Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xumar Qədimova Nizami Gəncəvidən oxudu - VİDEO

© Instagram / xumarxuxuXumar Qədimova
Xumar Qədimova - Sputnik Azərbaycan, 1920, 09.01.2022
Abunə olmaq
Xumar Qədimova bundan öncə də klassik şairlərimizin mahnılarına müraciət edib.
BAKI, 9 yanvar — Sputnik. Əməkdar artist Xumar Qədimova dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunan yeni kompozisiyanı təqdim edib.
Sputnik Azərbaycan xəbər verir ki, əsərdə Nizami Gəncəvinin "Çəkirəm" və "Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi" qəzəllərindən istifadə edilib. Mahnı Xumar Qədimovanın şəxsi "Youtube" səhifəsində yerləşdirilib.
Xatırladaq ki, Xumar Qədimova bundan öncə də klassik şairlərimizin mahnılarına müraciət edib. Belə ki o, nakam şairimiz Mikayıl Müşfiqin "Rəssam sevgilimin rəsmini çək", 2019-cu ildə - "Nəsimi ili"ndə İmadəddin Nəsiminin "Neylərəm" qəzəlinə həsr olunmuş kompozisiya və klipi də təqdim etmişdi.
Xəbər lenti
0