https://sputnik.az/20220112/dunyada-ilk-defe-insana-donuz-ureyi-kocurulub-438064542.html
Dünyada ilk dəfə insana donuz ürəyi köçürülüb
Dünyada ilk dəfə insana donuz ürəyi köçürülüb
Sputnik Azərbaycan
Donuz ürəyi ilə yaşayan adam: Anlayıram ki, gələcək taleyim qeyri-müəyyəndir, amma mənim üçün bu, son şans idi. 12.01.2022, Sputnik Azərbaycan
2022-01-12T06:30+0400
2022-01-12T06:30+0400
2022-01-12T09:54+0400
əməliyyat
səhiyyə
ürək çatışmazlığı
ürək-damar xəstəlikləri
ürək
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438064407_0:0:3067:1725_1920x0_80_0_0_9836de911d8aae4a05127e32847e7258.jpg
BAKI, 12 yanvar — Sputnik. Amerikalı cərrahlar dünyada ilk geni modifikasiya olunmuş donuz ürəyini xəstəyə köçürüblər. Sputnik Azərbaycan xarici KİV-ə istinadən xəbər verir ki, bu xəstənin sağ qalması üçün yeganə şans olub.Amerikalı Devid Bennet üç gündür ki, ürək əməliyyatı keçirib. Həkimlər bildiriblər ki, o, əməliyyat olunmasaydı, ölümlə üzləşəcəkdi. Cərrahların sözlərinə görə, Bennet üzərində əməliyyat yeddi saat davam edib və hazırda onun vəziyyəti yaxşıdır.Devid Bennet bildirib ki, o bu əməliyyatı ya da ölümü seçməliydi: "Anlayıram ki, gələcək taleyim qeyri-müəyyəndir, amma mənim üçün bu, son şans idi".Merilənd Universitetinin Tibb Mərkəzinin mütəxəssisləri əməliyyat üçün səlahiyyətli orqanlardan xüsusi icazə alıb, xəstənin bu əməliyyatsız ölə biləcəyini izah ediblər. Transplantasiyanın uğurlu olub-olmadığı isə hələ tam aydın deyil.Həkimlər Devid Bennetə insan ürəyinin köçürülməsini qeyri-mümkün hesab ediblər .Cərrahlar qeyd edir ki, bu əməliyyat uzun illər aparılan araşdırmaların kuliminisyasyı hesab edilir. Onlar ümid edirlər ki, bu uğur bütün dünyada çox sayda insanın həyatını xilas etməyə kömək edəcək. Merilənd Universiteti açıqlamasında bildirib ki, əməliyyat orqan çatışmazlığı prolemini həll etmək üçün nəzərdə tutulub.Alimlər uzun müddətdir ki, heyvan orqanlarının insanlara köçürülməsi imkanlarını müzakirə edirlər. Ürək cərrahiyyəsində donuz ürəyinin bəzi hissələrinin, xüsusən də ürək qapaqlarının transplantasiyası artıq insanlarda geniş istifadə olunur.Bennet ümid edir ki, indi normal həyatını davam etdirə biləcək.Hazırda ABŞ-da hər gün ürək transplantasiyası gözləyən 17 nəfər ölür. Yüzmindən çox insan isə ürək transplantasiyası siyahısında gözləyir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438064407_163:0:2892:2047_1920x0_80_0_0_aea3bcc29f96c224e45b7a4691e01338.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
donuz ürəyi insanın həyatının necə xilas etdi
donuz ürəyi insanın həyatının necə xilas etdi
Dünyada ilk dəfə insana donuz ürəyi köçürülüb
06:30 12.01.2022 (Yenilənib: 09:54 12.01.2022) Donuz ürəyi ilə yaşayan adam: Anlayıram ki, gələcək taleyim qeyri-müəyyəndir, amma mənim üçün bu, son şans idi.
BAKI, 12 yanvar — Sputnik. Amerikalı cərrahlar dünyada ilk geni modifikasiya olunmuş donuz ürəyini xəstəyə köçürüblər. Sputnik Azərbaycan xarici KİV-ə istinadən xəbər verir ki, bu xəstənin sağ qalması üçün yeganə şans olub.
Amerikalı Devid Bennet üç gündür ki, ürək əməliyyatı keçirib. Həkimlər bildiriblər ki, o, əməliyyat olunmasaydı, ölümlə üzləşəcəkdi. Cərrahların sözlərinə görə, Bennet üzərində əməliyyat yeddi saat davam edib və hazırda onun vəziyyəti yaxşıdır.
Devid Bennet bildirib ki, o bu əməliyyatı ya da ölümü seçməliydi: "Anlayıram ki, gələcək taleyim qeyri-müəyyəndir, amma mənim üçün bu, son şans idi".
Merilənd Universitetinin Tibb Mərkəzinin mütəxəssisləri əməliyyat üçün səlahiyyətli orqanlardan xüsusi icazə alıb, xəstənin bu əməliyyatsız ölə biləcəyini izah ediblər. Transplantasiyanın uğurlu olub-olmadığı isə hələ tam aydın deyil.
Həkimlər Devid Bennetə insan ürəyinin köçürülməsini qeyri-mümkün hesab ediblər .
Cərrahlar qeyd edir ki, bu əməliyyat uzun illər aparılan araşdırmaların kuliminisyasyı hesab edilir. Onlar ümid edirlər ki, bu uğur bütün dünyada çox sayda insanın həyatını xilas etməyə kömək edəcək. Merilənd Universiteti açıqlamasında bildirib ki, əməliyyat orqan çatışmazlığı prolemini həll etmək üçün nəzərdə tutulub.
Alimlər uzun müddətdir ki, heyvan orqanlarının insanlara köçürülməsi imkanlarını müzakirə edirlər. Ürək cərrahiyyəsində donuz ürəyinin bəzi hissələrinin, xüsusən də ürək qapaqlarının transplantasiyası artıq insanlarda geniş istifadə olunur.
Bennet ümid edir ki, indi normal həyatını davam etdirə biləcək.
Hazırda ABŞ-da hər gün ürək transplantasiyası gözləyən 17 nəfər ölür. Yüzmindən çox insan isə ürək transplantasiyası siyahısında gözləyir.