https://sputnik.az/20220113/susanin-xankendiden-atese-tutulmasi-dezinformasiyasini-yayan-jurnalist-cerimelendi-438119911.html
Şuşanın Xankəndidən atəşə tutulması dezinformasiyasını yayan jurnalist cərimələndi
Şuşanın Xankəndidən atəşə tutulması dezinformasiyasını yayan jurnalist cərimələndi
Sputnik Azərbaycan
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə Şuşanın Xankəndidən atəşə tutulması barədə məlumat yayan Fikrət İbişbəyli barəsində qərar verib. 13.01.2022, Sputnik Azərbaycan
2022-01-13T12:42+0400
2022-01-13T12:42+0400
2022-01-13T12:47+0400
jurnalist
azərbaycan xəbərləri
baş prokurorluq
https://cdnn1.img.sputnik.az/img/07e5/07/05/427385311_0:0:3169:1784_1920x0_80_0_0_b660ddabab2c91e2eabdfe764d68cd20.jpg
BAKI, 13 yanvar — Sputnik. Azərbaycanda Şuşanın Xankəndidən atəşə tutulması barədə məlumat yayan jurnalist cərimələnib. Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Şuşanın Xankəndidən atəşə tutulması barədə məlumatla bağlı aparılan araşdırmalar nəticəsində media nümayəndəsi (baş redaktor) İbişbəyli Fikrət Fəraməz oğlunun Şuşanın Xankəndidən atəşə tutulması barədə həqiqətə uyğun olmayan məlumatı özünə məxsus "jamaz.info" xəbər saytında yerləşdirməsi dəqiqləşdirilib. Buna görə, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən 12.01.2022-ci il tarixdə F.İbişbəyli barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmaqla, toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.Qeyd edilib ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə Şuşanın Xankəndidən atəşə tutulması barədə məlumat yayan Fikrət İbişbəyli barəsində 500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilib."Azərbaycan Baş Prokurorluğu media subyektləri və sosial şəbəkə istifadəçilərini bir daha öz fəaliyyətlərində qanunvericiliyin tələblərinə riayət etməyə dəvət etməklə bildirir ki, dəqiqləşdirilməmiş, həqiqətə uyğun olmayan, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş informasiyaların qərəzli surətdə yayılmasına görə bundan sonra da tərəfimizdən qəti tədbirlər görüləcək", - Mətbuat Xidmətindən bildirilib.Şuşanın Xankəndidən atəşə tutulması xəbəri sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. İstifadəçilər bu xəbərə istinadla Şuşanın təhlükəsizliyinə təhdid olduğunu tirajlamağa başlayıblar. Şuşanın təhlükəsizliyi hazırda Azərbaycanda ən prioritet məsələlərdən sayılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/05/427385311_197:0:2928:2048_1920x0_80_0_0_de06014947b7bed3d7b1324f4d05ff6c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
şuşanın xankəndidən atəşə tutulduğunu yayan adam cərimələndi
şuşanın xankəndidən atəşə tutulduğunu yayan adam cərimələndi
Şuşanın Xankəndidən atəşə tutulması dezinformasiyasını yayan jurnalist cərimələndi
12:42 13.01.2022 (Yenilənib: 12:47 13.01.2022) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə Şuşanın Xankəndidən atəşə tutulması barədə məlumat yayan Fikrət İbişbəyli barəsində qərar verib.
BAKI, 13 yanvar — Sputnik. Azərbaycanda Şuşanın Xankəndidən atəşə tutulması barədə məlumat yayan jurnalist cərimələnib. Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Şuşanın Xankəndidən atəşə tutulması barədə məlumatla bağlı aparılan araşdırmalar nəticəsində media nümayəndəsi (baş redaktor) İbişbəyli Fikrət Fəraməz oğlunun Şuşanın Xankəndidən atəşə tutulması barədə həqiqətə uyğun olmayan məlumatı özünə məxsus "jamaz.info" xəbər saytında yerləşdirməsi dəqiqləşdirilib.
Buna görə, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən 12.01.2022-ci il tarixdə F.İbişbəyli barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmaqla, toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.
Qeyd edilib ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə Şuşanın Xankəndidən atəşə tutulması barədə məlumat yayan Fikrət İbişbəyli barəsində 500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilib.
"Azərbaycan Baş Prokurorluğu media subyektləri və sosial şəbəkə istifadəçilərini bir daha öz fəaliyyətlərində qanunvericiliyin tələblərinə riayət etməyə dəvət etməklə bildirir ki, dəqiqləşdirilməmiş, həqiqətə uyğun olmayan, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş informasiyaların qərəzli surətdə yayılmasına görə bundan sonra da tərəfimizdən qəti tədbirlər görüləcək", - Mətbuat Xidmətindən bildirilib.
Şuşanın Xankəndidən atəşə tutulması xəbəri sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. İstifadəçilər bu xəbərə istinadla Şuşanın təhlükəsizliyinə təhdid olduğunu tirajlamağa başlayıblar.
Şuşanın təhlükəsizliyi hazırda Azərbaycanda ən prioritet məsələlərdən sayılır.