https://sputnik.az/20220112/resmi-baki-ve-ankara-kelbecerdeki-texribati-muzakire-etdi-438083461.html
Rəsmi Bakı və Ankara Kəlbəcərdəki təxribatı müzakirə etdi
Rəsmi Bakı və Ankara Kəlbəcərdəki təxribatı müzakirə etdi
Sputnik Azərbaycan
Akar Türkiyə Silahlı Qüvvələrinin hər zaman olduğu kimi bu gün də haqq savaşında Azərbaycanın yanında olduğunu bildirib. 12.01.2022, Sputnik Azərbaycan
2022-01-12T12:26+0400
2022-01-12T12:26+0400
2022-01-12T12:48+0400
hərbi
danışıq
telefon
hulusi akar
kəlbəcər
zakir həsənov
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1b/434618946_0:220:1600:1120_1920x0_80_0_0_93bc96f0ba4cd1e751bc368b81ec9019.jpg
BAKI, 12 yanvar — Sputnik. Yanvarın 12-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyə Milli Müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.H.Akar Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı başsağlığı verib.H.Akar Türkiyə Silahlı Qüvvələrinin hər zaman olduğu kimi bu gün də haqq savaşında Azərbaycanın yanında olduğunu bildirib.Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/1b/434618946_0:0:1600:1200_1920x0_80_0_0_f62dfd79dedfded4e6a10bf115162f73.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
danışıq, telefon, hulusi akar, kəlbəcər, zakir həsənov
danışıq, telefon, hulusi akar, kəlbəcər, zakir həsənov
Rəsmi Bakı və Ankara Kəlbəcərdəki təxribatı müzakirə etdi
12:26 12.01.2022 (Yenilənib: 12:48 12.01.2022) Akar Türkiyə Silahlı Qüvvələrinin hər zaman olduğu kimi bu gün də haqq savaşında Azərbaycanın yanında olduğunu bildirib.
BAKI, 12 yanvar — Sputnik. Yanvarın 12-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyə Milli Müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.
Bu barədə
Sputnik Azərbaycan-a
Müdafiə Nazirliyindən məlumat verilib.
H.Akar Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı başsağlığı verib.
H.Akar Türkiyə Silahlı Qüvvələrinin hər zaman olduğu kimi bu gün də haqq savaşında Azərbaycanın yanında olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.