https://sputnik.az/20220112/ejder-ol-selim-muslumovun-hec-neden-xeberi-olmayib-438103171.html
Əjdər Ol: "Səlim Müslümovun heç nədən xəbəri olmayıb"
Əjdər Ol: "Səlim Müslümovun heç nədən xəbəri olmayıb"
Sputnik Azərbaycan
Əjdər Ol məhkəmədə sərbəst ifadə verib və verilmiş ittihamlarla özünü təqsirli bildiyini deyib. 12.01.2022, Sputnik Azərbaycan
2022-01-12T19:19+0400
2022-01-12T19:19+0400
2022-01-12T19:19+0400
cəmiyyət
məhkəmə
əəsmn
səlim müslümov
ifadə
https://cdnn1.img.sputnik.az/img/41290/29/412902968_0:0:1200:676_1920x0_80_0_0_bb90470c1d9a07f1ee3542bef20c1e37.jpg
BAKI, 12 yanvar - Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə keçirilən prosesdə dövlət ittihamçısı Eldar Həmzəyev ittiham aktını elan edib. İttihamda göstərilib ki, təqsirləndirilən Cəbiyev Əjdər Feyzulla oğlu 2004-cü ildən 2013-cü ilədık Dövlət Sosial Müdafiə Fondunun, 2013-cü ildən 2018-ci ilə qədər isə ƏƏSMN aparatının rəhbəri vəzifəsinin icrası zamanı təkrar olaraq qabaqcadan əlbir olmuş bir qrup şəxs halında külli miqdarda məbləğ təşkil edən vəsaiti rüşvət qismində əldə edib. Təqsirləndirilən şəxs göstərilən əməlləri törətməklə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Əjdər Cəbiyev Dövlət Sosial Müdafiə Fondunun rəhbəri olmuş Səlim Müslümovla əlbir olan bir qrup səxs vasitəsilə bir neçə nəfərdən rüşvət və mənimsəmə yoluyla ümumilikdə 500 min manatdan artıq vəsait əldə edib.Bundan başqa, Əjdər Cəbiyev Səlim Müslümov və digər şəxslərlə əlbir olaraq 2014-cü ildə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində obyektlərin tikilməsi üçün qulluq mənafeyindən istifadə edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, Konstitusiya quruluşunun müdafiəsilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün Gəncə və Mingəçevir şəhərlərində mənzillərin alınması ilə bağlı dövlət büdcəsindən ayrılmış külli miqdarda vəsaitin mənimsəmə yolu ilə ələ keçirilməsinə nail olub. Həmin mənzillərin alqı-satqısı zamanı satan şəxslərə dövlət büdcəsindən ayrılmalı olan məbləğdən artıq vəsait köçürülərək müəyyən hissəsinin onlara çatdırılmasıyla bağlı razılıq əldə olunub. Ümumilikdə Gəncə, Mingəçevir şəhərlərində mənzillərin satın alınması üçün nəzərdə tutulmuş məbləğdən 262 min 760 manat dövlət vəsaiti köçürülərək nağdlaşdırılmasına nail olunub.Qeyd olunub ki, Əjdər Cəbiyevə göstərilən halları nəzərə alaraq Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-ci maddələrilə yekun ittiham verilib.Əjdər Cəbiyev məhkəmədə sərbəst ifadə verib. Təqsirləndirilən şəxs ifadəsində verilmiş ittihamlarla özünü təqsirli bildiyini deyib: Daha sonra prosesdə cinayət işi üzrə şahid qismində tanınan şəxslər ifadə verib. Şahidlər ifadələri zamanı Dövlət Sosial Müdafiə Fondunda və ƏƏSMN-də müvafiq vəzifələrə təyin olunmaq üçün təqsirləndirilən şəxsə müxtəlif məbləğlərdə pul verdiklərini deyiblər.Şahid ifadələri zamanı məlum olub ki, Əjdər Cəbiyev müxtəlif vəzifələrə düzəlmək üçün ayrı-ayrı şahidlərdən 2 min manatdan 120 min manata qədər pul alıb.Prosesdə Dövlət Sosial Müdafiə Fondunun Saatlı filialında müdir müavini işləmiş Seyidrəsul Abbasov da ifadə verib. Şahid bildirib ki, onu işə Səlim Müslümov təyin edib, bir müddət işlədikdən sonra isə vəzifəsindən azad olunub. Şahidin əvvəlki ifadəsi elan olunan zaman məlum olub ki, o, işə düzəlmək üçün 2 min manat pul verib.Proses yanvarın 19-da davam etdiriləcək.Qeyd edək ki, Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, külli miqdarda rüşvət almaqda ittiham olunur. Onun barəsində istintaq orqanının təqdimatı əsasında Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.Ə. Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.Əjdər Ol Səlim Müslümovun nazir olduğu dövrdə nazirliyin aparat rəhbəri işləyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41290/29/412902968_57:0:1165:831_1920x0_80_0_0_30d74db6a1c4b9acb5d8cf3ad2726da7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dövlət işçilərinin məhkəməsi: əjdər cəbiyev ol ifadə verdi
dövlət işçilərinin məhkəməsi: əjdər cəbiyev ol ifadə verdi
Əjdər Ol: "Səlim Müslümovun heç nədən xəbəri olmayıb"
Əjdər Ol məhkəmədə sərbəst ifadə verib və verilmiş ittihamlarla özünü təqsirli bildiyini deyib.
