https://sputnik.az/20220113/suqovusanda-ermeni-herbcinin-qaliqlari-tapildi-438122488.html
Suqovuşanda daha bir erməni hərbçinin qalıqları tapıldı
Suqovuşanda daha bir erməni hərbçinin qalıqları tapıldı
Sputnik Azərbaycan
Onun şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək. 13.01.2022, Sputnik Azərbaycan
2022-01-13T15:41+0400
2022-01-13T15:41+0400
2022-01-13T15:48+0400
erməni
dünya xəbərləri
erməni hərbçi
xocavənd
suqovuşan
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/10/425215147_0:388:2731:1924_1920x0_80_0_0_2ceb68876aea3211df6ef1e854ae0721.jpg
BAKI, 13 yanvar — Sputnik. Suqovuşan ərazisində döyüş əməliyyatlarında iştirak etmiş daha bir erməni hərbçisinin meyitinin qalıqları tapılıb. Bu barədə Sputnik Ermənistan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidmətinə istinadla məlumat yayıb.Məlumatda qeyd olunur ki, Rusiya sülhməramlı kontingenti Fövqəladə Hallar Xidmətinə 44 günlük müharibədə iştirak etmiş daha bir hərbçinin qalıqlarını təhvil verib. Onun şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.Ermənistan tərəfi 10 noyabr 2020-ci il tarixində atəşkəs elan olunandan indiyə kimi 1705 hərbçinin meyitinin və ya qalıqlarının tapıldığını bildirir.Xəbərdə o da qeyd olunur ki, axtarış işlərinin bərpası məqsədilə danışıqlar aparılır.Xatırladaq ki, ötən ilin dekabrında da işğaldan azad olunan ərazilərdə daha bir erməni hərbçisinin cəsədi tapılmışdı.Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov bildirmişdi ki, Azərbaycan, Rusiya və Ermənistan tərəfinin birgə axtarış qrupu müharibədən qalan 1 erməni əsgərinin cəsədini Xocavənddə aşkarlayıb. Erməni hərbi təxribatçısı Seyran Sarkisyanın meyiti Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülməramlılarının iştirakı ilə Qırmızı bazar ərazisindən qarşı tərəfə verilib.Həmçinin oxuyun:* Xocavənddə daha bir erməni cəsədi aşkarlanıb, digəri sülhməramlılara təhvil verilib* Ermənistanda müharibədən sonra gizlədilən sirr - altından çıxa bilməyəcəklər* Ermənistan son günlərdə hərbi əməliyyatlarda ölən hərbçilərinin siyahısını açıqlayıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/10/425215147_0:0:2731:2048_1920x0_80_0_0_a9b8219e8c64f6015f192aa19fe669dd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
erməni, erməni hərbçi, xocavənd, suqovuşan
erməni, erməni hərbçi, xocavənd, suqovuşan
Suqovuşanda daha bir erməni hərbçinin qalıqları tapıldı
15:41 13.01.2022 (Yenilənib: 15:48 13.01.2022) Onun şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.
BAKI, 13 yanvar — Sputnik. Suqovuşan ərazisində döyüş əməliyyatlarında iştirak etmiş daha bir erməni hərbçisinin meyitinin qalıqları tapılıb.
Bu barədə Sputnik Ermənistan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidmətinə istinadla məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Rusiya sülhməramlı kontingenti Fövqəladə Hallar Xidmətinə 44 günlük müharibədə iştirak etmiş daha bir hərbçinin qalıqlarını təhvil verib. Onun şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.
Ermənistan tərəfi 10 noyabr 2020-ci il tarixində atəşkəs elan olunandan indiyə kimi 1705 hərbçinin meyitinin və ya qalıqlarının tapıldığını bildirir.
Xəbərdə o da qeyd olunur ki, axtarış işlərinin bərpası məqsədilə danışıqlar aparılır.
Xatırladaq ki, ötən ilin dekabrında da işğaldan azad olunan ərazilərdə daha bir erməni hərbçisinin cəsədi tapılmışdı.
Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov bildirmişdi ki, Azərbaycan, Rusiya və Ermənistan tərəfinin birgə axtarış qrupu müharibədən qalan 1 erməni əsgərinin cəsədini Xocavənddə aşkarlayıb.
Erməni hərbi təxribatçısı Seyran Sarkisyanın meyiti Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülməramlılarının iştirakı ilə Qırmızı bazar ərazisindən qarşı tərəfə verilib.