz sıralarına cəlb edir.
Lavrov həmçinin qeyd edib ki, Rusiya hadisələrin istənilən növ inkişafına hazırlaşır, lakin Rusiya ABŞ və NATO təhlükəsizlik zəmanəti ilə bağlı cavab gözləyir: "Əgər Qərb təhlükəsizlik üzrə Rusiyanın təklifindən imtina etsə, Moskva vəziyyəti dəyərləndirəcək, bütün faktorları nəzərə almaqla qərar qəbul edəcək: "Bu təqdirdə Rusiyanın cavabının hə olacağına dair mülahizələr irəli sürmək qeyri-məhsuldardır".
O həmçinin qeyd edib ki, Qərb təhlükəsizlik zəmanətləri üzrə danışıqlarda əsas məsuliyyəti öz üzərindən atmağa çalışır: "Rusiya Federasiyası sonsuza qədər Qərbdən dəyişikliklər, yaxud vədlər gözləməyəcək, biz təhlükəsizliyimizi necə təmin edəcəyimizi bilirik və bacarırıq".