https://sputnik.az/20220111/buraxilis-imtahan-tarixinin-deyisdirilmesi--neticelere-tesir-edecek-438055570.html
Buraxılış imtahan tarixinin dəyişdirilməsi nəticələrə təsir edəcək?
Buraxılış imtahan tarixinin dəyişdirilməsi nəticələrə təsir edəcək?
Sputnik Azərbaycan
"2008-ci ildə qəbul edilmiş kurikulum standartları var. Həmin standartlar tədris ilinin sonunda yekunlaşır". 11.01.2022, Sputnik Azərbaycan
2022-01-11T16:05+0400
2022-01-11T16:05+0400
2022-01-11T16:05+0400
imtahan
təhsil
abituriyent
narazılıq
repetitor
buraxılış imtahanı
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424510797_0:103:3071:1830_1920x0_80_0_0_fcc0fcd60982fd2dbd3d8d137ed73f7b.jpg
BAKI, 11 yanvar — Sputnik. Dövlət İmtahan Mərkəzinin (DİM) bu il buraxılış imtahanlarını mart ayında keçirməsi müzakirələrə səbəb olub. Abituriyentlər dərs ili başa çatmamış buraxılış imtahanlarının keçirilməsinin imtahanın nəticəsinə təsir edəcəyindən narahatdırlar. Sputnik Azərbaycan ümumtəhsil müəssisələrində dərs proqramına yekun vurulmamış buraxılış imtahanlarının keçirilməsinin imtahan nəticələrinə təsirini araşdırıb.Abituriyentlər çaş-baş qalıblarAbituriyent Ləman Orucova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 4-cü qrupa imtahana hazırlaşır. Amma hələ hazırlıq proqramını başa çatdırmayıb. Onun sözlərinə görə, buraxılış imtahanlarının mart ayında keçirilməsi ilə bağlı məlumat açıqlandıqdan sonra repetitorlar onunla yanaşı, digər hazırlıq keçən abituriyentlərin dərs yükünü artıracaqlarını söyləyiblər. Eyni zamanda bildirib ki, keçirilən proqramları təkrarlamağa da vaxt qalmır. Həmsöhbətimiz bunun abituriyentlər arasında narahatlıq yaratdığını da söylədi.Repetitorlar yeni qərara nə deyirlər?Repetitor fəaliyyəti ilə məşğul olan Pərvanə Orucova da imtahan vaxtının dəyişdirilməsinin onların proqramına müəyyən qədər təsir etdiyini söyləyir. Bildirir ki, buraxılış sinifləri adətən aprel ayında imtahan verdiklərindən, hazırlıq proqramı da bu tarixə uyğun qurub. İmtahan cədvəlinin dəyişməsinin onların proqramına təsir edəcəyini bildirən müəllim müəyyən dəyişikliklər etməyi düşündüyünü bildirib.İngilis dili fənnindən hazırlıq keçən digər müəllim Aynur Məmmədova isə peşəkar repetitorların ehtiyat tədbirlərini öncədən gördüyünü söyləyir: "Mən imtahan tarixinin dəyişdirilmə ehtimalını nəzərə alıb hər il proqramı marta qədər başa çatdırıram. Əlavə vaxt qaldıqda onu təkrara həsr edirəm. Məsələn, gələn il 9-cu sinif üzrə buraxılış imtahanları aprel ayında keçiriləcək. Artıq mən işimi ona uyğun qurmuşam. Marta qədər proqramı başa çatdıracam ki, uşaqların nəticəsi yaxşı olsun".Repetitorlar imtahan tarixlərinin dəyişdirilməsini ümumilikdə düzgün hesab etməsələr də, artıq bu cür qəfil verilən qərarlara hazırlıqlı olduqlarını söylədilər.İmtahana bir ay qalmış vaxtın dəyişdirildiyini söyləmək...Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında builki buraxılış və qəbul imtahanlarının tarixlərini əks etdirən cədvəlin ictimaiyyətə sızdırılmasının düzgün addım olmadığını söyləyib. Onun sözlərinə görə, imtahan cədvəli rəsmi qurum tərəfindən açıqlanmalı idi: "Bundan əlavə, imtahana bir ay qalmış vaxtın dəyişdirildiyini açıqlamaq doğru deyil.Bizim hər birimiz bilirik ki, qəbul imtahanlarında iştirak edən abituriyentlər orta məktəbdən əldə etdikləri biliklərlə imtahanda iştirak etmirlər. Repetitorların verdiyi biliklə abituriyentlər buraxılış və qəbul imtahanlarında uğur qazanırlar. Hər bir repetitor isə dərs proqramına sentyabrda başlayıb mayda başa çatdırır. Mart ayında 11-ci sinfə imtahan təşkil edildikdə dərs proqramı başa çatmır. Həmçinin 2008-ci ildə qəbul edilmiş kurikulum standartları var. Həmin standartlar tədris ilinin sonunda yekunlaşır".Buraxılış sinifləri məktəbə getməyə də bilər?K.Əsədov bunun ciddi qüsur olduğu fikrindədir. O bildirir ki, mart ayında buraxılış imtahanlarının keçirilməsi buraxılış sinif şagirdlərinin martdan sonra məktəbə getməməsinə əsas verir: "Buraxılış sinif şagirdləri deyə bilərlər ki, mən imtahanı vermişəm, martdan sonra məktəbə niyə getməliyəm? Ona görə də vaxt məsələsində dəyişikliyə ehtiyac var".Ekspert deyir ki, imtahan tarixləri altı ay öncədən elan edilməlidir ki, abituriyentlər hazırlıqlı olsunlar: "DİM bununla sanki isbat etmiş oldu ki, şagirdlərin orta məktəb biliklərini yox, hazırlıq kurslarında, repetitor yanında əldə etdikləri bilikləri yoxlayacaqlar. Çünki orta məktəb iki həftə gec başlayıb. Bundan əlavə, yoluxma hallarına görə bəzi məktəblər 14 gün müddətinə karantinə bağlandı. Bütün bunlar nəzərə alınmalı idi".Gərginlik artacaqK.Əsədov bildirir ki, hazırki imtahan cədvəli ilə buraxılış siniflərinə bir aydan bir qədər çox vaxt qalır. Bu isə onlarda gərginliyə səbəb olacaq: "Repetitor və hazırlıq kursları planı qurmuşdular ki, may ayına qədər hazırlıq proqramını başa çatdıracaqlar. DİM-in bu qərarından sonra onlar proqramı sıxlaşdırmalı, yaxud da buraxılış siniflərini dərslə yükləməlidirlər ki, marta qədər proqramı başa çatdırsınlar. Bu da gərgin situasiya yarada bilər. Ona görə də hər il imtahan vaxtı dəyişdirilməməlidir. DİM özü "Abituriyent" jurnalında bu il buraxılış imtahanlarında hansı mövzulardan, hansı proqramdan istifadə edəcəyi ilə bağlı hər hansı dəyişiklik etməyib".DİM narahatlığa əsas görmürDövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə isə Sputnik Azərbaycan-a açıqlamasında narahatlığa əsas olmadığını deyib. Onun sözlərinə görə, buraxılış imtahanlarında da yalnız imtahan tarixinədək keçirilən mövzulardan suallar salınır və salınacaq:"DİM tərəfindən keçirilən imtahanlarda tədris planları, qüvvədə olan dərsliklər və qəbul proqramları həmişə nəzərə alınır. Bundan əlavə, nəzərə alınmalıdır ki, fənn kurikulumlarına görə, 1-ci sinifdən 11-ci sinfədək ayrı-ayrı fənlər üzrə məzmun xətləri dəyişmir. Sadədən mürəkkəbə doğru məzmun standartlarının tələbləri dəyişir. Aşağı siniflərdən başlayaraq məzmun standartlarının tələblərinə görə müəyyən bacarıqlar formalaşır.Kurikulumların mahiyyətinin yalnız biliklərin verilməsi deyil, bacarıqların formalaşması olduğundan, buraxılış imtahanlarında əsas etibarı ilə bacarıqlar yoxlanılır və qiymətləndirilir. Fənn kurikulumlarına görə buraxılış fənləri üzrə əsas bilik və bacarıqlar isə mart ayınadək formalaşmış olur. Ona görə də imtahanın mart ayında keçirilməsi iştirakçılarda narahatlıq yaratmamalıdır".DİM-dən sorğumuza verilən cavaba görə, əvvəlki illərdə 11-ci siniflər üzrə buraxılış imtahanları mart yox, aprel ayında keçirilib.İmtahan tarixinin dəyişdirilmə səbəbiO ki qaldı buraxılış imtahan tarixinin hansı zərurətdən dəyişdirilməsinə, X. Xanlarzadə bunu açıq tipli sualların imtahana daha çox salınması ilə əsaslandırır: "İmtahanda yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqlardan istifadə olunur. "Həmin cavabların yoxlanılması isə bir aydan çox vaxt tələb edir. Buna görə buraxılış imtahanlarının tarixi əvvələ çəkilir ki, cavabların yoxlanılmasına vaxt çatsın".İmtahandan sonra imtahanMəlumat üçün bildirək ki, bu il buraxılış sinifləri buraxılış imtahanı verdikdən sonra tədris ilinin sonunda Böyük Summativ Qiymətləndirilmədən (BSQ) də keçməlidirlər. Bu isə imtahandan sonra imtahan anlamına gəlir.Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”na əsasən, dövlət nümunəli təhsil sənədində (attestatda) müvafiq fənlər üzrə buraxılış imtahanlarının nəticələri ilə yanaşı, fənlər üzrə illik qiymətlər də qeyd olunur.İctimaiyyətə sızan imtahan tarixləriXatırladaq ki, ötən gün sosial şəbəkələrdə builki buraxılış və qəbul imtahanlarının tarixlərini əks etdirən cədvəl paylaşılıb. Paylaşılan cədvəldə bu il 11-ci siniflərin buraxılış imtahanları mart ayının 5-6 və 12-13 tarixlərində olacağı əks olunub. Həmin məlumata görə, 15 mayda rezidenturaya, 21 mayda III qrup, 22 mayda II qrup üzrə qəbul imtahanlarının birinci mərhələsi keçiriləcək. Qeyri-rəsmi məlumata əsasən, 29 mayda magistraturaya qəbul imtahanının birinci mərhələsi, 4-5 iyunda I və IV qruplar üzrə bakalavriat imtahanlarının birinci cəhdi keçiriləcək. 19 iyunda rezidenturaya qəbul imtahanının ikinci mərhələsi, 6 iyulda III qrup, 7 iyulda II qrup, 20 iyulda I qrup, 21 iyulda IV qrup üzrə qəbul imtahanının ikinci cəhdi keçiriləcək.Rəsmi məlumatMəlumat üçün bildirək ki, DİM tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının isə aprel ayı ərzində keçirilməsinin nəzərdə tutulduğunu açıqlayıb. Bildirib ki, bu imtahanların keçirilmə tarixləri və yerləri yanvar ayı ərzində elan olunacaq: "Abituriyentlər, həmçinin kütləvi informasiya vasitələri nümayəndələrindən diqqətli olmalarını, yalnız rəsmi qaydada elan olunan məlumatlara istinad etmələrini xahiş edirik. Bir daha xatırladırıq ki, imtahan tarixləri məlum olan kimi dim.gov.az saytının “Təqvim” bölməsinə əlavə edilir və bununla bağlı rəsmi açıqlama verilir".Qeyd edək ki, dörd ixtisas qrupu üzrə buraxılış imtahanlarında əldə edilən nəticə kütləvi imtahan nəticələrində əldə edilən balların üzərinə gəlir. 5-ci qrup isə qəbul imtahanına buraxılış imtahanlarının nəticələri ilə qatılırlar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424510797_181:0:2910:2047_1920x0_80_0_0_bcf120996cae0fa0e739641679273732.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
imtahan, abituriyent, narazılıq, repetitor, buraxılış imtahanı
imtahan, abituriyent, narazılıq, repetitor, buraxılış imtahanı
Buraxılış imtahan tarixinin dəyişdirilməsi nəticələrə təsir edəcək?
