CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vitaminləri necə düzgün qəbul etmək lazımdır

© Depositphotos.com / Javiercorrea15Vitaminlər, arxiv şəkli
Vitaminlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.01.2022
Abunə olmaq
Diyetoloq xəbərdarlıq edib ki, yalnız bir vitamin tərkibli olan preparatlara daha ehtiyatla yanaşmaq lazımdır.
BAKI, 11 yanvar — Sputnik. Bir çox insanlar vitaminləri həkim tövsiyəsi olmadan qəbul edirlər. Bunun nə qədər təhlükəli olduğunu Nutrisioloqlar Assosiasiyasının üzvü, dietoloq- nutrisioloq Yekaterina Matıskina Sputnik radiosuna müsahibəsində qeyd edib.
Matıskinanın sözlərinə görə, polivitamin kompleksləri xüsusi olaraq bütün tərkib elementlərinin uyğunluğunu nəzərə alaraq hazırlanıb və onları öz təşəbbüsü ilə qəbul etmək mümkündür.
"Əgər siz qışda avitaminoz baxımından sağlamlığınızı tənzimləmək istəyirsinizsə, o zaman bu və ya digər vitaminin uyğunluğu və onların dozasını nəzərə almaqla xüsusi hazırlanmış polivitamin komplekslərindən istifadə edə bilərsiniz. Multivitamin komplekslərində müalicəvi dozalar yoxdur, ona görə də onları həkim tövsiyəsi olmadan içmək təhlükəli deyil", - deyə nutrisioloq vurğulayıb.
Diyetoloq xəbərdarlıq edib ki, yalnız bir vitamin tərkibli olan preparatlara daha ehtiyatla yanaşmaq lazımdır. Bu cür vasitələrin əks göstəriciləri ola bilər. Bundan əlavə, monovitaminlərin dozasında yanlışlıq arzuolunmaz nəticələrə səbəb ola bilər. Bu cür preparatlar yalnız həkim təyinatı ilə qəbul edilməlidir.
"Həkim həqiqətən bu və ya digər vitaminlərə ehtiyacınız olub olmadığını göstərəcək qan analizi təyin edəcək. Yalnış dozalar orqanizmdə maddənin çoxluğuna səbəb ola bilər və ona zərər verə bilər. Məsələn, allergiya, ürəkbulanma və ya mədə-bağırsaq pozğunluğu kimi yan təsirlərə bais ola bilər", - deyə Matıskina qeyd edib.
Nutrisioloq onu da əlavə edib ki, bir çox vitaminlər bir-biri ilə uyğunlaşmırlar. Müvafiq təhsili olmayan şəxs bu maddələrin uyğunluq cədvəllərini anlaması çətindir. Onun sözlərinə görə, eyni vaxtda iki fərqli monovitamin preparatını qəbul etməmək daha yaxşıdır.
Matıskinanın fikrincə, vitaminləri günün istənilən vaxtında qəbul etmək olar. Ancaq onları mütləq su ilə içmək lazımdır, digər içkilər bu məqsədə uyğun deyil.
"Vitaminləri meyvə şirəsi, çay, qəhvə və ən əsası spirtli içki ilə qəbul etmək olmaz. Əgər əl altında su yoxdursa, o zaman ümumiyyətlə vitamin içməyin. Vitaminlərin qəbul etmə vaxtına gəlincə isə, məsələn D və C vitaminləri - burada ciddi parametrlər yoxdur: həm səhər, həm də axşam, yeməkdən əvvəl və ya sonra vitaminləri qəbul etmək mümkündür. Ancaq qəhvəni vitaminlərdən 30-60 dəqiqə sonra içmək daha yaxşıdır", - deyə dietoloq Matıskina qeyd edib.
Xəbər lenti
0