https://sputnik.az/20220111/azerbaycan-numayendeleri-roma-papasi-ile-goruse-gedirler-438056826.html
Azərbaycan nümayəndələri Roma Papası ilə görüşə gedirlər
Azərbaycan nümayəndələri Roma Papası ilə görüşə gedirlər
Sputnik Azərbaycan
Allahşükür Paşazadə Roma Papası I Fransisk ilə görüşəcək. 11.01.2022, Sputnik Azərbaycan
2022-01-11T15:20+0400
2022-01-11T15:20+0400
2022-01-11T15:20+0400
allahşükür paşazadə
cəmiyyət
görüş
roma papası fransisk
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1b/428027518_0:0:2000:1125_1920x0_80_0_0_49be49a407e4b9fa55e1f48793a4a9f3.jpg
BAKI, 11 yanvar — Sputnik. Yanvarın 12-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Vatikana səfərə yola düşəcək.QMİ-nin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların təmsil olunduğu nümayəndə heyətinə Azərbaycan dağ yəhudiləri icmasının başçısı Melix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete daxildir.Azərbaycanın dini konfessiya rəhbərlərinin səfəri Roma Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Papa Fransiskin rəsmi dəvəti ilə həyata keçirilir. Vatikan tərəfinin əməkdaşlıqda maraqlı olduğunu Roma Papası Fransisk 2016-cı ildə Bakıya həvari səfəri zamanı Azərbaycandakı dini konfessiya rəhbərləri ilə görüşündə ifadə edib, qarşılıqlı səfərlərin önəmini vurğulayıb.Azərbaycan nümayəndə heyətinin səfər çərçivəsində Vatikan dövlətinin başçısı, dünya katoliklərinin lideri - Roma Papası Fransisk həzrətləri, habelə Müqəddəs Taxt-Tacın bir sıra ali rəsmiləri, o cümlədən, Dövlət katibi Kardinal Pietro Parolin, Dinlərarası dialoq üzrə Pontifik Şurasının rəhbəri Kardinal Migel Ayuso, Xarici dövlətlər ilə əlaqələr üzrə Katib Arxiyepiskop Riçard Qallaher ilə görüşləri planlaşdırılır. Görüşlər zamanı işğaldan azad olunmuş Azərbaycan torpaqlarında dini-mənəvi irsin bərpası, məscid, kilsə, məbədlərin yenidən qurulması sahəsində görülən işlər barədə ətraflı bəhs olunması, Azərbaycan həqiqətləri və multikultural həyat tərzi barədə fikir mübadiləsi nəzərdə tutulur.Qeyd edək ki, yanvarın 17-dək davam edəcək səfər Müqəddəs Taxt-Tacla Azərbaycan Respublikası arasında mövcud yüksək səviyyəli münasibətlərin dini-mənəvi müstəvidə, dinlərarası dialoq və əməkdaşlıq platformasında daha da möhkəmlənməsinə xidmət edəcək. Səfərin yekunlarına dair mətbuat konfransı keçiriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1b/428027518_227:0:2000:1330_1920x0_80_0_0_4f2cf47690cd2ddae1b72147149f001d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan nümayəndələri roma papası ilə görüşə gedirlər
azərbaycan nümayəndələri roma papası ilə görüşə gedirlər
Azərbaycan nümayəndələri Roma Papası ilə görüşə gedirlər
Allahşükür Paşazadə Roma Papası I Fransisk ilə görüşəcək.
BAKI, 11 yanvar — Sputnik. Yanvarın 12-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Vatikana səfərə yola düşəcək.
QMİ-nin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların təmsil olunduğu nümayəndə heyətinə Azərbaycan dağ yəhudiləri icmasının başçısı Melix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete daxildir.
Azərbaycanın dini konfessiya rəhbərlərinin səfəri Roma Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Papa Fransiskin rəsmi dəvəti ilə həyata keçirilir.
Vatikan tərəfinin əməkdaşlıqda maraqlı olduğunu Roma Papası Fransisk 2016-cı ildə Bakıya həvari səfəri zamanı Azərbaycandakı dini konfessiya rəhbərləri ilə görüşündə ifadə edib, qarşılıqlı səfərlərin önəmini vurğulayıb.
Azərbaycan nümayəndə heyətinin səfər çərçivəsində Vatikan dövlətinin başçısı, dünya katoliklərinin lideri - Roma Papası Fransisk həzrətləri, habelə Müqəddəs Taxt-Tacın bir sıra ali rəsmiləri, o cümlədən, Dövlət katibi Kardinal Pietro Parolin, Dinlərarası dialoq üzrə Pontifik Şurasının rəhbəri Kardinal Migel Ayuso, Xarici dövlətlər ilə əlaqələr üzrə Katib Arxiyepiskop Riçard Qallaher ilə görüşləri planlaşdırılır.
Görüşlər zamanı işğaldan azad olunmuş Azərbaycan torpaqlarında dini-mənəvi irsin bərpası, məscid, kilsə, məbədlərin yenidən qurulması sahəsində görülən işlər barədə ətraflı bəhs olunması, Azərbaycan həqiqətləri və multikultural həyat tərzi barədə fikir mübadiləsi nəzərdə tutulur.
Qeyd edək ki, yanvarın 17-dək davam edəcək səfər Müqəddəs Taxt-Tacla Azərbaycan Respublikası arasında mövcud yüksək səviyyəli münasibətlərin dini-mənəvi müstəvidə, dinlərarası dialoq və əməkdaşlıq platformasında daha da möhkəmlənməsinə xidmət edəcək. Səfərin yekunlarına dair mətbuat konfransı keçiriləcək.