https://sputnik.az/20220109/coreyi-ver-corekciye-sosial-eksperiment---vdeo-437992409.html
Çörəyi ver çörəkçiyə: sosial eksperiment - VİDEO
Çörəyi ver çörəkçiyə: sosial eksperiment - VİDEO
Sputnik Azərbaycan
Bu yaxınlarda çörək qiymətləri ilə bağlı ajiotaj yay günlərinin birində Bakı sakinləri ilə keçirdiyimiz eksperimenti yadımıza saldı. 09.01.2022, Sputnik Azərbaycan
2022-01-09T07:22+0400
2022-01-09T07:22+0400
2022-01-09T07:22+0400
cəmiyyət
bakı
videogörüntü
çörək
eksperiment
https://cdnn1.img.sputnik.az/img/42106/76/421067601_0:0:1920:1080_1920x0_80_0_0_5f5bac01598d2778cd387134b2adc51d.jpg
Çörək Azərbaycanda həmişə müqəddəs və bərəkət rəmzi hesab edilib. Biz də bunu sosial eksperimentlə yoxlamaq qərarına gəldik.Uşaqlıqdan bizə öyrədilən dərslərdən biri də çörəyi yerə atmamaq və ona hörmətlə yanaşmaq olub. Bəs görəsən, cavan nəsil bu gözəl ənənəyə hələ də sadiqdirmi?Çörəyi yerə qoyduğumuz andan o, bircə dəfə də olsun 10-15 saniyədən artıq yerdə qalmadı. Hər yanından keçən çörəyi dərhal qaldırıb, qırağa qoymağa çalışdı. Hətta apardığımız sosial təcrübəni təhqir hesab edənlər və ona son qoymaq istəyib çörəyi bizdən gizlədənlər də oldu.Nəticədə çəkilişdə yaranan bu cür çətinliklərə görə məkanı dəyişmək qərarına gəldik. Amma burada da müşahidələrimiz dəyişməz qaldı. Fərq etməz hansı qiymətədəir - çörək Azərbaycanda qiymətsizdir, ən böyük bərəkət rəmzidir. Ümid edirik ki, bu gözəl adət nəsildən-nəslə ötürülməyə davam edəcək. Ən əsası odur ki, yolla gedəndə gözümüzü telefona zilləməyək. Və hər kəsin çörəyi ayaq altında, zibil qabında deyil, süfrəsində olsun.Eləcə də oxuyun:* Mağazalar çörəyin qiyməti ilə necə "oynayır"? - Reportaj - Video* Çörəyin qiyməti qalxdı, bəs keyfiyyəti? - VİDEO
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42106/76/421067601_219:0:1659:1080_1920x0_80_0_0_d7b9bc01255010d30c44377fd647e63a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
çörəyi ver çörəkçiyə sosial eksperiment video
çörəyi ver çörəkçiyə sosial eksperiment video
Çörəyi ver çörəkçiyə: sosial eksperiment - VİDEO
Bu yaxınlarda çörək qiymətləri ilə bağlı ajiotaj yay günlərinin birində Bakı sakinləri ilə keçirdiyimiz eksperimenti yadımıza saldı.
Çörək Azərbaycanda həmişə müqəddəs və bərəkət rəmzi hesab edilib. Biz də bunu sosial eksperimentlə yoxlamaq qərarına gəldik.
Uşaqlıqdan bizə öyrədilən dərslərdən biri də çörəyi yerə atmamaq və ona hörmətlə yanaşmaq olub. Bəs görəsən, cavan nəsil bu gözəl ənənəyə hələ də sadiqdirmi?
Çörəyi yerə qoyduğumuz andan o, bircə dəfə də olsun 10-15 saniyədən artıq yerdə qalmadı. Hər yanından keçən çörəyi dərhal qaldırıb, qırağa qoymağa çalışdı. Hətta apardığımız sosial təcrübəni təhqir hesab edənlər və ona son qoymaq istəyib çörəyi bizdən gizlədənlər də oldu.
Nəticədə çəkilişdə yaranan bu cür çətinliklərə görə məkanı dəyişmək qərarına gəldik. Amma burada da müşahidələrimiz dəyişməz qaldı.
Fərq etməz hansı qiymətədəir - çörək Azərbaycanda qiymətsizdir, ən böyük bərəkət rəmzidir. Ümid edirik ki, bu gözəl adət nəsildən-nəslə ötürülməyə davam edəcək.
Ən əsası odur ki, yolla gedəndə gözümüzü telefona zilləməyək. Və hər kəsin çörəyi ayaq altında, zibil qabında deyil, süfrəsində olsun.