https://sputnik.az/20220110/ebdurrehman-vezirov-vefat-edib-438019021.html
Əbdürrəhman Vəzirov vəfat edib
Əbdürrəhman Vəzirov vəfat edib
Sputnik Azərbaycan
1985-ci ildə Qorbaçov Əbdürrəhman Vəzirova Azərbaycana rəhbərlik etməyi təklif etmişdi. 10.01.2022, Sputnik Azərbaycan
2022-01-10T13:19+0400
2022-01-10T13:19+0400
2022-01-10T13:32+0400
sssr
azərbaycan xəbərləri
mixail qorbaçov
əbdürrəhman vəzirov
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438018992_0:138:2048:1290_1920x0_80_0_0_67261e014dabc633fcbc4ac354cc3fc1.jpg
BAKI, 10 yanvar — Sputnik. Azərbaycan SSR Kommunist Partiyasının sabiq birinci katibi, SSRİ-nin fövqəladə və səlahiyyətli səfiri olmuş Əbdürrəhman Vəzirov vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Vəzirovun yaxınları məlumat yayıb.Əbdürrəhman Vəzirov 26 may 1930-cu ildə Bakınını Binəqədi qəsəbəsində anadan olub. Əbdürrəhman Vəzirov Azərbaycan SSR Kommunist Partiyası MK-nın 13-cü birinci katibi (1988–1990), SSRİ-nin Nepalda (1979–1985) və Pakistanda (1985–1988) fövqəladə və səlahiyyətli səfiri olub. Vəzirov 1988-ci ilin may ayında Azərbaycanın rəhbərliyinə SSRİ-nin Pakistan İslam Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsindən gətirilib.Bundan əvvəl, o, Kəlküttədə konsul və Nepalda səfir işləmişdi. Diplomatik işə isə AKP MK-dan, partiya işindən keçmişdi. Ondan əvvəl Gəncə şəhər Partiya Komitəsinin birinci katibi işləmişdi. Partiya işinə komsomoldan gətirilmişdi: Moskvada, Mixail Qorbaçovla eyni vaxtda, Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsində çalışmışdı.1985-ci ildə Qorbaçov Əbdürrəhman Vəzirova Azərbaycana rəhbərlik etməyi təklif etmişdi. Lakin diplomatik işi daha üstün tutan Vəzirov o vaxt bu təklifdən imtina etdi. İkinci dəfə Vəzirova 1988-ci ildə Azərbaycana rəhbərlik etmək təklif edildi, lakin o, bu təklifi qəbul etdi. 1988-ci il mayın 21-dən 1990-cı il yanvarın 20-nədək Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olub.Bu dövrdə Moskvanın dəstəyi ilə Dağlıq Qarabağda ermənilərin separatçı hərəkatı alovlanıb, azərbaycanlıların doğma torpaqlarından qovulmasına başlanılıb. Vəzirov 1989-cu ilin avqustunda istefa məsələsini qaldırıb. Həmin ilin dekabrında yenə istefa vermək istədiyini bildirib. Vəzirov bütün baş verənlərin qarşısını almaqda aciz olub, sovet qoşunlarının 1990-cı il yanvar ayının 20-də Azərbaycana daxil olmasının, yüzlərlə günahsız insanın qanını axıtmasının qarşısını ala bilməyib. O, SSRİ qoşunlarının gəlməsindən 2 gün öncə, 18 yanvarda istefa verərək Moskvaya qaçıb. Azərbaycanda haqqında cinayət işi qaldırılıb.Vəzirov ömrünün sonuna qədər Moskvada yaşayıb və 91 yaşında vəfat edib.
sssr
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438018992_0:0:2048:1537_1920x0_80_0_0_5532cea09b240ec9f4b4f63e2bf3d381.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycanın sabiq başçısı əbdürrəhman vəzirov vəfat edib
azərbaycanın sabiq başçısı əbdürrəhman vəzirov vəfat edib
Əbdürrəhman Vəzirov vəfat edib
13:19 10.01.2022 (Yenilənib: 13:32 10.01.2022) 1985-ci ildə Qorbaçov Əbdürrəhman Vəzirova Azərbaycana rəhbərlik etməyi təklif etmişdi.
BAKI, 10 yanvar — Sputnik. Azərbaycan SSR Kommunist Partiyasının sabiq birinci katibi, SSRİ-nin fövqəladə və səlahiyyətli səfiri olmuş Əbdürrəhman Vəzirov vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Vəzirovun yaxınları məlumat yayıb.
Əbdürrəhman Vəzirov 26 may 1930-cu ildə Bakınını Binəqədi qəsəbəsində anadan olub.
Əbdürrəhman Vəzirov Azərbaycan SSR Kommunist Partiyası MK-nın 13-cü birinci katibi (1988–1990), SSRİ-nin Nepalda (1979–1985) və Pakistanda (1985–1988) fövqəladə və səlahiyyətli səfiri olub. Vəzirov 1988-ci ilin may ayında Azərbaycanın rəhbərliyinə SSRİ-nin Pakistan İslam Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsindən gətirilib.
Bundan əvvəl, o, Kəlküttədə konsul və Nepalda səfir işləmişdi. Diplomatik işə isə AKP MK-dan, partiya işindən keçmişdi. Ondan əvvəl Gəncə şəhər Partiya Komitəsinin birinci katibi işləmişdi. Partiya işinə komsomoldan gətirilmişdi: Moskvada, Mixail Qorbaçovla eyni vaxtda, Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsində çalışmışdı.
1985-ci ildə Qorbaçov Əbdürrəhman Vəzirova Azərbaycana rəhbərlik etməyi təklif etmişdi. Lakin diplomatik işi daha üstün tutan Vəzirov o vaxt bu təklifdən imtina etdi. İkinci dəfə Vəzirova 1988-ci ildə Azərbaycana rəhbərlik etmək təklif edildi, lakin o, bu təklifi qəbul etdi. 1988-ci il mayın 21-dən 1990-cı il yanvarın 20-nədək Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olub.
Bu dövrdə Moskvanın dəstəyi ilə Dağlıq Qarabağda ermənilərin separatçı hərəkatı alovlanıb, azərbaycanlıların doğma torpaqlarından qovulmasına başlanılıb. Vəzirov 1989-cu ilin avqustunda istefa məsələsini qaldırıb. Həmin ilin dekabrında yenə istefa vermək istədiyini bildirib.
Vəzirov bütün baş verənlərin qarşısını almaqda aciz olub, sovet qoşunlarının 1990-cı il yanvar ayının 20-də Azərbaycana daxil olmasının, yüzlərlə günahsız insanın qanını axıtmasının qarşısını ala bilməyib.
O, SSRİ qoşunlarının gəlməsindən 2 gün öncə, 18 yanvarda istefa verərək Moskvaya qaçıb. Azərbaycanda haqqında cinayət işi qaldırılıb.
Vəzirov ömrünün sonuna qədər Moskvada yaşayıb və 91 yaşında vəfat edib.