https://sputnik.az/20220114/azerbaycan-erzaq-idxali-asililigini-azaltmaq-ucun-isler-gorur-438161749.html
Azərbaycan ərzaq idxalı asılılığını azaltmaq üçün işlər görür
Azərbaycan ərzaq idxalı asılılığını azaltmaq üçün işlər görür
Sputnik Azərbaycan
Dünyanın bir çox ölkələrində qlobal su çatışmazlığına görə çirkab sularından suvarma prosesində istifadə olunur. 14.01.2022, Sputnik Azərbaycan
2022-01-14T15:30+0400
2022-01-14T15:30+0400
2022-01-14T15:30+0400
ərzaq
azərbaycan xəbərləri
idxal
asılılıq
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42161/91/421619118_0:0:3072:1728_1920x0_80_0_0_a4af73c1087150209fc0da00f3e89e27.jpg
BAKI, 14 yanvar — Sputnik. Bitki mühafizəsi ölkəmizin ərzaq təhlükəsizliyinin əsas prioritetlərindəndir. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Aqrar Universitetininin rektoru İbrahim Cəfərov deyib.İbrahim Cəfərov bildirib ki, dünyanın bir çox ölkələrində qlobal su çatışmazlığına görə çirkab sularından suvarma prosesində istifadə olunur. Onun sözlərinə görə, dünyanın bir neçə ölkəsində əkinlərin suvarılmasında belə sulardan istifadə olunması məhsuldarlığa təsir göstərir. "Universitetimizdə bitki təhlükəsizliyi məsələsinə xüsusi diqqət ayrılır. Müsbət amil həm də odur ki, ölkəmizin ərazisi kiçik olsa da münbit torpaq iqlim şəraiti mövcuddur. O baxımdan ölkəmizdə ixitsaslaşmış iqtisadi zonaları xüsusi qeyd etməliyik. Bu bizə ölkənin ərzaq təhlükəsizliyini təmin etməyə imkan verir", - İ.Cəfərov qeyd edib. "Cənab Prezident İlham Əliyev də verdiyi müsahibədə ölkəmizdə aqrar sahənin sürətlə inkişafını qeyd etdi. Hazırda Azərbaycan bu sahədə Sovet dövründə əldə edə bilmədiyi nəticələri əldə edib. Ölkəmizdə meyvə-tərəvəz istehsalı sovet dövrü ilə müqayisədə iki dəfə artıb. İndi xaricdən ərzaq idxalı asılılığını azaltmaq üçün işlər görülür. Aqrar Universitetdə qurulmuş laboratoriyalar bu baxımdan ciddi əhəmiyyət kəsb edir və elmi tədqiqatların aparılmasına zəmin yaradır", - universitet rəhbəri bildirib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42161/91/421619118_341:0:3072:2048_1920x0_80_0_0_d113838e4c6f2ba71f15577c1983a11d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan ərzaq idxalı asılılığını azaltmaq üçün işlər görür
azərbaycan ərzaq idxalı asılılığını azaltmaq üçün işlər görür
Azərbaycan ərzaq idxalı asılılığını azaltmaq üçün işlər görür
Dünyanın bir çox ölkələrində qlobal su çatışmazlığına görə çirkab sularından suvarma prosesində istifadə olunur.
BAKI, 14 yanvar — Sputnik. Bitki mühafizəsi ölkəmizin ərzaq təhlükəsizliyinin əsas prioritetlərindəndir. Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Aqrar Universitetininin rektoru İbrahim Cəfərov deyib.
İbrahim Cəfərov bildirib ki, dünyanın bir çox ölkələrində qlobal su çatışmazlığına görə çirkab sularından suvarma prosesində istifadə olunur. Onun sözlərinə görə, dünyanın bir neçə ölkəsində əkinlərin suvarılmasında belə sulardan istifadə olunması məhsuldarlığa təsir göstərir.
"Universitetimizdə bitki təhlükəsizliyi məsələsinə xüsusi diqqət ayrılır. Müsbət amil həm də odur ki, ölkəmizin ərazisi kiçik olsa da münbit torpaq iqlim şəraiti mövcuddur. O baxımdan ölkəmizdə ixitsaslaşmış iqtisadi zonaları xüsusi qeyd etməliyik. Bu bizə ölkənin ərzaq təhlükəsizliyini təmin etməyə imkan verir", - İ.Cəfərov qeyd edib.
"Cənab Prezident İlham Əliyev də verdiyi müsahibədə ölkəmizdə aqrar sahənin sürətlə inkişafını qeyd etdi. Hazırda Azərbaycan bu sahədə Sovet dövründə əldə edə bilmədiyi nəticələri əldə edib. Ölkəmizdə meyvə-tərəvəz istehsalı sovet dövrü ilə müqayisədə iki dəfə artıb. İndi xaricdən ərzaq idxalı asılılığını azaltmaq üçün işlər görülür. Aqrar Universitetdə qurulmuş laboratoriyalar bu baxımdan ciddi əhəmiyyət kəsb edir və elmi tədqiqatların aparılmasına zəmin yaradır", - universitet rəhbəri bildirib.