"2008-ci ildə qəbul edilmiş kurikulum standartları var. Həmin standartlar tədris ilinin sonunda yekunlaşır".
BAKI, 11 yanvar — Sputnik. Dövlət İmtahan Mərkəzinin (DİM) bu il buraxılış imtahanlarını mart ayında keçirməsi müzakirələrə səbəb olub. Abituriyentlər dərs ili başa çatmamış buraxılış imtahanlarının keçirilməsinin imtahanın nəticəsinə təsir edəcəyindən narahatdırlar. Sputnik Azərbaycan ümumtəhsil müəssisələrində dərs proqramına yekun vurulmamış buraxılış imtahanlarının keçirilməsinin imtahan nəticələrinə təsirini araşdırıb.
Abituriyentlər çaş-baş qalıblar
Abituriyent Ləman Orucova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 4-cü qrupa imtahana hazırlaşır. Amma hələ hazırlıq proqramını başa çatdırmayıb. Onun sözlərinə görə, buraxılış imtahanlarının mart ayında keçirilməsi ilə bağlı məlumat açıqlandıqdan sonra repetitorlar onunla yanaşı, digər hazırlıq keçən abituriyentlərin dərs yükünü artıracaqlarını söyləyiblər. Eyni zamanda bildirib ki, keçirilən proqramları təkrarlamağa da vaxt qalmır. Həmsöhbətimiz bunun abituriyentlər arasında narahatlıq yaratdığını da söylədi.
Repetitorlar yeni qərara nə deyirlər?
Repetitor fəaliyyəti ilə məşğul olan Pərvanə Orucova da imtahan vaxtının dəyişdirilməsinin onların proqramına müəyyən qədər təsir etdiyini söyləyir. Bildirir ki, buraxılış sinifləri adətən aprel ayında imtahan verdiklərindən, hazırlıq proqramı da bu tarixə uyğun qurub. İmtahan cədvəlinin dəyişməsinin onların proqramına təsir edəcəyini bildirən müəllim müəyyən dəyişikliklər etməyi düşündüyünü bildirib.
İngilis dili fənnindən hazırlıq keçən digər müəllim Aynur Məmmədova isə peşəkar repetitorların ehtiyat tədbirlərini öncədən gördüyünü söyləyir: "Mən imtahan tarixinin dəyişdirilmə ehtimalını nəzərə alıb hər il proqramı marta qədər başa çatdırıram. Əlavə vaxt qaldıqda onu təkrara həsr edirəm. Məsələn, gələn il 9-cu sinif üzrə buraxılış imtahanları aprel ayında keçiriləcək. Artıq mən işimi ona uyğun qurmuşam. Marta qədər proqramı başa çatdıracam ki, uşaqların nəticəsi yaxşı olsun".
Repetitorlar imtahan tarixlərinin dəyişdirilməsini ümumilikdə düzgün hesab etməsələr də, artıq bu cür qəfil verilən qərarlara hazırlıqlı olduqlarını söylədilər.
İmtahana bir ay qalmış vaxtın dəyişdirildiyini söyləmək...
Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında builki buraxılış və qəbul imtahanlarının tarixlərini əks etdirən cədvəlin ictimaiyyətə sızdırılmasının düzgün addım olmadığını söyləyib. Onun sözlərinə görə, imtahan cədvəli rəsmi qurum tərəfindən açıqlanmalı idi: "Bundan əlavə, imtahana bir ay qalmış vaxtın dəyişdirildiyini açıqlamaq doğru deyil.
