CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın Baş prokuroru Moskvada iranlı həmkarı ilə görüşüb

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidAzərbaycanın Baş prokuroru Kamran Əliyev
Azərbaycanın Baş prokuroru Kamran Əliyev - Sputnik Azərbaycan, 1920, 12.01.2022
Abunə olmaq
Qədim tarixi, mədəni, dini münasibətlərə malik Azərbaycan-İran əlaqələrinin bu gün də müsbət dinamika ilə inkişaf etdiyi qeyd edilib.
BAKI, 12 yanvar — Sputnik. Rusiyanın paytaxtı Moskva şəhərinə işguzar səfəri çərçivəsində Azərbaycanın Baş prokuroru Kamran Əliyev İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazeri ilə ikitərəfli görüş keçirib.
Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, qədim tarixi, mədəni, dini münasibətlərə malik Azərbaycan-İran əlaqələrinin bu gün də müsbət dinamika ilə inkişaf etdiyi qeyd edilib.
© Photo : Prosecutor General's Office of AzerbaijanBaş prokuror Moskvada İranlı həmkarı ilə görüşüb
Baş prokuror Moskvada İranlı həmkarı ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 12.01.2022
Baş prokuror Moskvada İranlı həmkarı ilə görüşüb
Tərəflər qurumlar arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf istiqamətləri, mütəşəkkil cinayətkarlığın, o cümlədən kibercinayətkarlıq, narkotik maddələrin qanunsuz dövriyyəsi, ekoloji sahədə hüquqpozmaların, habelə cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və məhkumların verilməsi məsələlərində işin səmərəliyinin artırılması ətrafında səmərəli müzakirələr aparılıb.
Xəbər lenti
0