Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Məcburi köçkünlərə görə hökumətə müraciət ediləcək

© Sputnik / Murad OrujovYanğınsöndürən maşın, arxiv şəkli
Yanğınsöndürən maşın, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.01.2022
Abunə olmaq
Dövlət Komitəsi 17 məcburi köçkün ailəsinə dəymiş zərərin ödənilməsi ilə bağlı hökumətə müraciət edəcək.
BAKI, 10 yanvar — Sputnik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən 4 saylı xəstəxana binasında baş vermiş yanğın nəticəsində yaşayış sahəsi tamamilə yanmış 17 məcburi köçkün ailəsinə dəymiş zərərin ödənilməsi ilə bağlı hökumətə müraciət edəcək.
"Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri həmin ünvanda yaşayış yerlərinə ziyan dəymiş məcburi köçkün ailələrini siyahıya alıb, onlara komitə tərəfindən 300 manat məbləğində kirayə haqqı ödənilib. Dövlət Komitəsinin aidiyyəti şöbəsi tərəfindən hazırda yaşayış sahələrinin təmirinə başlanılıb, təmir başa çatdıqdan sonra ailələr əvvəlki yaşayış yerlərinə köçürüləcək", - bu barədə Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, yanvarın 7-də baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaq. Yanğın baş vermiş binada ümumilikdə, 22 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb.
Qeyd edək ki, bir müddət əvvəl Sumqayıtdakı 4 nömrəli xəstəxanada yanğın baş vermişdi.
Sözügedən tibb müəssisəinin bir hissəsində məcburi köçkünlər məskunlaşıb, digər hissəsi isə xəstəxana kimi fəaliyyət göstərib.
Hadisə zamanı 32 nəfər xəstə, xəstəxanın 16 işçisi və 81 nəfər məcburi köçkün təxliyə olunub.
İnsident zamanı ölən olmayıb.
Xəbər lenti
0