Alpinist xanım: İnsan dünyaya bir dəfə gəlir və o bütün arzularını reallaşdırmalıdır
© Photo : Courtesy of Mina AliyevaAlpinist Mina Əliyeva
© Photo : Courtesy of Mina Aliyeva
Abunə olmaq
İdmançı: Biz Ekologiya və Sərhəd Qoşunları postunu da keçəndə biz orada yazırıq ki, sabah başıma bir iş gəlsə, özüm cavabdehəm.
BAKI, 10 yanvar — Sputnik. Mina Əliyeva alpinistdir. Zirvələri fəth etmək onun hobbisidir. Alpinist xanım qalxdığı zirvələrdən, qarşılaşdığı ekstrimlərdən Sputnik Azərbaycan-a söz açıb. Minanın ilk qalxdığı zirvə "Heydər" (3751 m) və "Atatürk"(3758 m) zirvəsi olub:
"Mən komanda ilə birlikdə buza, qayaya dırmanma ilə məşğul olmuşam. "Heydər" və "Atatürk" zirvələrini qalxmaq mənə çətin olmamışdı. Onları rahatlıqla fəth etmişdim".
Azərbaycanın ən böyük zirvəsini fəht edən alpinist xanım bildirir ki, zirvələrə qalxdıqca orqanizmində bir sıra problemlər ortaya çıxır:
""Bazardüzü"" (4 466 m) zirvəzində səhhətimdə problem yaranmışdı. Nəfəs çatışmazlığı var idi. "Çingiz" və "Tufandağ" zirvələrini qalxanda da səhhətimdə problemlər yaranmışdı. Həmin zirvələr tək mənim üçün yox, digər alpinistlər üçün də çətindir. Bunu bütün alpinistlər etiraf edir. Orada bütün "action"ları yaşamaq mümkündür. Çünki, zirvəyə qalxanda özümüzün 25 kiloqramlıq çantamız olur. Orada çadır, xüsusi geyimlər və digər bizə lazım olan əşyalar olur".
© Photo : Courtesy of Mina AliyevaAlpinist Mina Əliyeva
Alpinist Mina Əliyeva
© Photo : Courtesy of Mina Aliyeva
"Çingiz" və "Bazardüzü" zirvələrində ölümlə üz-üzə qaldığın deyən alpinist xanım bildirir ki, orada şimşəyin necə təhlükəli olduğunu ilk dəfə görüb:
"Çingiz" zirvəsi "Bazardüzü"dən yüksək olmasa da, oranın relyefi təhlükəlidir. Biz həmin gün 4 fəslin 4-nü də yaşadıq. Həm günəş çıxdı, həm qar yağdı, həm də yağış yağdı. Ömrümdə ilk dəfə ildırımı bu qədər yaxından görmüşdüm. Bizim üzərimizdə elektrik avadanlıqları olduğuna görə, ildırım bizi vurmuşdu".
Mina xanım bildirir ki, alpinizmin ilk şərtlərindən biri də budur ki, gərək bələdçinin hər dediyini yerinə yetirəsən və komandadan geri qalmayasan:
"Bələdçi deyirsə ki, burada uzanın, deməli orada uzanıb düşməliyik. Deyirsə ki, filan yolla gedək, o yolla getməliyik. Onun hər dediyinə riayət etməliyik".
Alpinist xanım deyir ki, cəmiyyətimiz qadınların alpinist olmasını qəbul edə bilmirlər. Buna baxmayaraq, son zamanlar alpinist xanımların sayı durmadan artır:
"Məni buna görə qınayanlar var. "Anasan, övladın var, başına bir iş gəlsə, övladına kim baxacaq?" kimi sözlər deyirlər. Məni bu yolda ancaq anam dəstəkləyir. İnsan bu dünyaya bir dəfə gəlir və o bütün arzularını reallaşdırmalıdır".
