https://sputnik.az/20220111/berbad-yollar-goycay-sakinlerini-aglar-veziyyetde-qoyub-438058340.html
Bərbad yollar Göyçay sakinlərini ağlar vəziyyətdə qoyub
Bərbad yollar Göyçay sakinlərini ağlar vəziyyətdə qoyub
Sputnik Azərbaycan
Qaraməryəm-Müsüslü avtomobil yolunun Göyçaydan keçən hissəsinin sıradan çıxması yerli sakinləri çətin vəziyyətə salıb - ətraflı videomuzda. 11.01.2022, Sputnik Azərbaycan
2022-01-11T22:42+0400
2022-01-11T22:42+0400
2022-01-11T22:42+0400
video
yol
göyçay
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438058190_0:0:1920:1080_1920x0_80_0_0_b59c7ed9313f90745f5d43f4e8e2fff9.jpg
Göyçay rayonunun kəndlərini rayon mərkəzi ilə, şəhərin özünü isə əsas magistral yol ilə birləşdirən Qaraməryəm-Müsüslü yolunun təmirə ehtiyacı var. Yolun bərbad olmasından şikayətlənən yerli sakinlər və sürücülər onun təmir olunması arzusundadırlar.Göyçayın ucqar kəndlərini rayon mərkəzi ilə birləşdirən bu yol əslində çox əhəmiyyətli, lakin yararsız haldadır. Əziyyət çəkənlər isə yenə də kənd sakinləridir. Həmçinin sürücüləri də unutmaq olmaz. Barəsində danışılan Qaraməryəm-Müsüslü avtomobil yolunun sıradan çıxması yerli sakinləri çətin vəziyyətə salıb. Ötən əsrin 80-ci illərində istifadəyə verilən yol hazırda istismara yaramır. Təmirsiz yoldan cana gələnlər problemi dilə gətiriblər.Göyçayın ən böyük kəndlərindən olan İnçə kəndinin sakini Surxay Əlifov müsahibəsində bildirib ki, hər gün rayon mərkəzinə getmək üçün bu əzablı yoldan keçməyə məcbur qalırlar. Yolsuzluq üzündən gediş-gəliş qiymətləri də iki dəfə çox bahalaşıb. Yay aylarında tozdan, qış aylarında palçıqdan yolda hərəkət etmək müşkülə çevrilir.Yolun asfalt qatı tamam dağıldığından hər iki zolaq yararsız hala düşüb. İstismar müddətini çoxdan başa vuran bu yol Bakı-Şamaxı-Yevlax və Bakı-Qazax yolunu birləşdirən əsas alternativ yollardan biri sayılır.Sakinlərin şikayətli ilə bağlı AAYDA-nın nümayəndəsi Anar Nəcəfli bildirib ki, Qaraməryəm-Müsüslü avtomobil yolu uzun müddət yenidən qurulmadan istismardadır. Bununla bağlı agentlik olaraq biz həmin yolun yenidən qurulması işlərinin aparılması ilə əlaqədar olaraq layihə hazırlayıb aidiyyəti üzrə təqdim etmişik. Təbii ki, burada layihənin təsdiqlənməsi və maliyyə vəsaitinin ayrılması gözlənilir. Bu işlər həyata keçirilən kimi artıq bizim agentlik tərəfindən həmin yolun yenidən qurulması işlərinə də start veriləcək. Agentlik rəsmisinin sözlərindən belə aydın oldu ki, sözügedən avtomobil yolunun konkret nə vaxt təmir ediləcəyi və yenidən qurulacağı bəlli deyil.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438058190_257:0:1697:1080_1920x0_80_0_0_6b26751e861fd904a901084280ccefc3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
göyçaylıları niyə ağlayır: qıcı qırılan niyə ağlamasın?
göyçaylıları niyə ağlayır: qıcı qırılan niyə ağlamasın?
Bərbad yollar Göyçay sakinlərini ağlar vəziyyətdə qoyub
Qaraməryəm-Müsüslü avtomobil yolunun Göyçaydan keçən hissəsinin sıradan çıxması yerli sakinləri çətin vəziyyətə salıb - ətraflı videomuzda.
Göyçay rayonunun kəndlərini rayon mərkəzi ilə, şəhərin özünü isə əsas magistral yol ilə birləşdirən Qaraməryəm-Müsüslü yolunun təmirə ehtiyacı var. Yolun bərbad olmasından şikayətlənən yerli sakinlər və sürücülər onun təmir olunması arzusundadırlar.
Göyçayın ucqar kəndlərini rayon mərkəzi ilə birləşdirən bu yol əslində çox əhəmiyyətli, lakin yararsız haldadır. Əziyyət çəkənlər isə yenə də kənd sakinləridir. Həmçinin sürücüləri də unutmaq olmaz. Barəsində danışılan Qaraməryəm-Müsüslü avtomobil yolunun sıradan çıxması yerli sakinləri çətin vəziyyətə salıb. Ötən əsrin 80-ci illərində istifadəyə verilən yol hazırda istismara yaramır. Təmirsiz yoldan cana gələnlər problemi dilə gətiriblər.
Göyçayın ən böyük kəndlərindən olan İnçə kəndinin sakini Surxay Əlifov müsahibəsində bildirib ki, hər gün rayon mərkəzinə getmək üçün bu əzablı yoldan keçməyə məcbur qalırlar. Yolsuzluq üzündən gediş-gəliş qiymətləri də iki dəfə çox bahalaşıb. Yay aylarında tozdan, qış aylarında palçıqdan yolda hərəkət etmək müşkülə çevrilir.
Yolun asfalt qatı tamam dağıldığından hər iki zolaq yararsız hala düşüb. İstismar müddətini çoxdan başa vuran bu yol Bakı-Şamaxı-Yevlax və Bakı-Qazax yolunu birləşdirən əsas alternativ yollardan biri sayılır.
Sakinlərin şikayətli ilə bağlı AAYDA-nın nümayəndəsi Anar Nəcəfli bildirib ki, Qaraməryəm-Müsüslü avtomobil yolu uzun müddət yenidən qurulmadan istismardadır. Bununla bağlı agentlik olaraq biz həmin yolun yenidən qurulması işlərinin aparılması ilə əlaqədar olaraq layihə hazırlayıb aidiyyəti üzrə təqdim etmişik.
Təbii ki, burada layihənin təsdiqlənməsi və maliyyə vəsaitinin ayrılması gözlənilir. Bu işlər həyata keçirilən kimi artıq bizim agentlik tərəfindən həmin yolun yenidən qurulması işlərinə də start veriləcək. Agentlik rəsmisinin sözlərindən belə aydın oldu ki, sözügedən avtomobil yolunun konkret nə vaxt təmir ediləcəyi və yenidən qurulacağı bəlli deyil.