Bizim hər birimiz bilirik ki, qəbul imtahanlarında iştirak edən abituriyentlər orta məktəbdən əldə etdikləri biliklərlə imtahanda iştirak etmirlər. Repetitorların verdiyi biliklə abituriyentlər buraxılış və qəbul imtahanlarında uğur qazanırlar. Hər bir repetitor isə dərs proqramına sentyabrda başlayıb mayda başa çatdırır. Mart ayında 11-ci sinfə imtahan təşkil edildikdə dərs proqramı başa çatmır. Həmçinin 2008-ci ildə qəbul edilmiş kurikulum standartları var. Həmin standartlar tədris ilinin sonunda yekunlaşır".
Buraxılış sinifləri məktəbə getməyə də bilər?
K.Əsədov bunun ciddi qüsur olduğu fikrindədir. O bildirir ki, mart ayında buraxılış imtahanlarının keçirilməsi buraxılış sinif şagirdlərinin martdan sonra məktəbə getməməsinə əsas verir: "Buraxılış sinif şagirdləri deyə bilərlər ki, mən imtahanı vermişəm, martdan sonra məktəbə niyə getməliyəm? Ona görə də vaxt məsələsində dəyişikliyə ehtiyac var".
Ekspert deyir ki, imtahan tarixləri altı ay öncədən elan edilməlidir ki, abituriyentlər hazırlıqlı olsunlar: "DİM bununla sanki isbat etmiş oldu ki, şagirdlərin orta məktəb biliklərini yox, hazırlıq kurslarında, repetitor yanında əldə etdikləri bilikləri yoxlayacaqlar. Çünki orta məktəb iki həftə gec başlayıb. Bundan əlavə, yoluxma hallarına görə bəzi məktəblər 14 gün müddətinə karantinə bağlandı. Bütün bunlar nəzərə alınmalı idi".
K.Əsədov bildirir ki, hazırki imtahan cədvəli ilə buraxılış siniflərinə bir aydan bir qədər çox vaxt qalır. Bu isə onlarda gərginliyə səbəb olacaq: "Repetitor və hazırlıq kursları planı qurmuşdular ki, may ayına qədər hazırlıq proqramını başa çatdıracaqlar. DİM-in bu qərarından sonra onlar proqramı sıxlaşdırmalı, yaxud da buraxılış siniflərini dərslə yükləməlidirlər ki, marta qədər proqramı başa çatdırsınlar. Bu da gərgin situasiya yarada bilər. Ona görə də hər il imtahan vaxtı dəyişdirilməməlidir. DİM özü "Abituriyent" jurnalında bu il buraxılış imtahanlarında hansı mövzulardan, hansı proqramdan istifadə edəcəyi ilə bağlı hər hansı dəyişiklik etməyib".
DİM narahatlığa əsas görmür
Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə isə Sputnik Azərbaycan-a açıqlamasında narahatlığa əsas olmadığını deyib. Onun sözlərinə görə, buraxılış imtahanlarında da yalnız imtahan tarixinədək keçirilən mövzulardan suallar salınır və salınacaq:
"DİM tərəfindən keçirilən imtahanlarda tədris planları, qüvvədə olan dərsliklər və qəbul proqramları həmişə nəzərə alınır. Bundan əlavə, nəzərə alınmalıdır ki, fənn kurikulumlarına görə, 1-ci sinifdən 11-ci sinfədək ayrı-ayrı fənlər üzrə məzmun xətləri dəyişmir. Sadədən mürəkkəbə doğru məzmun standartlarının tələbləri dəyişir. Aşağı siniflərdən başlayaraq məzmun standartlarının tələblərinə görə müəyyən bacarıqlar formalaşır.
