Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Zamiq konsert verdi: "İthaf ünvanı tamam fərqlidir" - FOTO

© Photo : courtesy of Zamig GuseynovZamiq Hüseynov
Zamiq Hüseynov - Sputnik Azərbaycan, 1920, 08.01.2022
Abunə olmaq
Zamiq Hüseynov son konsertinə xüsusi insanları dəvət edib: "Qalanları inciməzlər".
BAKI, 8 yanvar — Sputnik. Müğənni Zamiq Hüseynov Heydər Əliyev Sarayında "Var ol" adlı konsert proqramı ilə çıxış edib. Sputnik Azərbaycan xəbər verir ki, konsertdən öncə media nümayəndələrinin suallarını cavablandıran ifaçı konsertin xeyriyyə məqsədli olduğunu bildirib.
İfaçı konsert öncəsi çox həyəcanlı olduğunu etiraf edib. Konsertə çox az sayda sənət dostunu dəvət edən Zamiq digərlərinin ondan inciməyəcəyini, bunu anlayışla qarşılayacaqlarını bildirib.
O, karantin məhdudiyyətləri tam aradan qaldırılandan sonra bir neçə gün ard-arda konsert verməyi planlaşdırdığını deyib: "20 illik səhnə fəaliyyətimdə Qarabağsız çıxış edirdim. Bu gün bütöv bir ölkənin, qalib ölkənin sənətçisi kimi sizin qarşısınızda çıxış edirəm. Konsertin ithaf ünvanı tamam fərqlidir.
Sevincimin həddi-hüdudu yoxdur. Artıq Azərbaycanın 30 illik həsrətində olduğu Qarabağımızı işğaldan azad etdik. Bu sevinci bizə yaşadan qəhrəmanlarımızın önündə baş əyirik. Müzəffər ordumuzun gücü sayəsində, cənab Prezident, Ali Baş Komandanımızın "Dəmir yumruq" əməliyyatı nəticəsində torpaqlarımızı geri qaytardıq. Bu gün şərəflə deyirik: Qarabağ Azərbaycandır. Gözün aydın, Azərbaycan!"
Tədbirin aparıcısı tanınmış teleaparıcı Leyla Quliyeva olub. Öncə Vətən müharibəsində şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla anılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən konsertdə tamaşaçı qismində əsasən şəhid və qazi ailələri dəvətli qismində yer alıblar.
Satışa çıxarılan biletlərdən əldə olunmuş vəsait isə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə YAŞAT Fonduna ianə ediləcək.
Xəbər lenti
0