Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qarabağdakı Rusiya sülhməramlılarına yeni komandan təyin edilib

© Photo : Official site of MoD of RAМихаил Кособоков
Михаил Кособоков - Sputnik Azərbaycan, 1920, 09.09.2021
Kosobokov bu gün Ermənistana səfər edib, Rusiyanın Ermənistandakı 102-ci bazasının komandiri, polkovnik Dmitri Ovçarovla birlikdə Ermənistanın müdafiə naziri Arşak Karapetyanın qəbulunda olub.
BAKI, 9 sentyabr - Sputnik. General-mayor Mixail Kosobokov Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı təyin olunub.
Sputnik Ermənistan Ermənistan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, o, bu postda general-leytenant Rüstəm Muradovu əvəz edib.
Kosobokov bu gün Ermənistana səfər edib, Rusiyanın Ermənistandakı 102-ci bazasının komandiri, polkovnik Dmitri Ovçarovla birlikdə Ermənistanın müdafiə naziri Arşak Karapetyanın qəbulunda olub.
Görüşdə Rusiya Federasiyasının Ermənistandakı səfirliyinin müdafiə məsələləri üzrə attaşesi, polkovnik İqor Şerbakov da iştirak edib. 
Ermənistan müdafiə naziri Rusiyanın bölgədəki hərbi-siyasi vəziyyətin sabitləşməsinə yönəlmiş səylərini, həmçinin Dağlıq Qarabağdakı sülhməramlı missiyanın səmərəliliyini yüksək qiymətləndirib.  
Karapetyan Kosobokovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona sülhməramlı missiyasını yerinə yetirməkdə uğurlar arzulayıb. Ovçarovu da hərbi baza komandiri təyin edilməsi münasibətilə təbrik edən erməni nazir, Ermənistanda yerləşən Rusiya bazasının böyük rolunu və əhəmiyyətini vurğulayıb. 
Mixail Kosobokov buna qədər Cənub Hərbi Dairəsinin 58-ci Ümumqoşun Ordusunun komandan müavini postunu tutub.
General bir vaxtlar Rusiyanın Abxaziyadakı hərbi bazasının komandanı olub.
Qeyd edək ki, bundan əvvəl 2020-ci il noyabrın 10-da Rüstəm Osmanoviç Muradov Dağlıq Qarabağ və Laçın dəhlizi bölgəsində müşahidə aparacaq Rusiya Ordusunun sülhməramlı missiyanın rəhbəri təyin edilib. O, artıq missiyasını başa çatdırıb.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала