Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Sevda Yəhyayeva gəlinliyini satır - İlginc səbəb - VİDEO

© Instagram / sevdayahyayevaSevda Yəhyayeva və həyat yoldaşı Zakir Bayramov
Sevda Yəhyayeva və həyat yoldaşı Zakir Bayramov - Sputnik Azərbaycan, 1920, 11.01.2022
Abunə olmaq
Sevda ötən ilin oktyabrında baş tutan toyunda iki gəlinlik geyinib. O, libaslardan birini Bakıdakı gəlinlik evlərindən birindən kirayə götürüb. Digəri isə xüsusilə onun üçün hazırlanıb.
BAKI, 11 yanvar — Sputnik. Müğənni Sevda Yəhyayeva gəlinliyini satır. Bu barədə Sputnik Azərbaycan-a ifaçının prodüseri Tural Nəbiyev məlumat verib. T. Nəbiyev bildirir ki, Sevda xanım türkiyəli modelyer Muammer Ketenci tərəfindən hazırlanan paltarını satmaq qərarına gəlib: "Qiyməti hələlik məlum deyil. Toya hazırlaşan xanımlarımız müraciət edə bilərlər".
Qeyd edək ki, Sevda ötən ilin oktyabrında baş tutan toyunda iki gəlinlik geyinib. O, libaslardan birini Bakıdakı gəlinlik evlərindən birindən kirayə götürüb. Digəri isə xüsusilə onun üçün hazırlanıb. İfaçı açıqlamalarından birində paltarın qiymətinin baha olduğunu söyləyib.
Sevda həkim-genetik Zakir Bayramovla ailəlidir.
Sevda Yahyayeva 1985-ci ildə dekabrın 28-də Rusiyanın Amur vilayətinin Konstantinov rayonunda hərbçi ailəsində anadan olub. Abşeron rayonunun Qobu qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə alıb. Orta təhsil aldığı zaman 1995-ci ildə Qobu 1 saylı musiqi məktəbinin fortepiano bölməsinə daxil olub. Ali təhsil almaq üçün Milli konservatoriyanın solo və xanəndəlik (Muğam) fakültəsinə daxil olub.
1998-ci ildə ilk dəfə efirə Azərbaycan Televiziyasında yayımlanan "İstedad sorağı" verilişində çıxıb. 2002-ci ildə Lalə qızlar ansamblına daxil olub.
2005-ci ildə Azad Azərbaycan telekanalında yayımlanan "Yeni ulduz" müsabiqəsinə qatılıb və müsabiqəni 3-cü yerdə uğurla başa vurub. 2007-ci ildə ilk bəstəkar mahnısı - sözləri Leyli və musiqisi Pərviz Mahmudova məxsus olan "O zaman" adlı mahnısıyla gündəmə gəlib.
2008-ci ildə müğənni karyerasının ilk "O zaman" adlı albomu işıq üzü görüb. Bu illər ərzində müğənni albomunda yer alan "O zaman" və "Sənsiz" adlı mahnılarına klip çəkdirib. 2010-cu il yanvarın 22-də Gənc Tamaşaçılar Teatrında xalq artisti Teymur Göyçayevin bədii rəhbərliyi altında Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrı ilə birlikdə "Eşqimdə tapmışam səadətimi" adlı solo konsertini verib.
Rusiyanın Kislovodsk şəhərində keçirilən "XXI əsrin Kumiri" adlı festivalda Grand Pri-yə layiq görülüb. 2011-ci ildə "Eşqimdə tapmışam səadətimi" adlı solo konsertinin diski (CD/DVD) və ikinci "Dinlə" adlı albomu işıq üzü görüb.
Xəbər lenti
0