https://sputnik.az/20220114/lavrov-rusiya-yerevanin-tekliflerini-bakiya-catdiracaq-438167205.html
Lavrov: "Rusiya Yerevanın təkliflərini Bakıya çatdıracaq"
Lavrov: "Rusiya Yerevanın təkliflərini Bakıya çatdıracaq"
Sputnik Azərbaycan
Moskva demarkasiya üzrə komissiyaya dair Yerevanın təkliflərini Bakıya çatdıracaq, həmçinin ümid edir ki, onun yaradılması haqqında qərar tezliklə veriləcək. 14.01.2022, Sputnik Azərbaycan
2022-01-14T14:15+0400
2022-01-14T14:15+0400
2022-01-14T14:15+0400
siyasət
moskva
sergey lavrov
yerevan
təklif
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/02/436886847_0:0:2590:1458_1920x0_80_0_0_4ece8138efa4b2506236562431688cfb.jpg
BAKI, 14 yanvar — Sputnik. Rusiya Azərbaycanla Ermənistan sərhədlərinin tezliklə delimitasiyasının tərəfdarıdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirilən mətbuat konfransında bildirib."Bu, sırf ikitərəfli məsələdir, biz artıq bir ildir ki, onun üzərində işləməyə başlamağı təklif edirik", - deyə Lavrov vurğulayıb.O xatırladıb ki, Rusiya Baş Qərargahında, eləcə də digər strukturlarda ölkələr arasında sərhədləri və onların dəyişikliklərini göstərən xəritələrin olduğunu nəzərə alaraq, Moskva xüsusi komissiya yaratmağı və məsləhətçi kimi fəaliyyət göstərməyi təklif edib.Lavrovun sözlərinə görə, komissiyanı yaratmaq üçün ilk növbədə şərtlər barədə razılığa gəlmək lazımdır: "Bu şərtlər müzakirə olunur. Orada fikir ayrılıqları var".Rusiya XİN rəhbəri ötən gün məsələ ilə bağlı erməni həmkarı ilə danışdığını bildirib: "Ötən gün mən erməni həmkarımla danışdım. Onun yeni təklifləri var və biz onu Bakıya çatdıracağıq. Komissiyanın ən qısa zamanda işə başlaması üçün nə etməli olacağımıza baxacağıq. Bizim mövqeyimiz sadədir: Rəsmi olaraq yaradılan komissiya çərçivəsində oturmaq, hazırda razılaşdırılmamış məsələləri həll etmək lazımdır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/02/436886847_275:0:2526:1688_1920x0_80_0_0_a5f764dfc25e37bfff3eb0a4c1bc00de.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
lavrov rusiya yerevanın təkliflərini bakıya çatdıracaq video
lavrov rusiya yerevanın təkliflərini bakıya çatdıracaq video
Lavrov: "Rusiya Yerevanın təkliflərini Bakıya çatdıracaq"
Moskva demarkasiya üzrə komissiyaya dair Yerevanın təkliflərini Bakıya çatdıracaq, həmçinin ümid edir ki, onun yaradılması haqqında qərar tezliklə veriləcək.
BAKI, 14 yanvar — Sputnik. Rusiya Azərbaycanla Ermənistan sərhədlərinin tezliklə delimitasiyasının tərəfdarıdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirilən mətbuat konfransında bildirib.
"Bu, sırf ikitərəfli məsələdir, biz artıq bir ildir ki, onun üzərində işləməyə başlamağı təklif edirik", - deyə Lavrov vurğulayıb.
O xatırladıb ki, Rusiya Baş Qərargahında, eləcə də digər strukturlarda ölkələr arasında sərhədləri və onların dəyişikliklərini göstərən xəritələrin olduğunu nəzərə alaraq, Moskva xüsusi komissiya yaratmağı və məsləhətçi kimi fəaliyyət göstərməyi təklif edib.
Lavrovun sözlərinə görə, komissiyanı yaratmaq üçün ilk növbədə şərtlər barədə razılığa gəlmək lazımdır: "Bu şərtlər müzakirə olunur. Orada fikir ayrılıqları var".
Rusiya XİN rəhbəri ötən gün məsələ ilə bağlı erməni həmkarı ilə danışdığını bildirib: "Ötən gün mən erməni həmkarımla danışdım. Onun yeni təklifləri var və biz onu Bakıya çatdıracağıq. Komissiyanın ən qısa zamanda işə başlaması üçün nə etməli olacağımıza baxacağıq. Bizim mövqeyimiz sadədir: Rəsmi olaraq yaradılan komissiya çərçivəsində oturmaq, hazırda razılaşdırılmamış məsələləri həll etmək lazımdır".