BAKI, 12 yanvar - Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə keçirilən prosesdə dövlət ittihamçısı Eldar Həmzəyev ittiham aktını elan edib.
İttihamda göstərilib ki, təqsirləndirilən Cəbiyev Əjdər Feyzulla oğlu 2004-cü ildən 2013-cü ilədık Dövlət Sosial Müdafiə Fondunun, 2013-cü ildən 2018-ci ilə qədər isə ƏƏSMN aparatının rəhbəri vəzifəsinin icrası zamanı təkrar olaraq qabaqcadan əlbir olmuş bir qrup şəxs halında külli miqdarda məbləğ təşkil edən vəsaiti rüşvət qismində əldə edib.
Təqsirləndirilən şəxs göstərilən əməlləri törətməklə öz vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Əjdər Cəbiyev Dövlət Sosial Müdafiə Fondunun rəhbəri olmuş Səlim Müslümovla əlbir olan bir qrup səxs vasitəsilə bir neçə nəfərdən rüşvət və mənimsəmə yoluyla ümumilikdə 500 min manatdan artıq vəsait əldə edib.
Bundan başqa, Əjdər Cəbiyev Səlim Müslümov və digər şəxslərlə əlbir olaraq 2014-cü ildə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində obyektlərin tikilməsi üçün qulluq mənafeyindən istifadə edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, Konstitusiya quruluşunun müdafiəsilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün Gəncə və Mingəçevir şəhərlərində mənzillərin alınması ilə bağlı dövlət büdcəsindən ayrılmış külli miqdarda vəsaitin mənimsəmə yolu ilə ələ keçirilməsinə nail olub.
Həmin mənzillərin alqı-satqısı zamanı satan şəxslərə dövlət büdcəsindən ayrılmalı olan məbləğdən artıq vəsait köçürülərək müəyyən hissəsinin onlara çatdırılmasıyla bağlı razılıq əldə olunub. Ümumilikdə Gəncə, Mingəçevir şəhərlərində mənzillərin satın alınması üçün nəzərdə tutulmuş məbləğdən 262 min 760 manat dövlət vəsaiti köçürülərək nağdlaşdırılmasına nail olunub.
Qeyd olunub ki, Əjdər Cəbiyevə göstərilən halları nəzərə alaraq Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2 və 311.3.3-ci maddələrilə yekun ittiham verilib.
Əjdər Cəbiyev məhkəmədə sərbəst ifadə verib. Təqsirləndirilən şəxs ifadəsində verilmiş ittihamlarla özünü təqsirli bildiyini deyib:
"İstintaq zamanı verdiyim ifadəni təsdiq edirəm. Heç nəyə etiraz etmirəm. Yalnız onu demək istəyirəm ki, Səlim Müslümovla əlbir olmamışam, onun heç nədən xəbəri olmayıb. Əldə etdiyim pulları isə cari xərclərə ödəmişəm”.
Daha sonra prosesdə cinayət işi üzrə şahid qismində tanınan şəxslər ifadə verib. Şahidlər ifadələri zamanı Dövlət Sosial Müdafiə Fondunda və ƏƏSMN-də müvafiq vəzifələrə təyin olunmaq üçün təqsirləndirilən şəxsə müxtəlif məbləğlərdə pul verdiklərini deyiblər.
Şahid ifadələri zamanı məlum olub ki, Əjdər Cəbiyev müxtəlif vəzifələrə düzəlmək üçün ayrı-ayrı şahidlərdən 2 min manatdan 120 min manata qədər pul alıb.
Prosesdə Dövlət Sosial Müdafiə Fondunun Saatlı filialında müdir müavini işləmiş Seyidrəsul Abbasov da ifadə verib. Şahid bildirib ki, onu işə Səlim Müslümov təyin edib, bir müddət işlədikdən sonra isə vəzifəsindən azad olunub. Şahidin əvvəlki ifadəsi elan olunan zaman məlum olub ki, o, işə düzəlmək üçün 2 min manat pul verib.
Proses yanvarın 19-da davam etdiriləcək.
Qeyd edək ki, Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, külli miqdarda rüşvət almaqda ittiham olunur. Onun barəsində istintaq orqanının təqdimatı əsasında Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Ə. Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.
Əjdər Ol Səlim Müslümovun nazir olduğu dövrdə nazirliyin aparat rəhbəri işləyib.