Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Mərkəzi Bankın valyuta ehtiyatları açıqlandı

© Sputnik / Murad OrujovAzərbaycan Mərkəzi Bankının binası, arxiv şəkli
Azərbaycan Mərkəzi Bankının binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.01.2022
Abunə olmaq
Azərbaycan Mərkəzi Bankının bu ilin yanvarın 1-nə olan valyuta ehtiyatları bəlli olub.
BAKI, 11 yanvar — Sputnik. Azərbaycan Mərkəzi Bankının (AMB) bu ilin yanvarın 1-nə olan valyuta ehtiyatları məlum olub.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 7 milyard 75,4 milyon ABŞ dolları təşkil edib.
Bu, ötən il dekabrın 1-i ilə müqayisədə 0,8% çoxdur. AMB-nin valyuta ehtiyatları son 1 ildə isə 11,1% artıb.
Qeyd edək ki, 2021-ci ilin yanvarında Mərkəzi Bankın valyuta ehtiyatları 6 milyard 365.2 milyon ABŞ dolları təşkil edib.
Azərbaycanın strateji valyuta ehtiyatları 53 milyard dolları keçib
Ötən ay açıqlanan məlumata görə, tədiyə balansının profisitli olması ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradır. 2021-ci ilin 11 ayında strateji valyuta ehtiyatları 4.4% (2.2 mlrd. ABŞ dolları) artaraq 53 mlrd. ABŞ dollarını, Mərkəzi Bankın ehtiyatları isə 10.2% artaraq 7 mlrd. ABŞ dollarını üstələyib. Cari meyillərin davam etməsi halında 2022-ci ildə də tədiyə balansında əhəmiyyətli profisit gözlənilir.
Mərkəzi Bank uçot dərəcəsini qaldırdı
Xatırladaq ki, ötən ilin dekabrında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin yüksəldilməsi haqda qərar qəbul edib.
Uçot dərəcəsi 7%-dən 7,25%-ə, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 8%-dən 8,25%-ə yüksəldilib.
İnflyasiya təzyiqləri son vaxtlar qiymətlərin formalaşmasında həlledici rol oynayan xarici amillər hesabına artmaqdadır. Dünya bazarında birja məhsulları qiymətlərinin və ticarət tərəfdaşlarında inflyasiyanın yüksəlməsi, təchizat zəncirində qırılmalar və daşınma xərclərinin artımının təsirləri gözlənildiyindən daha əhəmiyyətli və davamlı xarakter alır. Daxili xərc amilləri, xüsusən dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılmasının inflyasiya proseslərinə təsiri davam etməkdədir. Qeyd olunan amillər qiymət gözləntilərini yüksəltməklə inflyasiyanın hədəf ətrafında lövbərləşməsini mürəkkəbləşdirir.
İnflyasiyanın dinamikasının formalaşmasında monetar amillərin rolu əhəmiyyətli aşağıdir. Valyuta bazarında tarazlıq qiymətlər sabitliyinin əsas lövbərini gücləndirir və xarici mənşəli inflyasiyanı əhəmiyyətli dərəcədə neytrallaşdırır.
Monetar şəraitin sərtləşdirilməsi ilə bağlı qərarlar monetar amillərin inflyasiya üzərində balanslaşdırıcı təsirlərini gücləndirir.
İnflyasiyanın risk balansında dəyişikliklər və iqtisadiyyatın ortamüddətli dövrdə perspektivləri nəzərə alınacaq
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar ortamüddətli dövrə makroiqtisadi proqnozlar və inflyasiyanın risk balansında dəyişikliklər nəzərə alınmaqla qəbul ediləcək. Pul siyasətinə dair adekvat qərarlar verə bilmək üçün Mərkəzi Bank bundan sonra da inflyasiyanın xərc və təklif amillərini sıx monitorinq edəcək, dünya və ölkə iqtisadiyyatlarının müxtəlif ssenarilərdə inkişaf proqnozlarını nəzərdən keçirəcək.
Xəbər lenti
0