Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanın 2022-ci il üçün büdcəsi

Abunə olmaq
Cari ildə büdcə xərclərinin ötən illə müqayisədə 4,7% artaraq 29,879 milyard manat təşkil edəcəyi gözlənilir.
BAKI, 11 yanvar — Sputnik. Azərbaycanın 2022-ci il üçün təsdiq edilmiş dövlət büdcəsi 30 milyard manata yaxınlaşıb. Eyni zamanda, 3,5 milyard manat kəsirlə icra olunacaq. Ölkənin 2022-ci il üçün büdcəsi haqqında daha ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında izləyə bilərsiniz.
Azərbaycanın dövlət büdcəsinin gəlirləri 2022-cı ildə 26,407 milyard manat səviyyəsində proqnozlaşdırılır ki, bu da 2021-ci il büdcəsinin gəlirlərindən 3,7% çoxdur. Bundan əlavə, 2022-ci ildə büdcə xərclərinin ötən illə müqayisədə 4,7% artaraq 29,879 milyard manat təşkil edəcəyi gözlənilir.
Belə ki, büdcə gəlirlərinin 52,4 %-i neft sektorundan, 47,6 %-i isə qeyri-neft sektorundan alınacaq.
Bundan əlavə, xərclərin 68,7%-ni büdcə, 24,7%-ni kapital, 6,6%-ni isə digər xərclər təşkil edib. Bununla yanaşı, ümumdövlət ehtiyaclarına 13,8 milyard manat, dövlət borcuna xidmətə 4,4 milyard manat, müdafiəyə 4,2 milyard manat, səhiyyəyə 3,8 milyard manat ayrılacaq.
Xəbər lenti
0