Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Həftə ərzində COVID-19-a yoluxma halları rekord vurub

© AP Photo / Mark LennihanABŞ-da epidemioloji vəziyyət
ABŞ-da epidemioloji vəziyyət - Sputnik Azərbaycan, 1920, 12.01.2022
Abunə olmaq
ÜST-ün Fövqəladə Xəstəliklər üzrə Texniki Qrupunun rəhbəri Mariya Van Kirkhove deyib ki, Sars-Cov-2 virusu tədricən endemik olur.
BAKI, 12 yanvar — Sputnik. Həftə ərzində dünyada rekord dərəcədə - 15,1 milyon COVID-19-a yoluxma halları aşkarlanıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
ÜST-ün məlumatına görə, yanvarın 3-dən 9-dək bütün dünyada 15,154,666 yeni yoluxma hadisəsi qeydə alınıb, 43,461 nəfər isə koronavirusdan vəfat edib. Ötən həftə ərzində 7,1 milyon COVID-19 hadisəsi ilə ən yüksək artım Avropada qeydə alınıb.
ÜST-ə görə, pandemiya başlayandan dünyada 308 milyondan çox COVID-19-a yoluxma halları aşkar edilib, beş milyondan çox xəstə isə vəfat edib.
Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 645 yeni yoluxma faktı qeydə alınıb, 577 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 xəstə dünyasını dəyişib.
İndiyədək ölkəmizdə ümumilikdə 622881 adamın koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 606888-i müalicə olunaraq sağalıb, 8480-i vəfat edib, aktiv xəstə sayı 7513 nəfərdir.
Bu gün ÜST-ün Fövqəladə Xəstəliklər üzrə Texniki Qrupunun rəhbəri Mariya Van Kirkhove deyib ki, Sars-Cov-2 virusu tədricən endemik olur.
Endemik xəstəliklər - hansısa bir region üçün adi olan, oranın insanları arasında rast gəlinən mərəzlərdir. Törədiciləri daim müəyyən məkanlarda olan infeksiyalar da endemik ola bilir.
Xəbər lenti
0