Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya-ABŞ təhlükəsizlik danışıqlarının məxfi detalları

© DENIS BALIBOUSE / POOL / AFPRusiya və ABŞ bayraqları, arxiv şəkli
Rusiya və ABŞ bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.01.2022
Abunə olmaq
9-10 yanvar tarixlərində Rusiya və Amerika Birləşmiş Ştatları Cenevrədə təhlükəsizlik zəmanəti ilə bağlı danışıqlar aparıb.
BAKI, 11 yanvar — Sputnik. Kreml hələlik təhlükəsizlik zəmanətləri üzrə Rusiya-Amerika danışıqları ilə bağlı xüsusi optimizmə əsas görmür. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Belə deyək ki, hələlik optimizim üçün zəruri səbəb görmürük. Danışıqlar müsbət qiymətləndirilə bilər və bu müsbət qiymət Ryabkov (Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov - red.) tərəfindən verilib. Bu, danışıqların necə baş verdiyini, yəni onların mahiyyətini açıqlayır: açıq, substantiv və birbaşa”, – deyə o, jurnalistlərə bildirib.
Peskov, həmçinin jurnalistlərin Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Baydenin danışıqlarına hazırlıq barədə də sualını cavablandırıb.
“Aydın məsələdir ki, hələlik yüksək səviyyədə danışıqlar üçün hazırlıq yoxdur. Bir daha təkrarlayıram ki, ümumi mənzərə hələ yaranmayıb. Danışıqların bir raundunun hərtərəfli nəticə verəcəyinə inanmaq sadəlövhlük olardı, ancaq nikbinlik üçün çox da əsas yoxdur, iş davam edəcək”, - deyə o bildirib.
Peskovun sözlərinə görə, Moskva yaxın günlərdə ABŞ-la təhlükəsizlik zəmanətləri üzrə danışıqları davam etdirməyin mənasının olub-olmadığına dair qərar verəcək.
O qeyd edib ki, Rusiya və ABŞ-ın təhlükəsizlik zəmanətləri üzrə danışıqları üçün son tarix müəyyən olunmasa da, Moskva bu prosesi çox uzatmaq fikrində deyil.

Danışıqlardan hali mənbədən insayd

Rusiyaya ilk növbədə NATO-nun genişlənməməsi konteksti daxil olmaqla narahatlıqlarına dair konkret cavablar lazımdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu "RİA Novosti"yə açıqlamasında Cenevrədə keçirilən Rusiya-ABŞ məsləhətləşmələrinə yaxın olan dairələrdəki mənbə bildirib.
"Bizə ilk növbədə NATO-nun genişlənməməsi kontekstində olmaqla narahatlıqlarımıza konkret cavab lazımdır. İstənilən qeyri-müəyyənlik bizim üçün maraqlı deyil", - deyə mənbə bildirib.
Mənbə eyni zamanda qeyd edib ki, ABŞ gələn həftə Rusiya Federasiyasına təhlükəsizlik təkliflərinə yazılı cavab verəcəyini vəd edib.
O vurğulayıb ki, görüş zamanı ABŞ Ukrayna ilə bağlı mövqeyində qətilik göstərib.
"Biz Ukraynanın NATO-ya üzvlük məsələsini Kiyev olmadan müzakirə etməyəcəyik", - deyə ABŞ tərəfi bildirib.

Xarici KİV Cenevrə danışıqları barədə

Xarici mətbuat Cenevrədə RF və ABŞ arasında Moskvanın təhlükəsizlik zəmanətlərinə dair təklifi barədə məsləhətləşmələrini mxtəlif cür dəyərləndirib. ABŞ mediası əsasən danışıqların dalana dirəndiyini qeyd edib.
Lakin tərəflərin mövqelərindəki fərqlər o demək deyil ki, Rusiya və ABŞ kompomisə hazır deyillər, xüsusən də Vaşinqtonun sanksiya tədbirləri qurtaran şəraitdə. Bu isə Çin mediasının fikridir.
Avropa nəşrləri məsləhətləşmələri “irəliyə doğru addım” kimi dəyərləndirirlər.
2021-ci ilin sonunda Rusiya ABŞ-la və NATO ilə razılaşmaların layihəsinin mətnini dərc edib. Belə ki, Moskva qərbli tərəfdaşlarından NATO-nun şərqə doğru irəliləməyəcəyinə, Ukraynanın bloka qoşulmayacağına, postsovet ölkələrində hərbi bazaların qurulmayacağına dair hüquqi zəmanətlər tələb edir.
Qeyd edək ki, 9-10 yanvar tarixlərində Rusiya və Amerika Birləşmiş Ştatları Cenevrədə təhlükəsizlik zəmanəti ilə bağlı danışıqlar aparıblar.
Görüş ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının Cenevrə Bürosu yanındakı Daimi Nümayəndəliyində Bakı vaxtı ilə təxminən saat 12:00-da başlayıb və bağlı qapılar arxasında təxminən 7,5 saat davam edib. Tərəflər danışıqlara yalnız qısa nahar fasiləsində ara veriblər.
Qeyd edək ki, görüşdə Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sergey Ryabkov və müdafiə nazirinin müavini Aleksandr Fomin, Amerika tərəfinə isə dövlət katibinin müavini Vendi Şerman rəhbərlik edib.
Eləcə də oxuyun:
* Peskov: ABŞ-ın sanksiya təhdidləri, çətin ki, Rusiyaya təsir etsin
* Rusiyaya Ukrayna və Gürcüstanın NATO-ya üzv olmayacağına dair zəmanət lazımdır - Ryabkov
* NATO-nun genişlənməməsində irəliləyiş olmasa, digər aspektlər sual altında olacaq - RF XİN
Xəbər lenti
0