Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Elektrik xətlərində narıncı konuslar: onlar nə üçündür? - VİDEO

© Sputnik / Andrei Sorokin / Mediabanka keçidİşıq dirəkləri, arxiv şəkli
İşıq dirəkləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.01.2022
Abunə olmaq
Tezliklə ölkənin yeddi rayonunda işıq dirəklərində narıncı rəngli konuslar quraşdırılacaq.
BAKI, 11 yanvar — Sputnik. Azərbaycanda yol boyu işıq dürəkləri üzərində narıncı konuslar peyda olacaq.
Bəs “Azərenerji” ASC tərəfindən, IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində quraşdırılacaq narıncı konuslar nə işə yarayır?
“Azərenerji” ASC-dən Sputnik Azərbaycan-a bildirilib ki, bunların funksiyası Azərbaycanda quşların hava elektrik verilişi xətlərinə toxunması nəticəsində yaralanması və məhv olmasının qarşısını almaq, eləcə də həmin xətləri qorumaq məqsədi daşıyır.
İlkin olaraq onların ən çox tələf olduğu müşahidə edilən Goranboy, Yevlax, Bərdə, Ağcabədi, Salyan, Masallı, Ucar rayonlarının ərazisindən keçən hava xətlərində polimer materialdan hazırlanmış xüsusi konus tipli qurğular quraşdırılacaq. Növbəti mərhələdə bu cür qurğuların ölkənin digər rayonlarında da quraşdırılması nəzərdə tutulur.
Qeyd edilməlidir ki, təbii arealın itirilməsi, qanunsuz ovlanma və zəhərlənmə ilə yanaşı, elektrik xətləri ilə təmas quşların məhv olmasının əsas səbəblərindən biridir. Quşlar uçarkən, yaxud təhlükəli dirəklərə enərkən çox vaxt naqillərə toxunur və bəzən elektrik cərəyanı ilə vurulur.
Bununla bağlı xətlərdə qəza açılmaları halları əsasən ağaclar olmayan ərazilərdə quşların mövsümi miqrasiyası zamanı 110-330 kV-luq elektrik verilişi xətlərində müşahidə olunur.
Təəssüf ki, elektrik cərəyanı vurması halları çox vaxtlar məhz iri quşlar, o cümlədən Azərbaycanın Qırmızı Kitabına daxil olan yırtıcı quşlar arasında baş verir.
Layihə çərçivəsində quraşdırılan qurğuların uzaq məsafədən diqqət çəkən parlaq narıncı rəngi, eləcə də quşlara dirəklərdə yuva salmağa imkan verməyən forması həm quşların özünü, həm də elektrik xətlərini bu cür qarşılıqlı mənfi təsirdən qorumağa imkan verir.
Xəbər lenti
0