https://sputnik.az/20220110/fuzulide-silah---sursat-plantasiyasi---topladiqca-bitmek-bilmir--438014025.html
Füzulidə silah - sursat plantasiyası - topladıqca bitmək bilmir
Füzulidə silah - sursat plantasiyası - topladıqca bitmək bilmir
Sputnik Azərbaycan
Növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində tərk edilmiş hərbi mövqelərdən müxtəlif silah-sursat aşkarlanıb. 10.01.2022, Sputnik Azərbaycan
2022-01-10T12:07+0400
2022-01-10T12:07+0400
2022-01-10T12:07+0400
silah-sursat
azərbaycan xəbərləri
füzuli
füzuli rayonu
qumbara
https://cdnn1.img.sputnik.az/img/07e5/04/09/426656118_0:35:1001:598_1920x0_80_0_0_62d8dd5eca3db90347dc179e1fee34a4.jpg
BAKI, 10 yanvar — Sputnik. İşğaldan azad edilmiş ərazilərin mina, eləcə də digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyəti dövlət qurumlarının təmsilçiləri, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən zəruri tədbirlər fasiləsiz həyata keçirilir.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb. Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində tərk edilmiş hərbi mövqelərdən müxtəlif silah-sursat aşkarlayıblar. Aşkar olunan 2 pulemyot, 2 ədəd "Faqot" və 1 ədəd "Kornet" tipli tank əleyhinə idarə olunan raket kompleksi, 4 qumbara, 3 avtomat sandığı, müxtəlif növ 18 mərmi, 317 patron aidiyyəti üzrə təhvil verilib.Qeyd edək ki, bir müddət öncə işğaldan azad edilən ərazilərdə aşkarlanan silah-sursatın sayı açıqlanmışdı.2021-ci il ərzində ərazi polis orqanlarının əməkdaşları tərəfindən tərk edilən hərbi mövqelərdən 225 avtomat, 102 qumbaraatan, 68 pulemyot, 64 tank, piyada əleyhinə idarə olunan raket sistemləri, 10 minaatan qurğusu, 8 hava hücumundan müdafiə sistemləri, 721 qumbara, 129 mina, on minlərlə müxtəlif çaplı mərmi, həmçinin patronlar aşkar edilərək təhvil verilib.Keçirilən tədbirlərlə işğaldan azad edilən ərazilərdə yabanı halda bitən 17 tona yaxın çətənə bitkisi yandırılaraq məhv edilib.Xatırladaq ki, 2021-ci il dekabrın 27-də Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun inzibati ərazisində yaradılmış nəzarət postlarında aparılan yoxlamalar zamanı bir neçə şəxsdən qanunsuz olaraq əldə edilən müxtəlif növ silah-sursat aşkar edilərək götürülüb.Cari il ərzində Cəbrayıl RPŞ-nin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri çərçivəsində yoxlamalar aparılarkən qanunsuz olaraq silah-sursat əldə edən şəxslər müəyyən edilib. Həmin şəxslərin barələrində qanunamüvafiq tədbirlər yerinə yetirilib.Aşkarlanan 1 avtomat, 2 qumbara, 4 minaatan mərmisinə məxsus başlıq, 1 nişangah qurğusu, 1 sandıq və 1749 müxtəlif çaplı partonlar aidiyyəti üzrə təhvil verilib.Dekabrın 11-də isə Azərbaycanın Daxili İşlər Nazirliyi Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarına təhkim olunmuş Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində tərk edilmiş hərbi mövqelərdən xeyli sayda silah-sursat toplanıb.Ötən bir ilə yaxın müddət ərzində Laçın RPŞ-nin əməkdaşları tərəfindən 13 pulemyot, 3 avtomat, 3 tüfəng, 3 qumbaraatan, 30 əl qumbarası, 1 "Muxa", 1 "İqla", 1 minaatan qurğusu, 80 qumbaratan mərmisi, 93 sandıq, 13200 müxtəlif çaplı patronlar, 105 tank, piyada əleyhinə mina, 6 digər partlayıcı vasitə aşkarlanıb. Qeyd edək ki, anoloji tədbirlər Şuşa şəhərində də davam etdirilib. Belə ki, Şuşada son bir il ərzində ermənilərin atıb qaçdığı silah-sursatlar toplanıb. Şəhər ərazisindən və ətraf kəndlərdən 5 mina, 31 avtomat, 4 pulemyot, 6 qumbaraatan, 207 qumbara, digər partlayıcı maddələr, 78 müxtəlif növ mərmi, 19 "Foqot" və digər idarə olunan raket sistemləri, 45 mindən artıq müxtəlif çaplı patronlar və başqa sursatlar götürülüb.Bundan başqa Daşaltı kəndində 1 ton 600 kiloqramdan artıq olan 2437 ədəd çətənə bitkisi məhv edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/09/426656118_78:0:921:632_1920x0_80_0_0_fc7a91f9e6477c359f942674a8468e63.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
silah-sursat, füzuli, füzuli rayonu, qumbara
silah-sursat, füzuli, füzuli rayonu, qumbara
Füzulidə silah - sursat plantasiyası - topladıqca bitmək bilmir
Növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində tərk edilmiş hərbi mövqelərdən müxtəlif silah-sursat aşkarlanıb.
