DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Boris Conson o yığıncaqda iştirak edib, amma istefa verməyəcək

© AP Photo / Matt DunhamBoris Conson
Boris Conson - Sputnik Azərbaycan, 1920, 13.01.2022
Abunə olmaq
Conson Leyboristlərin liderinə yığıncaq haqda aparılan təhqiqatın nəticəsinin gözləmək lazım olduğunu bildirib.
BAKI, 13 yanvar — Sputnik. Böyük Britaniyanın Baş naziri Boris Conson ötən il 20 may tarixində karantin qaydalarını pozaraq "Dauninq-strit"in həyətindəki yığıncaqda iştirak etdiyini qəbul edib və bunun üçün üzr istəyib.
Sputnik Azərbaycan "APA"-ya istinadən xəbər verir ki, Baş nazir bildirib ki, o bunun iş yığıncağı olduğunu düşünüb. O, sadəcə yığıncaqda 20 dəqiqə iştirak etdiyini deyib. Boris Conson yığıncaqda iştirak etmək yerinə bütün işçilərə təşəkkür edərək onları binaya göndərməli olduğunu etiraf edib.
Boris Conson milyonlarla insanın pandemiya zamanı əziyyət çəkdiyini, karantin qaydalarını təklif edən insanların isə qaydalara riayət etmədiyi üçün xalqın onlara olan qəzəbini başa düşdüyünü deyib və buna görə üzr istəyib.
Baş nazir Parlamentdəki çıxışı zamanı üzrxahlığını bir neçə dəfə təkrarlayıb və sonra onun istefasını tələb edən Leyboristlərin liderinə yığıncaq haqqında aparılan təhqiqatın nəticəsinin gözləmək lazım olduğunu bildirib.
Xəbər lenti
0