https://sputnik.az/20220108/turkiye-qirici-ve-mudafie-sistemine-gore-gorusler-kecirecek---akar-437990097.html
Türkiyə qırıcı və müdafiə sisteminə görə görüşlər keçirəcək - Akar
Türkiyə qırıcı və müdafiə sisteminə görə görüşlər keçirəcək - Akar
Sputnik Azərbaycan
Akar milli müdafiə məsələlərindən danışarkən S-400 ZRK, F-35 qırıcı təyyarələrinin tədarükünə də toxunub. 08.01.2022, Sputnik Azərbaycan
2022-01-08T21:17+0400
2022-01-08T21:17+0400
2022-01-08T21:17+0400
dünya xəbərləri
yunan
hulusi akar
müdafiə
s-400
"f-35" qırıcı təyyarəsi
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/12/425754651_0:0:3070:1728_1920x0_80_0_0_70ecca87f00bcf31b8a799916e8ba8e4.jpg
BAKI, 8 yanvar - Sputnik. Türkiyə Aralıq dənizində Yunanıstanla problemin sülh yoluyla həllinin tərəfdarıdır, yunan tərəfi məsələlərin həlli üçün Ankaraya dəvət edir. Sputnik Azərbaycan bildirir ki, bunu Anadolu agentliyinə müsahibəsində Türkiyə Milli Müdafiə naziri Hulusi Akar deyib. "Bütün təxribatlara rəğmən, biz görüşməyi, məsələləri sülh yoluyla həll etməyi, etimadın möhkəmlədilməsi üçün tədbirlər görməyi təklif edirik. (Yunan tərəfini - red.) Ankarada görüşə dəvət edirik. Biz bunları deyirik. Amma bizim sülh yanaşmamıza baxmayaraq, onlar bizim hava məkanımızı, ərazi sularımızı pozurlar", - Akar deyib.Akar milli müdafiə məsələlərindən danışarkən Rusiyadan S-400 ZRK, Amerikadan F-35 qırıcı təyyarələrinin tədarükünə də toxunub. "Rusiyanın S-400-lərini almaq seçim deyil, ehtiyac idi. Hücum, yaxud digər təhdid olmasa, bu sistem heç kimə ziyan vurmayacaq. Bizim prioritetimiz ölkəmizin, 84 milyon insanın təhlükəsizliyidir. Bu sistemlə bizi tərəfdaşlarımız təmin etmədilər, biz özümüz Rusiyadan tədarük etdik", - Akar qeyd edib.Onun sözlərinə görə, S-400 məsələsinə görə "ağlabatan və məntiqli həllər" tapmaq mümkündür.Akar bildirib ki, F-35 beşinci nəsil qırıcı təyyarələrinin alınması üçün ABŞ-la danışıqlar yaxın günlərdə baş tutacaq, bunun üçün hazırlıq gedir. Türk nazir bundan öncə görüşün Vaşinqtonda keçiriləcəyini bəyan etmişdi.Qeyd edək ki, Rusiya və Türkiyə arasında 2017-ci ildə S-400 raket komplekslərinin bir alay komplektinin alınmasıyla bağlı müqavilə imzalanıb. Həmin hava hücumundan müdafiə sistemləri 2019-cu ilin yay-payız aylarında Türkiyəyə çatdırılıb. Həmin müqavilə Türkiyə ilə ABŞ arasında münasibətlərdə böhrana səbəb olub.Vaşinqton bunun əvəzinə Türkiyədən Amerika istehsalı olan Patriot raket komplekslərini almağı tələb edərək, Ankaraya F-35 qırıcı təyyarələrinin satılmayacağı, habelə CAATSA-ya ("ABŞ rəqiblərinə sanksiyalar vasitəsilə qarşı fəaliyyət" haqqında qanun) uyğun olaraq sanksiyalar tətbiq olunacağı ilə təhdid edib.Ankara isə öz növbəsində S-400 komplekslərindən imtina etmək niyyətində deyil. Bundan əlavə, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə Rusiya ilə S-400 komplekslərinin ikinci alayının alınmasıyla bağlı danışıqlar aparır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/12/425754651_339:0:3070:2048_1920x0_80_0_0_1ff8cd9edef9d7b467e75e8a2a183c88.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə qırıcı və müdafiə sisteminə görə görüşlər keçirəcək akar f35 s400 video
türkiyə qırıcı və müdafiə sisteminə görə görüşlər keçirəcək akar f35 s400 video
Türkiyə qırıcı və müdafiə sisteminə görə görüşlər keçirəcək - Akar
Akar milli müdafiə məsələlərindən danışarkən S-400 ZRK, F-35 qırıcı təyyarələrinin tədarükünə də toxunub.
