NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

İndiyədək SOCAR Gürcüstanda nə qədər yaşayış məntəqəsini qazlaşdırıb?

© © Facebook / SOCAR Georgia PetroleumGürcüstanda SOCAR YDM, arxiv şəkli
Gürcüstanda SOCAR YDM, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.01.2022
Abunə olmaq
"SOCAR Georgia Gas" MMC-nin əsas fəaliyyət istiqamətləri Gürcüstan bazarına təbii qazın idxalı və satışından, həmçinin qaz boru kəmərlərinin tikintisi və reabilitasiyasından ibarətdir
BAKI, 11 yanvar — Sputnik. Gürcüstanın təbii qaz bazarına 2007-ci ildə daxil olan "SOCAR Georgia Gas" şirkəti qonşu dövlətdə 808 min abunəçiyə xidmət göstərir.
Şirkətdən Sputnik Azərbaycan-a bildirilib ki, 2007-ci ildən şirkət Gürcüstanın 700-dən çox yaşayış məntəqəsini qazlaşdırıb, 11 min kilometr uzunluğunda qaz kəməri inşa edib. Gürcüstanda qazlaşdırma əsasən dövlət maliyyələşməsi ilə həyata keçirilsə də, SOCAR soydaşlarımızın kompakt yaşadığı bölgələrdə qaz xətlərinin inşa olunması üçün öz vəsaitlərini sərmayə qoyur.
Qeyd edək ki, şirkətdə 2 mindən çox əməkdaş çalışır, onların sırasında azərbaycanlılar da var.
"SOCAR Georgia Gas" MMC 2007-ci ildə təsis edilib. Qurumun əsas fəaliyyət istiqamətləri Gürcüstan bazarına təbii qazın idxalı və satışından, həmçinin qaz boru kəmərlərinin tikintisi və reabilitasiyasından ibarətdir.
Hazırda "SOCAR Georgia Gas" MMC-nin tərkibində 19 funksional xidmət fəaliyyət göstərir. Bundan əlavə, "SOCAR Georgia Gas" MMC Gürcüstanın bir sıra bölgələrində 6 distribyutor şirkəti təsis edib.
Həmçinin oxuyun:
SOCAR işçilərin ixtisara düşməsi barədə yayılan məlumatlara münasibət bildirib
Xəbər lenti
0