BAKI, 10 yanvar — Sputnik. İşğaldan azad edilmiş ərazilərin mina, eləcə də digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün aidiyyəti dövlət qurumlarının təmsilçiləri, o cümlədən daxili işlər orqanlarının əməkdaşları tərəfindən zəruri tədbirlər fasiləsiz həyata keçirilir.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb. Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində tərk edilmiş hərbi mövqelərdən müxtəlif silah-sursat aşkarlayıblar.
Aşkar olunan 2 pulemyot, 2 ədəd "Faqot" və 1 ədəd "Kornet" tipli tank əleyhinə idarə olunan raket kompleksi, 4 qumbara, 3 avtomat sandığı, müxtəlif növ 18 mərmi, 317 patron aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, bir müddət öncə işğaldan azad edilən ərazilərdə aşkarlanan silah-sursatın sayı açıqlanmışdı.
2021-ci il ərzində ərazi polis orqanlarının əməkdaşları tərəfindən tərk edilən hərbi mövqelərdən 225 avtomat, 102 qumbaraatan, 68 pulemyot, 64 tank, piyada əleyhinə idarə olunan raket sistemləri, 10 minaatan qurğusu, 8 hava hücumundan müdafiə sistemləri, 721 qumbara, 129 mina, on minlərlə müxtəlif çaplı mərmi, həmçinin patronlar aşkar edilərək təhvil verilib.
Keçirilən tədbirlərlə işğaldan azad edilən ərazilərdə yabanı halda bitən 17 tona yaxın çətənə bitkisi yandırılaraq məhv edilib.
Xatırladaq ki, 2021-ci il dekabrın 27-də Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun inzibati ərazisində yaradılmış nəzarət postlarında aparılan yoxlamalar zamanı bir neçə şəxsdən qanunsuz olaraq əldə edilən müxtəlif növ silah-sursat aşkar edilərək götürülüb.
Cari il ərzində Cəbrayıl RPŞ-nin əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri çərçivəsində yoxlamalar aparılarkən qanunsuz olaraq silah-sursat əldə edən şəxslər müəyyən edilib. Həmin şəxslərin barələrində qanunamüvafiq tədbirlər yerinə yetirilib.
Aşkarlanan 1 avtomat, 2 qumbara, 4 minaatan mərmisinə məxsus başlıq, 1 nişangah qurğusu, 1 sandıq və 1749 müxtəlif çaplı partonlar aidiyyəti üzrə təhvil verilib.
Dekabrın 11-də isə Azərbaycanın Daxili İşlər Nazirliyi Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarına təhkim olunmuş Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində tərk edilmiş hərbi mövqelərdən xeyli sayda silah-sursat toplanıb.
Ötən bir ilə yaxın müddət ərzində Laçın RPŞ-nin əməkdaşları tərəfindən 13 pulemyot, 3 avtomat, 3 tüfəng, 3 qumbaraatan, 30 əl qumbarası, 1 "Muxa", 1 "İqla", 1 minaatan qurğusu, 80 qumbaratan mərmisi, 93 sandıq, 13200 müxtəlif çaplı patronlar, 105 tank, piyada əleyhinə mina, 6 digər partlayıcı vasitə aşkarlanıb.
Qeyd edək ki, anoloji tədbirlər Şuşa şəhərində də davam etdirilib. Belə ki, Şuşada son bir il ərzində ermənilərin atıb qaçdığı silah-sursatlar toplanıb. Şəhər ərazisindən və ətraf kəndlərdən 5 mina, 31 avtomat, 4 pulemyot, 6 qumbaraatan, 207 qumbara, digər partlayıcı maddələr, 78 müxtəlif növ mərmi, 19 "Foqot" və digər idarə olunan raket sistemləri, 45 mindən artıq müxtəlif çaplı patronlar və başqa sursatlar götürülüb.
Bundan başqa Daşaltı kəndində 1 ton 600 kiloqramdan artıq olan 2437 ədəd çətənə bitkisi məhv edilib.