Okeanlarda hərarət artır, yox xəbəri pinqvinlərin

© AFP 2024 / JOHAN ORDONEZPinqvin
Pinqvin - Sputnik Azərbaycan, 1920, 12.01.2022
Abunə olmaq
Tədqiqatın nəticələri göstərir ki, okeanların istiləşməsi insan fəaliyyəti ilə bağlı atmosferin tərkibindəki dəyişikliklərin nəticəsidir.
BAKI, 12 yanvar — Sputnik. Çindən və ABŞ-dan olan alimlər 1950-ci illərdən bəri okean səthinin temperatur tendensiyaları və onların təsirləri haqqında hesabat dərc ediblər. 2021-ci ildə daha bir temperatur rekordu qeydə alınıb.
Sputnik Azərbaycan xəbər verir ki, hesabat "Advances in Atmospheric Sciences" jurnalında dərc olunub.
Hesabata əsasən, son ildə okeanın ilk iki metr dərinliyi 2020-ci illə müqayisədə 14 zettacoul udub ki, bu da 2020-ci ildə bütün dünyada istehsal olunan elektrik enerjisindən 145 dəfə çoxdur:
"İstilikdən əlavə, okean antropogen karbon qazı emissiyalarının 20-30 faizini udur ki, bu da okeanın turşulaşmasına səbəb olur. Eyni zamanda, okeanın istiləşməsi onun karbon tutma səmərəliliyini azaldır və havada daha çox karbon qazı qalır".
Tədqiqatın nəticələri göstərir ki, okeanların istiləşməsi insan fəaliyyəti ilə bağlı atmosferin tərkibindəki dəyişikliklərin nəticəsidir. Alimlərin fikrincə, insanlar bu prosesin nəticələrini hiss edəcəklər:
"Okeanlar isindikcə su genişlənir və dənizin səviyyəsi yüksəlir, isti, nəm kütlələr isə öz növbəsində hava sistemlərini alt-üst edir, şiddətli tufanlar və qasırğalar üçün ilkin şərait yaradır, yağıntıları artırır və daşqın riskini artırır".
Xəbər lenti
0