https://sputnik.az/20220112/gil-ile-isleyen-ressam-sobani-acanda-bilmirem-icinden-ne-cixacaq-438092297.html
Gil ilə işləyən rəssam: Sobanı açanda bilmirəm içindən nə çıxacaq
Gil ilə işləyən rəssam: Sobanı açanda bilmirəm içindən nə çıxacaq
Sputnik Azərbaycan
Görkəmli qrafik, rəngkar və keramika ustası Mirteymur Məmmədovun gil ilə bəzədilən evi insanları heyrətə gətirir. Ətraflı - videomuzda. 12.01.2022, Sputnik Azərbaycan
2022-01-12T17:32+0400
2022-01-12T17:32+0400
2022-01-13T16:14+0400
video
rəssam
heykəltəraş
bakı
gil
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0c/438092011_0:0:1920:1080_1920x0_80_0_0_4f825d1b8b2efca7fb15491cbef755f3.jpg
Sputnik Azərbaycan görkəmli qrafik, rəngkar və keramikaçı Mirteymur Məmmədovun qonağı olub. Gil ilə işləyən rəssam müsahibəsində bildirib ki, bu materialda güclü enerji var.Rəssam məşğul olduğu sahənin özəlliyini belə anladır: “Gildə çox güclü enerji var, insanı özünə çəkir. Azərbaycan gillərin növünə görə dünyada birinci yeri tutur. Dünyada 128 gil növü var. Onların 98-i ölkəmizdədir. Əsərlərimdə 98 növ gil istifadə olunub. Hal-hazırda bu sənət üçün gərək olan bəzi ləvazimatlar bahadır. Avadanlıq, şirə, rəng və piqmentlər baha olduğu üçün hər kəs bu sənətlə məşğul ola bilmir”.Keramikaçı rəssam qeyd edib ki, həyatımızın bütün sahələrində keramikadan geniş şəkildə istifadə edilir:"Hətta kosmosa buraxılan raketlərin burun hissəsi istiyə dözmək üçün keramikadan düzəldilir”.Sənətkarın dediyinə görə, hər bir iş 20 laydan ibarətdir. Əsərlər müxtəlif texnikalarla yaranır. Hər texnika ilə iş bitəndən sonra üstündən lak çəkilir, quruyandan sonra başqa bir texnika ilə iş davam edir. Beləliklə, əsər çox parlaqlaşır.Rəssam müsahibəsində onu da əlavə edib ki, Şəkidə, Nardaranda keramika mərkəzləri yaradıb:"Mən çox istərdim ki, hər rayonda mərkəzlər olsun. Bizim cavanlarımız çox istedadlıdırlar. Mən istəmirəm ki, onlar fəhləlik etsinlər. Mən onlara işimi öyrətmək istəyirəm”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0c/438092011_480:0:1920:1080_1920x0_80_0_0_ea15a64bd1c63fad26856e4d50712cc3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gil ilə işləyən rəssam bakıda möhtəhəm ev yaradıb video
gil ilə işləyən rəssam bakıda möhtəhəm ev yaradıb video
Gil ilə işləyən rəssam: Sobanı açanda bilmirəm içindən nə çıxacaq
17:32 12.01.2022 (Yenilənib: 16:14 13.01.2022) Görkəmli qrafik, rəngkar və keramika ustası Mirteymur Məmmədovun gil ilə bəzədilən evi insanları heyrətə gətirir. Ətraflı - videomuzda.
Sputnik Azərbaycan görkəmli qrafik, rəngkar və keramikaçı Mirteymur Məmmədovun qonağı olub. Gil ilə işləyən rəssam müsahibəsində bildirib ki, bu materialda güclü enerji var.
Rəssam məşğul olduğu sahənin özəlliyini belə anladır: “Gildə çox güclü enerji var, insanı özünə çəkir. Azərbaycan gillərin növünə görə dünyada birinci yeri tutur. Dünyada 128 gil növü var. Onların 98-i ölkəmizdədir. Əsərlərimdə 98 növ gil istifadə olunub. Hal-hazırda bu sənət üçün gərək olan bəzi ləvazimatlar bahadır. Avadanlıq, şirə, rəng və piqmentlər baha olduğu üçün hər kəs bu sənətlə məşğul ola bilmir”.
Keramikaçı rəssam qeyd edib ki, həyatımızın bütün sahələrində keramikadan geniş şəkildə istifadə edilir:
"Hətta kosmosa buraxılan raketlərin burun hissəsi istiyə dözmək üçün keramikadan düzəldilir”.
Sənətkarın dediyinə görə, hər bir iş 20 laydan ibarətdir. Əsərlər müxtəlif texnikalarla yaranır. Hər texnika ilə iş bitəndən sonra üstündən lak çəkilir, quruyandan sonra başqa bir texnika ilə iş davam edir. Beləliklə, əsər çox parlaqlaşır.
Rəssam müsahibəsində onu da əlavə edib ki, Şəkidə, Nardaranda keramika mərkəzləri yaradıb:
"Mən çox istərdim ki, hər rayonda mərkəzlər olsun. Bizim cavanlarımız çox istedadlıdırlar. Mən istəmirəm ki, onlar fəhləlik etsinlər. Mən onlara işimi öyrətmək istəyirəm”.