Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

BMT ABŞ və Rusiyanı hərbi eskalasiyadan çəkinməyə çağırdı

© AFP 2023 / LUDOVIC MARINBMT bayrağı, arxiv şəkli
BMT bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.01.2022
Abunə olmaq
Quterreş vəziyyətin gərginləşməsinin Avropa və bütün dünya üçün fəlakət olacağını vurğulayıb.
BAKI, 14 yanvar - Sputnik. BMT-nin baş katibi Antonio Quterreş Rusiya, ABŞ və NATO-nu vəziyyəti gərginləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırıb.
Bunu Antoniu Quterreşin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.
“Baş katib hazırkı gərginliyin artmasından, hərbi eskalasiyadan narahatdır. Quterreş vəziyyətin gərginləşməsinin Avropa və bütün dünya üçün fəlakət olacağını vurğulayıb", - Report-un yazdığına görə, Haq bildirib.
Xatırladaq ki, yanvarın 10-da Cenevrədə Rusiya-Amerika məsləhətləşmələri keçirilib. Yanvarın 12-də Brüsseldə Rusiya-NATO Şurasının iclası, yanvarın 13-də isə Vyanada ATƏT-in Daimi Şurasının iclası keçirilib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirilən mətbuat konfransında bildirib ki, Qərb ölkələri hadisələrin neqativ inkişafına yardım edir, dünyada münaqişə potensialı artır.
"Vəziyyət yaxşılaşmır, münaqişə potensialı artır. Qərbli həmkarlar hadisələrin bu cür neqativ hal almasına qəti şəkildə töhfə verir, BMT Nizamnaməsinə əsaslanan beynəlxalq münasibətlərin arxitekturasını sarsıtmaq kursu götürür, beynəlxalq hüququ öz qaydaları ilə əvəz etmək xəttini davam etdirirlər", - deyə Lavrov bildirib.
Rusiya XİN rəhbəri, həmçinin qeyd edib ki, NATO süni şəkildə Ukrayna və Skandinaviya ölkələrini öz sıralarına cəlb edir.
Lavrov həmçinin qeyd edib ki, Rusiya hadisələrin istənilən növ inkişafına hazırlaşır, lakin Rusiya ABŞ və NATO təhlükəsizlik zəmanəti ilə bağlı cavab gözləyir: "Əgər Qərb təhlükəsizlik üzrə Rusiyanın təklifindən imtina etsə, Moskva vəziyyəti dəyərləndirəcək, bütün faktorları nəzərə almaqla qərar qəbul edəcək: "Bu təqdirdə Rusiyanın cavabının hə olacağına dair mülahizələr irəli sürmək qeyri-məhsuldardır".
Həmçinin oxuyun:
Rusiya hadisələrin istənilən inkişafına hazırlaşır – Moskvadan xəbərdarlıq
Rusiya ABŞ-la danışıqlarda heç bir güzəştə getməyəcək - Səfir
Xəbər lenti
0