Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

COVID-19-a yoluxmuş hamilə qadınlarda ağırlaşma riski yüksəkdir

© AFP 2024 / RAUL ARBOLEDAHamilə qadın, arxiv şəkli
Hamilə qadın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.01.2022
Abunə olmaq
Hazırda risk qrupuna daxil olmayan hamilə qadınlar da, hamiləliyin 12-ci həftəsindən sonra yazılı razılıqları əsasında "Pfizer" vaksini ilə peyvənd oluna bilərlər.
BAKI, 11 yanvar — Sputnik. Son bir ildə Kliniki Tibbi Mərkəzə (KTM) yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş 939 hamilə və zahı qadın yerləşdirilib. Onlardan 260 nəfərinin vəziyyəti kritik ağır dəyərləndirilib.
Ölkə üzrə koronavirusa yoluxan və vəziyyəti ağırlaşan hamilə qadınların yerləşdirildiyi Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ötən müddət ərzində müraciət edənlərin 903-ü hamilə, 36-sı zahı olub.
Həkimlərin səylərinə baxmayaraq, mərkəzə yerləşdirilən və vəziyyətləri olduqca ağır olan 260 hamilə qadından 20 nəfərinin həyatını xilas etmək mümkün olmayıb.
Koronavirusa yoluxmuş 903 hamilə qadından 287-si (75-i birbaşa doğum zalına aparılıb) övladını dünyaya gətirib, 39-u isə düşüklə nəticələnib. Digər 577 hamilə qadının isə vəziyyəti yaxşılaşdığı üçün evə buraxılıb.
Dünyaya gələn uşaqlardan 7-si diri doğulsa da, ağciyər çatışmazlığı səbəbindən ölüb.
Məlumata əsasən, hazırda hamilə qadınların digərləri ilə müqayisədə COVID-19-a yoluxma ehtimallarının daha yüksək olması və ya xəstəliyi daha ağır keçirmələri məlum deyil. Hamilələrin yaşadığı fizioloji dəyişikliklər onların bəzi infeksiyalara yoluxma risklərini artıra bilər. COVID-19 tipli eyni növdən olan viruslara və ya qrip kimi yoluxucu infeksiyalara yoluxmuş hamilə qadınlarda xəstəliyin ağırlaşma riski daha yüksəkdir. Ona görə də hamilə qadınların xəstəliklərdən qorunmaları vacib şərtdir.
Xəstəlikdən qorunmaq üçün isə gigiyena qaydalarına tam əməl etmək, sosial məsafə saxlamaq və insanların çox olduğu yerlərdən uzaq olmaq lazımdır.
Xatırladaq ki, Səhiyyə Nazirliyi risk qrupuna daxil olan hamilə qadınları (yaşı 35-dən yuxarı olanlar, piylənmə, diabet, hipertenziya, böyrək və qaraciyər xroniki xəstəlikləri, autoimmun sistem xəstəliklərindən əziyyət çəkənlər, çoxdöllük və s.) hamiləliyin 12-ci həftəsindən sonra "Pfizer" vaksini ilə peyvənd olunmağı tövsiyə edir.
Eyni zamanda, hazırda risk qrupuna daxil olmayan hamilə qadınlar da, hamiləliyin 12-ci həftəsindən sonra yazılı razılıqları əsasında "Pfizer" vaksini ilə peyvənd oluna bilərlər.
Xəbər lenti
0