Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

"Məşğulluq marafonu" necə işləyir

Abunə olmaq
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürənləri ölkənin ərazi bütövlüyünü müdafiə edərkən sağlamlığını itirmiş şəxslərə, şəhid ailələrinə dəstək olmağa çağırıb.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Agentliyi tərəfindən 2021-ci ildə 77 640 nəfər işsiz və işaxtaran şəxs işlə təmin olunub. Bu fəaliyyət sahəsi 2022-ci il ərzində də nazirliyin prioritet istiqamətləri sırasında olacaq.
Ötən il ərzində şəhid ailələrinə, İkinci Qarabağ müharibəsində iştirak etmiş və əlil olmuş hərbi qulluqçulara, erməni terrorunun qurbanı olmuş mülki şəxslərə dəstək göstərilib.
Müharibədən sonrakı dövrdə bu kateqoriyalardan olan 10 minə yaxın insan işlə təmin olunub, o cümlədən, 6 minə yaxın şəxs özünüməşğulluq proqramına cəlb edilib və 4 minə yaxın şəxs işlə təmin olunub. Onların bir hissəsi "Məşğulluq Marafonu" layihəsinin hədəf qrupuna daxil edilib.
Ötən ilin yayında ƏƏSMN işəgötürənləri ölkənin ərazi bütövlüyünü müdafiə edərkən sağlamlığını itirmiş şəxslərə, şəhid ailələrinə dəstək olmağa çağırıb. Nəticədə cəmi 6 ay ərzində 602 işəgötürən nazirliyə 3932 vakant iş yeri təqdim edib (52,5% dövlət, 47,5% özəl sektorda olmaqla).
Birgə səylər nəticəsində təklif olunan vakant yerlər üzrə 1433 nəfər (248 şəhid ailəsi üzvü və 1185 müharibə veteranı) işlə təmin olunub.
Marafona tanınmış şirkətlər də qoşulub.
Bundan başqa, ƏƏSMN "Məşğulluq marafonu" çərçivəsində iş tapmış şəxslərin tam siyahısını da təqdim edib.
Xəbər lenti
0