https://sputnik.az/20220114/moskva-lham-eliyevin-ireli-surduyu-tesebbusu-yuksek-qiymetlendirdi-438170058.html
Moskva İlham Əliyevin irəli sürdüyü təşəbbüsü yüksək qiymətləndirdi
Moskva İlham Əliyevin irəli sürdüyü təşəbbüsü yüksək qiymətləndirdi
Sputnik Azərbaycan
Lavrov qeyd edib ki, Rusiya "altılıq" formatında səyləri qeyd-şərtsiz dəstəkləyir və fəal iştirak edir 14.01.2022, Sputnik Azərbaycan
2022-01-14T15:48+0400
2022-01-14T15:48+0400
2022-01-14T16:17+0400
prezident ilham əliyev
siyasət
altılıq
sergey lavrov
format
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0f/437277242_0:130:958:669_1920x0_80_0_0_3713002d3997227760a211c7d50650af.jpg
BAKI, 14 yanvar — Sputnik. Rusiya Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən "altılıq" ("3+3") formatını da aktiv şəkildə dəstəkləyib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.O qeyd edib ki, Rusiya "altılıq" formatında səyləri qeyd-şərtsiz dəstəkləyir və fəal iştirak edir: "Bu səylər Cənubi Qafqazda vəziyyətin normallaşmasına töhfə verir, Cənubi Qafqazın üç ölkəsi və onların üç böyük qonşusu – Rusiya, İran və Türkiyə arasında iqtisadi və digər əməkdaşlığın inkişafı yolu ilə davam edən siyasi problemlərin daha fəal, səmərəli həllinə şərait yaratmağa kömək edir. Biz hazırda Gürcüstandan olan həmkarlarımızla Cenevrə müzakirələri çərçivəsində, Moskva və Tbilisi tərəfindən uzun müddət əvvəl yaradılan qeyri-rəsmi ikitərəfli kanal çərçivəsində görüşürük. Lakin fikrimcə, "altılıq" formatı daha əhəmiyyətlidir. Bu formatda bütün regionun inkişafı perspektivləri müzakirə olunur", - deyə o bildirib.Qeyd edək ki, 2021-ci il dekabrın 10-da Moskvada Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan xarici işlər nazirlərinin müavinlərinin "altılıq" formatlı regional əməkdaşlıq platforması çərçivəsində görüşü keçirilib. Türkiyə ilə Azərbaycanı hər iki ölkənin xarici işlər nazirlərinin müavinləri Sedat Önal və Xələf Xələfov təmsil edib. Rusiyanı bu ölkənin xarici işlər nazirinin müavini Andrey Rudenko təmsil edib. Gürcüstan bu görüşdə iştirak etməyib. Regional platformanın işini onun bütün iştirakçılarının maraqlarına cavab verən praktiki məsələlərə yönəltmək razılaşdırılıb. Bunlara - etimadın artırılması, ticarət-iqtisadi, nəqliyyat, mədəni-humanitar sahələrdə qarşılıqlı fəaliyyət, ümumi təhdidlərə qarşı mübarizə tədbirləri daxildir. Beş ölkənin nümayəndələri Gürcüstanın platformaya qoşulmasında maraqlı olduqlarını bildiriblər. Müvafiq nazirlik və idarələrin mümkün iştirakı ilə gələcək addımlar, eləcə də iş planları müzakirə edilib. "Altılıq" platforması çərçivəsində ikinci görüş Türkiyədə baş tutacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0f/437277242_36:0:928:669_1920x0_80_0_0_3524090273e61d8ac9d88e5c2dce39c2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xarici işlər naziri "altılıq" formatı haqda
rusiya xarici işlər naziri "altılıq" formatı haqda
Moskva İlham Əliyevin irəli sürdüyü təşəbbüsü yüksək qiymətləndirdi
15:48 14.01.2022 (Yenilənib: 16:17 14.01.2022) Lavrov qeyd edib ki, Rusiya "altılıq" formatında səyləri qeyd-şərtsiz dəstəkləyir və fəal iştirak edir
BAKI, 14 yanvar — Sputnik. Rusiya Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən "altılıq" ("3+3") formatını da aktiv şəkildə dəstəkləyib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.
O qeyd edib ki, Rusiya "altılıq" formatında səyləri qeyd-şərtsiz dəstəkləyir və fəal iştirak edir: "Bu səylər Cənubi Qafqazda vəziyyətin normallaşmasına töhfə verir, Cənubi Qafqazın üç ölkəsi və onların üç böyük qonşusu – Rusiya, İran və Türkiyə arasında iqtisadi və digər əməkdaşlığın inkişafı yolu ilə davam edən siyasi problemlərin daha fəal, səmərəli həllinə şərait yaratmağa kömək edir.
Biz hazırda Gürcüstandan olan həmkarlarımızla Cenevrə müzakirələri çərçivəsində, Moskva və Tbilisi tərəfindən uzun müddət əvvəl yaradılan qeyri-rəsmi ikitərəfli kanal çərçivəsində görüşürük. Lakin fikrimcə, "altılıq" formatı daha əhəmiyyətlidir. Bu formatda bütün regionun inkişafı perspektivləri müzakirə olunur", - deyə o bildirib.
Qeyd edək ki, 2021-ci il dekabrın 10-da Moskvada Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan xarici işlər nazirlərinin müavinlərinin "altılıq" formatlı regional əməkdaşlıq platforması çərçivəsində görüşü keçirilib.
Türkiyə ilə Azərbaycanı hər iki ölkənin xarici işlər nazirlərinin müavinləri Sedat Önal və Xələf Xələfov təmsil edib. Rusiyanı bu ölkənin xarici işlər nazirinin müavini Andrey Rudenko təmsil edib. Gürcüstan bu görüşdə iştirak etməyib.
Regional platformanın işini onun bütün iştirakçılarının maraqlarına cavab verən praktiki məsələlərə yönəltmək razılaşdırılıb. Bunlara - etimadın artırılması, ticarət-iqtisadi, nəqliyyat, mədəni-humanitar sahələrdə qarşılıqlı fəaliyyət, ümumi təhdidlərə qarşı mübarizə tədbirləri daxildir. Beş ölkənin nümayəndələri Gürcüstanın platformaya qoşulmasında maraqlı olduqlarını bildiriblər.
Müvafiq nazirlik və idarələrin mümkün iştirakı ilə gələcək addımlar, eləcə də iş planları müzakirə edilib. "Altılıq" platforması çərçivəsində ikinci görüş Türkiyədə baş tutacaq.