https://sputnik.az/20220111/merkezi-nebatat-bagi-amea-nin-balansindan-cixarildi-438054028.html
Mərkəzi Nəbatat Bağı AMEA-nın balansından çıxarıldı
Mərkəzi Nəbatat Bağı AMEA-nın balansından çıxarıldı
Sputnik Azərbaycan
Nazirlər Kabineti "Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" ilə bağlı qərar verib. 11.01.2022, Sputnik Azərbaycan
2022-01-11T14:15+0400
2022-01-11T14:15+0400
2022-01-11T14:15+0400
mərkəzi nəbatat bağı
azərbaycan xəbərləri
amea
https://cdnn1.img.sputnik.az/img/42411/70/424117096_0:0:1001:563_1920x0_80_0_0_27905d9f4fd1d074c0ad0593d8bc7322.jpg
BAKI, 11 yanvar — Sputnik. Mərkəzi Nəbatat Bağı və Dendrologiya İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının balansından çıxarılıb, onların əsasında "Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxsləri yaradılıb.Sputnik Azərbaycan xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat Bağı"və "Dendrologiya Bağı" publik hüquqi şəxslərin yaradılması haqqında" qərarında əksini tapıb.Qərara əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının mövcud ərazisi və Dendrologiya İnstitutunun Bakı şəhərinin Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən mövcud ərazisi müvafiq olaraq "Mərkəzi Nəbatat Bağı" publik hüquqi şəxsin və "Dendrologiya Bağı" publik hüquqi şəxsin ərazisi qismində müəyyən edilib.Mərkəzi Nəbatat Bağı və Dendrologiya Bağı Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində publik hüquqi şəxslər olacaq.Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, "Mərkəzi Nəbatat Bağı" publik hüquqi şəxs və "Dendrologiya Bağı" publik hüquqi şəxs "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının və Dendrologiya İnstitutunun balansında olan dövlət əmlakının müvafiq olaraq "Mərkəzi Nəbatat Bağı" publik hüquqi şəxsin və "Dendrologiya Bağı" publik hüquqi şəxsin balansına verilməsi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.Bakı Şəhər İcra Hakimiyyəti aidiyyəti orqanlarla (qurumlarla) razılaşdırmaqla, “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin və “Dendrologiya Bağı” publik hüquqi şəxsin nizamnaməsinin və strukturunun layihəsini, nizamnamə fondunun miqdarını və işçilərinin say həddinə dair təkliflərini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42411/70/424117096_0:0:889:667_1920x0_80_0_0_bed7493ec44f8ec2ef636b53e411f658.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
mərkəzi nəbatat bağı, amea
mərkəzi nəbatat bağı, amea
Mərkəzi Nəbatat Bağı AMEA-nın balansından çıxarıldı
Nazirlər Kabineti "Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" ilə bağlı qərar verib.
BAKI, 11 yanvar — Sputnik. Mərkəzi Nəbatat Bağı və Dendrologiya İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının balansından çıxarılıb, onların əsasında "Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxsləri yaradılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat Bağı"və "Dendrologiya Bağı" publik hüquqi şəxslərin yaradılması haqqında" qərarında əksini tapıb.
Qərara əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının mövcud ərazisi və Dendrologiya İnstitutunun Bakı şəhərinin Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən mövcud ərazisi müvafiq olaraq "Mərkəzi Nəbatat Bağı" publik hüquqi şəxsin və "Dendrologiya Bağı" publik hüquqi şəxsin ərazisi qismində müəyyən edilib.
Mərkəzi Nəbatat Bağı və Dendrologiya Bağı Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində publik hüquqi şəxslər olacaq.
Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, "Mərkəzi Nəbatat Bağı" publik hüquqi şəxs və "Dendrologiya Bağı" publik hüquqi şəxs "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının və Dendrologiya İnstitutunun balansında olan dövlət əmlakının müvafiq olaraq "Mərkəzi Nəbatat Bağı" publik hüquqi şəxsin və "Dendrologiya Bağı" publik hüquqi şəxsin balansına verilməsi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.
Bakı Şəhər İcra Hakimiyyəti aidiyyəti orqanlarla (qurumlarla) razılaşdırmaqla, “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin və “Dendrologiya Bağı” publik hüquqi şəxsin nizamnaməsinin və strukturunun layihəsini, nizamnamə fondunun miqdarını və işçilərinin say həddinə dair təkliflərini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.