CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Elektron Hökumətin İnkişafı Mərkəzinin zərəri 15 milyonu keçib

© Pexels Negative SpaceKompüter arxasında qız, arxiv şəkli
Kompüter arxasında qız, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.01.2022
Abunə olmaq
Elektron Hökumətin İnkişafı Mərkəzinin yığılmış zərəri 2,6 dəfə artaraq 15,199 milyon manata çatıb.
BAKI, 10 yanvar — Sputnik. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") Elektron Hökumətin İnkişafı Mərkəzi 2020-ci ili 9,309 milyon manat zərərlə başa vurub.
Bu, 2019-cu illə müqayisədə 67,5% çoxdur. Bununla da, qurumun yığılmış zərəri 2,6 dəfə artaraq 15,199 milyon manata çatıb.
2020-ci ildə Elektron Hökumətin İnkişafı Mərkəzi əməliyyat gəlirləri 2,132 milyon manat (2019-cu ilə nisbətən 2,2 dəfə az), əməliyyat xərcləri 5,988 milyon manat (36% çox), digər gəlirləri 0,008 milyon manat (6 dəfə çox), inzibati xərcləri 5,453 milyon manat (6,8% az), məzənnə fərqindən zərər 0,005 milyon manat (3,5 dəfə çox), mənfəət vergisi ödəmələri 0,002 milyon manat (30 dəfə az) təşkil edib.
2021-ci il yanvarın 1-nə Elektron Hökumətin İnkişafı Mərkəzinin aktivləri 17,58 milyon manat olub ki, bu da illik müqayisədə 14,7% çoxdur. Hesabat dövründə Mərkəzin öhdəlikləri 51,1% artaraq 0,754 milyon manaata, balans kapitalı isə 13,4% artaraq 16,826 milyon manata çatıb.
Xatırladaq ki, Elektron Hökumətin İnkişafı Mərkəzi ölkə prezidentinin 14 mart 2018-ci il tarixli, "Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında" fərmanı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 0,005 milyon manatdır.
Mərkəz dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsinə məsuldur.
Xəbər lenti
0