https://sputnik.az/20220113/daha-bir-olkeden-bakiya-teyyare-reysi-berpa-olundu-438115490.html
Qazaxıstanın beynəlxalq təyyarə reysləri bərpa edildi: Nursultan-Bakı, Antalya-Almatı
Qazaxıstanın beynəlxalq təyyarə reysləri bərpa edildi: Nursultan-Bakı, Antalya-Almatı
Sputnik Azərbaycan
Türkiyənin Antalya şəhərindən havaya qalxan təyyarə Qazaxıstanın Almatı şəhərində yerə enib. 13.01.2022, Sputnik Azərbaycan
2022-01-13T10:57+0400
2022-01-13T10:57+0400
2022-01-13T11:09+0400
təyyarə
azərbaycan xəbərləri
qazaxıstan
almatı
https://cdnn1.img.sputnik.az/img/07e6/01/06/437909835_0:0:3073:1728_1920x0_80_0_0_9d58affa6f05625bb8c506238323831d.jpg
BAKI, 13 yanvar — Sputnik. Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərindən Bakıya təyyarə reysləri tam bərpa olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Qazaxıstanın Mülki Aviasiya Komitəsi məlumat yayıb.Bildirilib ki, yanvarın 13-dən Nur-Sultandan 32 beynəlxalq aviareysin reallaşması planlaşdırılıb:Moskva, Yekaterinburq, Novosibirsk (Rusiya), Budapeşt (Macarıstan), İstanbul (Türkiyə), Minsk (Belarus), Varşava (Polşa), Bakı (Azərbaycan), Kiyev (Ukrayna), Daşkənd və Pxuket (Özbəkistan) və Kolombo (Şri Lanka).Bildirilib ki, yuxarıda qeyd olunan uçuşlar geri də icra olunacaq. Yalnız Frankfurt (Almaniya) uçuşu təxirə salınıb.Həmçinin Aktau, Şimkent, Türküstan, Atırau, Aktobe, Karaqandı hava limanlarından Antalya, Kolombo, Tbilisi, Kalininqrad, Moskva, Urqenç, Dubay, İstanbul, Nukus, İrəvan, Daşkənd, Kazan, Kutaisi, Amsterdam, Qoaya və geri 31 beynəlxalq reys planlaşdırılıb.Məlumata görə, Luftansa aviaşirkətinin reysləri istisna olunmaqla Nur-Sultandan bütün beynəlxalq uçuşlar bərpa olunub.Bundan başqa, baş verən etiraz aksiyaları və iğtişaşlardan sonra yanvarın 13-də Qazaxıstanın Almatı hava limanı ilk beynəlxalq reysi qəbul edib. Belə ki, Türkiyənin Antalya şəhərindən havaya qalxan təyyarə Almatıda yerə enib."Almatı hava limanı fəaliyyətini bərpa edəndən sonra "Air Astana" aviaşirkətinə məxsus təyyarə Antalya-Almatı istiqamətində ilk beynəlxalq reysi icra edib", - komitədən bildirilib.Məlumata görə, yanvarın 13-də Qazaxıstanın iri şəhərlərindən beynəlxalq uçuşların yerinə yetirlməsi, eləcə də Kolombo (Şri Lanka)-Almatı, Alamatı-Seul (Cənubi Koreya) istiqamətində reyslər reallaşacaq.Qeyd edək ki, yanvarın 5-də "Azərbaycan Hava Yolları" QSC (AZAL) Qazaxıstanın Almatı şəhərinə həyata keçirməyi planlaşdırdığı reysləri ləğv edib. Bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilmişdi.Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılaraq və yaxud pulsuz yenidən rezervasiya təklif olunub.Məlumat üçün bildirək ki, Bakı-Almatı reysləri hər həftənin cümə günləri, Almatı-Bakı reysləri isə hər həftənin şənbə günləri həyata keçirilir.
almatı
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/06/437909835_0:0:2731:2048_1920x0_80_0_0_10b0acc769df33f861989988a24c4657.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
təyyarə, qazaxıstan, almatı
təyyarə, qazaxıstan, almatı
Qazaxıstanın beynəlxalq təyyarə reysləri bərpa edildi: Nursultan-Bakı, Antalya-Almatı
10:57 13.01.2022 (Yenilənib: 11:09 13.01.2022) Türkiyənin Antalya şəhərindən havaya qalxan təyyarə Qazaxıstanın Almatı şəhərində yerə enib.
BAKI, 13 yanvar — Sputnik. Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərindən Bakıya təyyarə reysləri tam bərpa olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Qazaxıstanın Mülki Aviasiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, yanvarın 13-dən Nur-Sultandan 32 beynəlxalq aviareysin reallaşması planlaşdırılıb:
Moskva, Yekaterinburq, Novosibirsk (Rusiya), Budapeşt (Macarıstan), İstanbul (Türkiyə), Minsk (Belarus), Varşava (Polşa), Bakı (Azərbaycan), Kiyev (Ukrayna), Daşkənd və Pxuket (Özbəkistan) və Kolombo (Şri Lanka).
Bildirilib ki, yuxarıda qeyd olunan uçuşlar geri də icra olunacaq. Yalnız Frankfurt (Almaniya) uçuşu təxirə salınıb.
Həmçinin Aktau, Şimkent, Türküstan, Atırau, Aktobe, Karaqandı hava limanlarından Antalya, Kolombo, Tbilisi, Kalininqrad, Moskva, Urqenç, Dubay, İstanbul, Nukus, İrəvan, Daşkənd, Kazan, Kutaisi, Amsterdam, Qoaya və geri 31 beynəlxalq reys planlaşdırılıb.
Məlumata görə, Luftansa aviaşirkətinin reysləri istisna olunmaqla Nur-Sultandan bütün beynəlxalq uçuşlar bərpa olunub.
Bundan başqa, baş verən etiraz aksiyaları və iğtişaşlardan sonra yanvarın 13-də Qazaxıstanın Almatı hava limanı ilk beynəlxalq reysi qəbul edib. Belə ki, Türkiyənin Antalya şəhərindən havaya qalxan təyyarə Almatıda yerə enib.
"Almatı hava limanı fəaliyyətini bərpa edəndən sonra "Air Astana" aviaşirkətinə məxsus təyyarə Antalya-Almatı istiqamətində ilk beynəlxalq reysi icra edib", - komitədən bildirilib.
Məlumata görə, yanvarın 13-də Qazaxıstanın iri şəhərlərindən beynəlxalq uçuşların yerinə yetirlməsi, eləcə də Kolombo (Şri Lanka)-Almatı, Alamatı-Seul (Cənubi Koreya) istiqamətində reyslər reallaşacaq.
Qeyd edək ki, yanvarın 5-də "Azərbaycan Hava Yolları" QSC (AZAL) Qazaxıstanın Almatı şəhərinə həyata keçirməyi planlaşdırdığı reysləri ləğv edib. Bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilmişdi.
Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılaraq və yaxud pulsuz yenidən rezervasiya təklif olunub.
Məlumat üçün bildirək ki, Bakı-Almatı reysləri hər həftənin cümə günləri, Almatı-Bakı reysləri isə hər həftənin şənbə günləri həyata keçirilir.