Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan Ordusu Qırmızı Bazarda mülki əhalini və obyektləri atəşə tutmayıb - RƏSMİ

© AR Ministry of DefenceAzərbaycan Müdafiə Nazirliyinin binası, arxiv şəkli
Azərbaycan Müdafiə Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.01.2022
Abunə olmaq
Müdafiə Nazirliyi bəyan edib ki, qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur.
BAKI, 10 yanvar — Sputnik. Azərbaycan Ordusunun bölmələri tərəfindən Qırmızı Bazar istiqamətində guya atəş açılması və nəticədə avtomobilin yanması barədə erməni sosial şəbəkə istifadəçilərinin yaydıqları məlumat yalandır.
Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Azərbaycan Ordusu mülki əhalini və obyektləri atəşə tutmayıb.
"Hazırda bu istiqamətdə sakitlikdir. Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur", - Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Xatırladaq ki, erməni mediası və sosial şəbəkələrin erməni seqmenti Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin bazar ertəsi Qırmızı Bazar qəsəbəsində avtomobili atəşə tutduğu barədə dezinformasiya yayıb.
Xəbər lenti
0