https://sputnik.az/20220114/kucede-geceleyen-narkotik-aludecisi-usaq-xestexanaya-yerlesdirilecek-438134342.html
Küçədə gecələyən narkotik aludəçisi uşaq xəstəxanaya yerləşdiriləcək
Küçədə gecələyən narkotik aludəçisi uşaq xəstəxanaya yerləşdiriləcək
Sputnik Azərbaycan
Səhiyyə Nazirliyinin "103" xidməti dispanserinə, xəstəxanaya yerləşdirilib, amma heç 1 saat keçmədən səhiyyə müəssisəsi əməkdaşları "ay, qaçdı!" deyib xəstə... 14.01.2022, Sputnik Azərbaycan
2022-01-14T19:31+0400
2022-01-14T19:31+0400
2022-01-14T19:32+0400
uşaq
cəmiyyət
ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
https://cdnn1.img.sputnik.az/img/42175/68/421756802_0:0:3072:1728_1920x0_80_0_0_4a79acf430524003b8e116a22e732271.jpg
BAKI, 14 yanvar — Sputnik. Bakıda 11 yaşlı uşağın narkotik aludəçisi olduğu iddia edilib. Bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.Onun sözlərinə görə, dövlət qurumları uşağa dəstək göstərmir:"Uşaq narkotik asılılığından psixi xəstəyə çevrilib. Heç olmazsa onu ruhi-əsəb xəstəxanasına yerləşdirin. "Nizami" metrosunun yaxınlığındadır...Bu uşaq Azərbaycan vətəndaşıdır. Ruslanı dəfələrlə Bakı Şəhər Polis İdarəsinin əməkdaşları, Yasamal Polis İdarəsinin əməkdaşları tapıb aparıb aidiyyəti, daha dəqiq desəm, Səhiyyə Nazirliyinin "103" xidməti dispanserinə, xəstəxanaya yerləşdirilib, amma heç 1 saat keçmədən səhiyyə müəssisəsi əməkdaşları "ay, qaçdı!" deyib xəstə bir uşaqdan qurtulublar!"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, sözügedən uşaq dəfələrlə xəstəxanaya yerləşdirilsə də, hər dəfə oradan qaçıb:"Sonuncu dəfə əməkdaşımız tərəfindən təcili tibbi yardım avtomobili ilə aparılan zaman qaçmışdı. Hazırda uşağın tapılması üçün hüquq-mühafizə orqanları və komitə əməkdaşları ərazidədir. Uşaq tapılandan sonra komitənin əməkdaşları birgə xəstəxanaya təhvil vercək".O qeyd edib ki, uşağın sənədinin hazırlanması üçün aidiyyəti orqanlar məşğuldurlar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42175/68/421756802_184:0:2915:2048_1920x0_80_0_0_7dae7b4869ea80c69dc7481a76dea3a2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
uşaq, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
uşaq, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi
Küçədə gecələyən narkotik aludəçisi uşaq xəstəxanaya yerləşdiriləcək
19:31 14.01.2022 (Yenilənib: 19:32 14.01.2022) Səhiyyə Nazirliyinin "103" xidməti dispanserinə, xəstəxanaya yerləşdirilib, amma heç 1 saat keçmədən səhiyyə müəssisəsi əməkdaşları "ay, qaçdı!" deyib xəstə bir uşaqdan qurtulublar!
BAKI, 14 yanvar — Sputnik. Bakıda 11 yaşlı uşağın narkotik aludəçisi olduğu iddia edilib. Bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
Onun sözlərinə görə, dövlət qurumları uşağa dəstək göstərmir:
"Uşaq narkotik asılılığından psixi xəstəyə çevrilib. Heç olmazsa onu ruhi-əsəb xəstəxanasına yerləşdirin. "Nizami" metrosunun yaxınlığındadır...
Bu uşaq Azərbaycan vətəndaşıdır. Ruslanı dəfələrlə Bakı Şəhər Polis İdarəsinin əməkdaşları, Yasamal Polis İdarəsinin əməkdaşları tapıb aparıb aidiyyəti, daha dəqiq desəm, Səhiyyə Nazirliyinin "103" xidməti dispanserinə, xəstəxanaya yerləşdirilib, amma heç 1 saat keçmədən səhiyyə müəssisəsi əməkdaşları "ay, qaçdı!" deyib xəstə bir uşaqdan qurtulublar!"
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, sözügedən uşaq dəfələrlə xəstəxanaya yerləşdirilsə də, hər dəfə oradan qaçıb:
"Sonuncu dəfə əməkdaşımız tərəfindən təcili tibbi yardım avtomobili ilə aparılan zaman qaçmışdı. Hazırda uşağın tapılması üçün hüquq-mühafizə orqanları və komitə əməkdaşları ərazidədir. Uşaq tapılandan sonra komitənin əməkdaşları birgə xəstəxanaya təhvil vercək".
O qeyd edib ki, uşağın sənədinin hazırlanması üçün aidiyyəti orqanlar məşğuldurlar.