Kurikulumların mahiyyətinin yalnız biliklərin verilməsi deyil, bacarıqların formalaşması olduğundan, buraxılış imtahanlarında əsas etibarı ilə bacarıqlar yoxlanılır və qiymətləndirilir. Fənn kurikulumlarına görə buraxılış fənləri üzrə əsas bilik və bacarıqlar isə mart ayınadək formalaşmış olur. Ona görə də imtahanın mart ayında keçirilməsi iştirakçılarda narahatlıq yaratmamalıdır".
DİM-dən sorğumuza verilən cavaba görə, əvvəlki illərdə 11-ci siniflər üzrə buraxılış imtahanları mart yox, aprel ayında keçirilib.
İmtahan tarixinin dəyişdirilmə səbəbi
O ki qaldı buraxılış imtahan tarixinin hansı zərurətdən dəyişdirilməsinə, X. Xanlarzadə bunu açıq tipli sualların imtahana daha çox salınması ilə əsaslandırır: "İmtahanda yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqlardan istifadə olunur. "Həmin cavabların yoxlanılması isə bir aydan çox vaxt tələb edir. Buna görə buraxılış imtahanlarının tarixi əvvələ çəkilir ki, cavabların yoxlanılmasına vaxt çatsın".
Məlumat üçün bildirək ki, bu il buraxılış sinifləri buraxılış imtahanı verdikdən sonra tədris ilinin sonunda Böyük Summativ Qiymətləndirilmədən (BSQ) də keçməlidirlər. Bu isə imtahandan sonra imtahan anlamına gəlir.
Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması Qaydaları”na əsasən, dövlət nümunəli təhsil sənədində (attestatda) müvafiq fənlər üzrə buraxılış imtahanlarının nəticələri ilə yanaşı, fənlər üzrə illik qiymətlər də qeyd olunur.
İctimaiyyətə sızan imtahan tarixləri
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə builki buraxılış və qəbul imtahanlarının tarixlərini əks etdirən cədvəl paylaşılıb. Paylaşılan cədvəldə bu il 11-ci siniflərin buraxılış imtahanları mart ayının 5-6 və 12-13 tarixlərində olacağı əks olunub. Həmin məlumata görə, 15 mayda rezidenturaya, 21 mayda III qrup, 22 mayda II qrup üzrə qəbul imtahanlarının birinci mərhələsi keçiriləcək. Qeyri-rəsmi məlumata əsasən, 29 mayda magistraturaya qəbul imtahanının birinci mərhələsi, 4-5 iyunda I və IV qruplar üzrə bakalavriat imtahanlarının birinci cəhdi keçiriləcək. 19 iyunda rezidenturaya qəbul imtahanının ikinci mərhələsi, 6 iyulda III qrup, 7 iyulda II qrup, 20 iyulda I qrup, 21 iyulda IV qrup üzrə qəbul imtahanının ikinci cəhdi keçiriləcək.
Məlumat üçün bildirək ki, DİM tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının isə aprel ayı ərzində keçirilməsinin nəzərdə tutulduğunu açıqlayıb. Bildirib ki, bu imtahanların keçirilmə tarixləri və yerləri yanvar ayı ərzində elan olunacaq: "Abituriyentlər, həmçinin kütləvi informasiya vasitələri nümayəndələrindən diqqətli olmalarını, yalnız rəsmi qaydada elan olunan məlumatlara istinad etmələrini xahiş edirik. Bir daha xatırladırıq ki, imtahan tarixləri məlum olan kimi dim.gov.az saytının “Təqvim” bölməsinə əlavə edilir və bununla bağlı rəsmi açıqlama verilir".
Qeyd edək ki, dörd ixtisas qrupu üzrə buraxılış imtahanlarında əldə edilən nəticə kütləvi imtahan nəticələrində əldə edilən balların üzərinə gəlir. 5-ci qrup isə qəbul imtahanına buraxılış imtahanlarının nəticələri ilə qatılırlar.