BAKI, 8 yanvar - Sputnik. Türkiyə Aralıq dənizində Yunanıstanla problemin sülh yoluyla həllinin tərəfdarıdır, yunan tərəfi məsələlərin həlli üçün Ankaraya dəvət edir.
Sputnik Azərbaycan bildirir ki, bunu Anadolu agentliyinə müsahibəsində Türkiyə Milli Müdafiə naziri Hulusi Akar deyib.
"Bütün təxribatlara rəğmən, biz görüşməyi, məsələləri sülh yoluyla həll etməyi, etimadın möhkəmlədilməsi üçün tədbirlər görməyi təklif edirik. (Yunan tərəfini - red.) Ankarada görüşə dəvət edirik.
Biz bunları deyirik. Amma bizim sülh yanaşmamıza baxmayaraq, onlar bizim hava məkanımızı, ərazi sularımızı pozurlar", - Akar deyib.
Akar milli müdafiə məsələlərindən danışarkən Rusiyadan S-400 ZRK, Amerikadan F-35 qırıcı təyyarələrinin tədarükünə də toxunub.
"Rusiyanın S-400-lərini almaq seçim deyil, ehtiyac idi. Hücum, yaxud digər təhdid olmasa, bu sistem heç kimə ziyan vurmayacaq. Bizim prioritetimiz ölkəmizin, 84 milyon insanın təhlükəsizliyidir. Bu sistemlə bizi tərəfdaşlarımız təmin etmədilər, biz özümüz Rusiyadan tədarük etdik", - Akar qeyd edib.
Onun sözlərinə görə, S-400 məsələsinə görə "ağlabatan və məntiqli həllər" tapmaq mümkündür.
Akar bildirib ki, F-35 beşinci nəsil qırıcı təyyarələrinin alınması üçün ABŞ-la danışıqlar yaxın günlərdə baş tutacaq, bunun üçün hazırlıq gedir.
Türk nazir bundan öncə görüşün Vaşinqtonda keçiriləcəyini bəyan etmişdi.
Qeyd edək ki, Rusiya və Türkiyə arasında 2017-ci ildə S-400 raket komplekslərinin bir alay komplektinin alınmasıyla bağlı müqavilə imzalanıb. Həmin hava hücumundan müdafiə sistemləri 2019-cu ilin yay-payız aylarında Türkiyəyə çatdırılıb. Həmin müqavilə Türkiyə ilə ABŞ arasında münasibətlərdə böhrana səbəb olub.
Vaşinqton bunun əvəzinə Türkiyədən Amerika istehsalı olan Patriot raket komplekslərini almağı tələb edərək, Ankaraya F-35 qırıcı təyyarələrinin satılmayacağı, habelə CAATSA-ya ("ABŞ rəqiblərinə sanksiyalar vasitəsilə qarşı fəaliyyət" haqqında qanun) uyğun olaraq sanksiyalar tətbiq olunacağı ilə təhdid edib.
Ankara isə öz növbəsində S-400 komplekslərindən imtina etmək niyyətində deyil. Bundan əlavə, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə Rusiya ilə S-400 komplekslərinin ikinci alayının alınmasıyla bağlı danışıqlar aparır.