SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident yeni səfirlərin etimadnamələrini qəbul etdi

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Əlcəzairin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Əlcəzairin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - Sputnik Azərbaycan, 1920, 10.01.2022
Abunə olmaq
Əlcəzair Xalq Demokratik Respublikasının və Koreya Respublikasının səfirləri etimadnamələrini Prezident İlham Əliyevə təqdim edib.
BAKI, 10 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdelouahab Osmanın və Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Li In-Yonqun etimadnaməsini qəbul edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Koreya Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Prezident İlham Əliyev Koreya Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - Sputnik Azərbaycan, 1920, 10.01.2022
Prezident İlham Əliyev Koreya Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Xatırladaq ki, Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı əvvəlki fövqəladə və səlahiyyətli səfiri Lahssan Boufares idi. Koreya Respublikasının ölkəmizdəki bundan əvvəlki fövqəladə və səlahiyyətli səfiri isə Tong Op Kim idi.
Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 28-də Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevin etimadnaməsini qəbul etmişdi.
"İkitərəfli münasibətlərə gəldikdə, biz əlaqələrin intensivləşəcəyinə ümid edirik. Hesab edirəm ki, mövcud potensial ötən illərdə tam həcmdə reallaşdırılmayıb. Buna görə əlbəttə ki, iqtisadi-ticari sahəyə diqqət yetirmək lazımdır, bu sahədə əmtəə dövriyyəsini artıra bilərik". Bunu Prezident İlham Əliyev oktyabrın 28-də Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevin etimadnaməsini qəbul edərkən bildirmişdi.
"Bundan əlavə, bildiyiniz kimi, Azərbaycan ölkənin hüdudlarından kənarda fəal sərmayə qoyur. Biz Qırğızıstanda investisiya layihələrini ətraflı müzakirə edə bilərik və əlbəttə, beynəlxalq arenada qarşılıqlı dəstək ölkələrimizi həmişə yaxınlaşdırıb. Əminəm ki, biz gələcəkdə də BMT məkanında, İslam Əməkdaşlıq Təşkilatı və əlbəttə, Türk Şurası, MDB və digər təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləyəcəyik. İkinci Qarabağ müharibəsi dövründə biz Qırğızıstan xalqının dəstəyini hiss edirdik. Vətəndaşlardan çoxlu müraciətlər olurdu, həmrəylik hissləri bildirilirdi, biz bunu çox yüksək qiymətləndiririk. Hazırda Azərbaycanın dağıdılmış ərazilərinin bərpası dövrüdür və biz keçmiş məcburi köçkünləri maksimum qısa müddətdə öz əzəli torpaqlarına qaytarmaq üçün fəal iş aparırıq", - deyə İlham Əliyev vurğulayıb.
Xəbər lenti
0