Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

NATO Rusiya ilə dialoqa hazırdır - Yens Stoltenberq

© AFP 2024 / GEOFFROY VAN DER HASSELTNATO-nun simvolu
NATO-nun simvolu - Sputnik Azərbaycan, 1920, 12.01.2022
Abunə olmaq
NATO-Rusiya Şurasının iclası ərəfəsində Yens Stoltenberq alyansın Rusiya və onun ətrafında baş verənləri diqqətlə izlədiyini bildirib.
BAKI, 12 yanvar - Sputnik. NATO-nun baş katibi Yens Stoltenberq alyansın Rusiya ilə dialoqa hazır olduğunu bəyan edib.
NATO-Rusiya Şurasının iclası ərəfəsində Yens Stoltenberq alyansın Rusiya və onun ətrafında baş verənləri diqqətlə izlədiyini bildirib.
Qeyd edək ki, Rusiya təhlükəsizliyinə təminatla bağlı ABŞ və NATO-ya təkliflərini təqdim edib.
Rusiyanın mövqeyi
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov yanvarın 10-da jurnalistlərə verdiyi açıqlamada deyib ki, Moskva ABŞ-ın Ukrayna ərazisində raketlərin yerləşdirilməməsi barədə nə elan edəcəyini dinləməyə hazırdır. Ancaq Cenevrədə keçiriləcək görüşdə konstruktiv dialoq yalnız NATO-da Ukraynanın gələcəyi ilə bağlı Budapeşt sammitinin qərarlarına yenidən baxılmasının daha geniş kontekstində mümkündür.
Bu yaxınlarda ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi Amerika tərəfinin təhlükəsizlik zəmanətləri üzrə Rusiyanın təkliflərinin müəyyən aspektlərini, o cümlədən raketlərin Ukrayna ərazisində yerləşdirilməməsini Moskva ilə müzakirə etməyə hazır olduğunu bildirib.
"Biz onların dediklərini dinləyəcəyik. Ancaq bunu daha geniş kontekstdə ifadə etmək lazımdır: onlar 2008-ci il Budapeşt sammitinin qərarının geri götürülməsini təmin etməyə, Ukraynanın, eləcə də digər ölkələrin NATO-ya üzv olmayacaqlarına dair hüquqi zəmanət verməyə hazırdırlarmı? Sual açıqdır", - deyə Cenevrədəki danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Ryabkov qeyd edib.
"Mənim bununla bağlı proqnozlarım kifayət qədər pessimistdir, ancaq biz israrla izah edəcəyik ki, bu əsas məsələ həll olunmadan mümkün dialoq nəticə verməyəcək", - nazir müavini deyib.
Ryabkov onu da qeyd edib ki, Rusiyaya Ukrayna və Gürcüstanın heç vaxt NATO-ya üzv olmayacaqları ilə bağlı "dəmir-beton" zəmanət lazımdır.
"Bizim üçün Ukraynanın heç vaxt NATO üzvü olmamasına əmin olmaq mütləq vacibdir. İstərdik ki, NATO-nun 2008-ci ildə Buxarest sammitində qəbul edilmiş formul Madriddə keçirilən sammitdə geri götürülsün və aşağıdakılarla əvəz edilsin: "Ukrayna və Gürcüstan heç vaxt Şimali Atlantika Alyansının üzvü olmayacaq”, - Ryabkov jurnalistlərə bildirib.
“Biz boş söhbətlərdən, yarımçıq vədlərdən, bağlı qapılar arxasında aparılan danışıqlarda tez-tezbaş verən yanlış şərhlərdən bezmişik, qarşı tərəfə etimadımız yoxdur. Bizə vədlər yox, dəmir-beton, hüquqi əhəmiyyətli təminatlar lazımdır, heç vaxt NATO üzvü “olmalıdır” sözləri iifadə olunan zəmanətlər lazımdır. Bu, Rusiyanın milli təhlükəsizlik məsələsidir”, - deyə o vurğulayıb.
Xatırladaq ki, yanvarın 10-da Rusiya və Amerika Birləşmiş Ştatlarının Cenevrədə səkkiz saat davam edən təhlükəsizlik zəmanəti ilə bağlı danışıqları olub.
Görüşdə Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Ryabkov və müdafiə nazirinin müavini Aleksandr Fomin, Amerika tərəfinə isə dövlət katibinin müavini Vendi Şerman rəhbərlik edir.
Yanvarın 12-də Brüsseldə NATO-Rusiya Şurasının iclası keçiriləcək. Şura 2002-ci il mayın 28-də yaradılsa da, 2008-ci ilin avqustunda Rusiya ilə Gürcüstan arasında hərbi münaqişə səbəbindən Moskvaya qarşı məhdudlaşdırıcı tədbirlər çərçivəsində Şuranın fəaliyyəti dayandırılmışdı.
2017-ci ildə Suriya və İraqda hadisələr fonunda tərəflər arasında təmaslar bərpa olunub.
Həmçinin oxuyun:
NATO-nun genişlənməməsində irəliləyiş olmasa, digər aspektlər sual altında olacaq - RF XİN
Rusiya və ABŞ-ın danışıqları başa çatıb
Rusiya ABŞ və NATO ilə konstruktiv dialoq üçün şərti açıqlayıb - Ryabkov izahat verdi
Xəbər lenti
0