© Photo : Courtesy of Mina AliyevaAlpinist Mina Əliyeva
Alpinist Mina Əliyeva
© Photo : Courtesy of Mina Aliyeva
Mina xanım deyir ki, Azərbaycanda "Outdoor" mağazaları çox azdır. Ona görə də ilk dəfə dağa dırmaşmaq istəyən insanlar lazım olan əşyaları icarəyə götürürlər:
"Bizdən icarəyə alırlar. Bəzən olur ki, adam ilk dəfə həvəslənib gedir, ikinci dəfə getmir. Amma ikinici, üçüncü dəfə getmək qərarına gəlsə, o zaman "Outdoor" mağazalarına üz tuturlar. Onlar xüsusi geyimlərdir, onları hər mağazadan tapmaq mümkün deyil".
Sığorta məsələsinə gəldikdə isə müsahbimiz bildirir ki, onları dağa aparan bələdçi əvvəlcədən onların sığorta məsələsini də həll edir:
"Sığorta şirkətləri bizi sığortalayır. Biz Ekologiya və Sərhəd Qoşunları postunu da keçəndə biz orada yazırıq ki, sabah başıma bir iş gəlsə, özüm cavabdehəm".
© Photo : Courtesy of Mina AliyevaAlpinist Mina Əliyeva
Alpinist Mina Əliyeva
© Photo : Courtesy of Mina Aliyeva
Həmsöhbətimiz hər hansısa bir zirvəyə ilk dəfə qalxmaq istəyən insanlara tövsiyyə edir ki, bələdçi seçərkən diqqətli olsunlar:
"Bu gün bələdçilərin sayı artıb. Bir yerə 2 dəfə gedirlər, yolu tanıyırlar, ondan sonra bələdçilik eşqinə düşürlər. Bələdçi öncə sertifikatını almaldır, onun təhsilini almalıdır ki, onunla gedən insanların başına bir iş gəlsə, yardım edə bilsin. Məsələn, "Bazardüzü"nə qalxanda məni qıcolma tutmuşdu, onda mənə bələdçi kömək etmişdi. Bələdçinin özünün tibbi bilikləri olmalıdır. Çünki, zirvəyə qalxdıqca, təzyiq aşağı düşür. İnsanın səhhətində problemlər yaranır".
© Photo : Courtesy of Mina AliyevaAlpinist Mina Əliyeva
Alpinist Mina Əliyeva
© Photo : Courtesy of Mina Aliyeva
Müsahibimiz əlavə edir ki, "dağ xəstəliyi" anlayışı var. İnsan zirvəyə qalxdıqca onun səhhətində müəyyən dəyişikliklər yaranır:
"Mən zirvəyə qalxdıqca yoldaşlarıma dedim ki, "rəngli qar yağır". Başqa bir zirvəyə qalxanda demişdik ki, "haradasa şəkərbura bişirirlər". Bundan başqa, insanı yuxu basır. Çalışmalısan ki, yatmayasan. Yoldaşlar bir-birin yatmağa qoymurlar. Buna "ölü yuxusu" da deyirlər".
© Photo : Courtesy of Mina AliyevaAlpinist Mina Əliyeva
Alpinist Mina Əliyeva
© Photo : Courtesy of Mina Aliyeva
M.Əliyeva vurğulayır ki, səhhətində problem olan şəxslər dağa qalxmazdan öncə bələdçiyə səhhəti ilə bağlı məlumat verməlidir:
"Səhhətində problemləri olan insanlar zirvəyə qalxmağı arzu edirlərsə, nisbətən aşağı zirvələrə qalxmaları məsləhətdir. Onlar daha böyük zirvələrə qalxmaq istəsələr, həm özlərinə, həm də bələdçilərinə, həm də yol yoldaşlarına problem yaratmış olacaqlar. Adi yürüş zamanı bir nəfər yavaş gəlirsə, bu bütün komandanın hərəkətini pozur. Bir sözlə, dağda bələdçidən aslısan, təbii ehtiyaclarını da ona deməlisən".
Həmçinin oxuyun: