CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı ACM-in hökmü ilə milyon manatlıq dələduzluqda təqsirləndirilən şəxslər bəraət aldı

manat - Sputnik Azərbaycan, 1920, 11.01.2022
Abunə olmaq
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Xıdırov 9 il 6 ay, N.Mustafayev isə 5 il azadlıqdan məhrum edilmişdi.
BAKI, 11 yanvar — Sputnik. Bir milyon manata yaxın dələduzluqda təqsirləndirilərək azadlıqdan məhrum edilən İlham Xıdırov və Nazim Mustafayevin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdikləri apellyasiya şikayətinə baxılıb.
Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkili Cavad Cavadov müvəkkillərinin dələduzluq əməlinin sübuta yetirilmədiyini deyib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxslərə bəraət verilməsini xahiş edib.
Prosesdə şikayət araşdırılıb və qərar çıxarılıb.
Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib, İlham Xıdırov və Nazim Mustafayev barəsində bəraət hökmü çıxarılıb. Hər iki təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, ittihama görə, İ.Xıdırov və N.Mustafayev İrandan və Rusiyadan kompressor avadanlıqları gətirib satmaq adı ilə bir neçə şəxsdən külli miqdarda pul almaqda, onlara qarşı dələduzluqda təqsirləndirilir. İttiham aktında təqsirləndirilən şəxslərin ümumilikdə 1 milyon manata yaxın pulu mənimsəməsi qeyd edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Xıdırov 9 il 6 ay, N.Mustafayev isə 5 il azadlıqdan məhrum edilmişdi.
Xəbər lenti
0