https://sputnik.az/20220113/yolunu-azan-ermeni-coban-sulhmeramlilara-verilib-438148464.html
Yolunu azan erməni çoban sülhməramlılara verilib
Yolunu azan erməni çoban sülhməramlılara verilib
Sputnik Azərbaycan
Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər... 13.01.2022, Sputnik Azərbaycan
2022-01-13T20:49+0400
2022-01-13T20:49+0400
2022-01-13T21:22+0400
qarabağ
müdafiə nazirliyi
ermənistan
çoban
sülhməramlılar
https://cdnn1.img.sputnik.az/img/07e5/06/02/427105256_0:239:3193:2035_1920x0_80_0_0_a6caad3b9d4755dfa082224563d6974f.jpg
BAKI, 13 yanvar - Sputnik. Yanvarın 13-də saat 16:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonu ərazisində Surik Matevosyan adlı şəxsin yolu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən olunub. Bu barədə Sputnik Azərbaycan Müdafiə nazirliyinə istinadən xəbər verir.Nazirlikdən verilən məlumata görə, S.Matevosyan Rusiya sülhməramlılarına təhvil verilib.Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.Ermənistan tərəfi 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə, eləcə də Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi, Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub.Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən qarşı tərəfə adekvat və mütənasib cavab verilib.Həmçinin oxuyun:Ermənilər Kəlbəcərdən sonra Tovuzda da təxribat törətdilərKəlbəcərdə şəhid olan əsgərimizin ölümü ilə bağlı cinayət işi başlanıbErmənistan Kəlbəcər rayonundakı mövqelərimizi atəşə tutub
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/02/427105256_153:0:2884:2048_1920x0_80_0_0_e2588f1c35513e3bd7a3634510a50be4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdafiə nazirliyi, ermənistan, çoban, sülhməramlılar
müdafiə nazirliyi, ermənistan, çoban, sülhməramlılar
Yolunu azan erməni çoban sülhməramlılara verilib
20:49 13.01.2022 (Yenilənib: 21:22 13.01.2022) Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.
BAKI, 13 yanvar - Sputnik. Yanvarın 13-də saat 16:00 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonu ərazisində Surik Matevosyan adlı şəxsin yolu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən olunub. Bu barədə Sputnik Azərbaycan Müdafiə nazirliyinə istinadən xəbər verir.
Nazirlikdən verilən məlumata görə, S.Matevosyan Rusiya sülhməramlılarına təhvil verilib.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib.
Ermənistan tərəfi 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə, eləcə də Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi, Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub.
Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən qarşı tərəfə adekvat və mütənasib cavab verilib.
Kəlbəcərdə
şəhid olan əsgərimizin ölümü ilə bağlı cinayət işi başlanıb