SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyev Ukraynaya gedir

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının prezidenti İlham Əliyev
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev  - Sputnik Azərbaycan, 1920, 13.01.2022
Abunə olmaq
Görüşün yekununda iki ölkənin liderləri KİV nümayəndələri üçün açıqlama verəcəklər.
BAKI, 13 yanvar — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya işgüzar səfər edəcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Ukrayna dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş olacaq.
Görüşün yekununda iki ölkənin liderləri KİV nümayəndələri üçün açıqlama verəcəklər.
Qeyd edək ki, Ukraynanın İrpen şəhəri akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbinin müəllimlərinin təltif edilməsi haqqında Prezident Sərəncam imzalayıb.
Azərbaycanla Ukrayna arasında təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Ukraynanın İrpen şəhəri akademik Zərifə Əliyeva adına 12 saylı orta ümumtəhsil məktəbinin müəllimi Antonenko Valentina Sergeyevna "Dostluq" ordeni ilə Çumak Alla Mixaylovna və Krılaç Yuliya Anatoliyevna isə "Tərəqqi" medalı ilə təltif ediliblər.
Xəbər lenti
0